Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Super güclərə qalib gələn LİDER və XALQ,

Super güclərə qalib gələn LİDER və XALQ,

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

2023-cü ildən sonrakı dövlətçilik prosesində ən aktual müzakirə mövzusu Yeni Milli ideologiyamızın necə olacağı ilə bağlıdır. Sübuta ehtiyac yoxdur ki, dövlətçilikdə hər bir tarixi mərhələ milli hədəflərə və milli iseologiyaya söykənməlidir. Bunsuz uğurlar davamlı gəlməz.

2023-cü ildə uğurlu Antiterror əməliyyatına qədər cəmiyyətimizin və dövlətin bütün fəaliyyəti ərazilərimizin işğaldan azad edilərək suverenliyin bərpasına hədəflənmişdi. Bu hədəf dövlət və ictimai fəaliyyətin bütün qatlarına elə hopmuşdu ki, haqlı olaraq ərazi bütövlüyü və suverenlik Milli İdeoloji Konsepsiya səviyyəsində qərarlaşmışdı. Başqa bəzi xalqlarda və dövlətlərdə olduğu kimi, bizim o zamankı Milli ideologiyamız tədqiqat institutlarında, laboratoriyalarda, saxtalaşdırılmış tarix kitablarında yox, hər bir azərbaycanlının içindən, genindən və tarixi yaddaşından süzülüb gələn real tarixi həqiqətlərin və milli haqların üstündə formalaşmışdı. Heç kimə deyilməmişdi və başına zorla yeridilməmişdi ki, müstəqil Azərbaycanın ərazisi bütöv olmalıdır və bütövlüklə birgə suverenlik Milli ideologiyamızın canı və sütunudur. Milli ideologiyamızı bu xalq öz içində bəsləmişdi, xüsusi təşkilatçılıq və idarəçilik sayəsində isə onun əsas hədəfi olan ərazi bütövlüyunu və suverenliyini də özü bərpa etdi... Təbii ki, bu, LİDERSİZ mümkün ola bilməzdi. Konkretliklərə varaq.

2023-cü ildən sonra ictimai və elmi-fəlsəfi düşüncələrdə Milli ideologiya ilə bağlı yeni sual yarandı - Yeni dövrümüzün Milli ideologiyası necə olmalıdır?

Axı xarici təcavüzün və işğalın hələ davam etdiyi dövrlə suverenliyin tam təmin olunduğu dövrü eyniləşdirmək olmazdı. Prinsipcə dövlətçilik tariximizin işğal və tam suverenlik dövrləri bir-birindən çox fərqli olduqları üçün onların fərqli milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrinaları olmalıdır...

Bu mənada Prezident İlham Əliyevin YAP-ın qurultayında çıxışı yeni dövrdə Milli ideologiyamızın iki müstəsna tərkib hissəsini formalaşdırmaq üçün zəruri istiqamətləri və ideyaları tam şəkildə ortaya qoydu. Qətiyyətlə demək olar ki, ərazisi bütöv, suverenliyi tamlaşmış Azərbaycanın hazırkı dünyada öz yerini hansı təhlükəsizlik konsepsiyası və ideoloji doktrina ilə müəyyənləşdirəcəyi artıq məlumdur… Antiterror əməliyyatından sonra yeni Milli ideologiyanın işlənməsinə ciddi ehtiyac yarandığını Prezidentimiz ilk dəfə iki il əvvəl özü demişdi, həmin İdeologiyanın tezis və ideyalardan ibarət sistemini də indi özü hazırladı...

YAP-ın qurultayındakı çıxışı diqqətlə oxumaq və öyrənmək kifayətdir...

Başlayaq Milli ideologiyanın əsas komponentlərindən biri olan İdeoloji doktrinadan.

1990-cı illərin əvvəllərindən başlayaraq taa 2023-cü ildən sonrakı dövrdə ağıllara gələn bir çox sualların ən düzgün cavabını və izahını Prezident İlham Əliyevin məruzəsində tapmaq olar.

Konkret hallara baxaq. Qarabağ üstündə ilk məğlubiyyətimiz 90-cı illərin başında özünü göstərdiyi kimi, Zəfərimizin də kökü məhz o dövrdə qoyulmuşdu. Prezident haqlıdır- əgər 80-ci illərin sonlarında Heydər Əliyev Azərbaycanda olsaydı, erməni separatizmi baş qaldıra və ərazilərimiz itirilə bilməzdi. 93-cü ildə Heydər Əliyev hakimiyyətə gələnə qədərki dövrün respublika rəhbərləri yerlərində olsaydılar, içimizdə etnik separatizm o qədər yoğunlamazdı. Ölkə rəhbərlərinin real dövlətçilik proseslərini başlatmaq və aparmaq əvəzinə masalarını başlı- başına buraxıb qaçmaları fakt deyildimi?!

Heydər Əliyevin YAP-ın yaradılmasına razılıq verməsi Azərbaycanın 2003-cü ilə qədər məhkum edildiyi beynəlxalq təcriddən qurtuluş prosesinin başlanğıcı deyildimi? Bu həm də 2023-cü ildəki tam Suverenlik Zəfərimizin çıxış nöqtəsi idi... İlham Əliyevin milli ideya tezislərindən biri məhz bununla bağlıdır - Azərbaycanın beynəlxalq təcriddə olmasının nəticələrindən biri 907-ci düzəlişin qəbul edilməsi idi və 2003-cü ilə doğru Azərbaycanın beynəlxalq təcriddən xilas edilməsi üçün əvəzsiz işlər görülmüşdü... Xarici təcavüzün dayandırılması, neft kontraktlarının imzalanması və Azərbaycanın dünya üçün ilk olaraq iqtisadi və sərmayə müstəvisində açılması 20 il sonrakı Zəfərə aparan yolun mühüm və zəruri elementləri oldu..

Azərbaycan öz Qarabağ Zəfərini Minsk Qrupunun 3 həmsədrinin timsalında dünyanın böyük güclərinin Azərbaycana qarşı mövqe tutduqları şəraitdə əldə etdi. Bu, Azərbaycanın lideri üçün, xalq və ordumuz üçün sadəcə bir cəsarət nümunəsi olmaqla bitmir, bitməməlidir... Dünyanın 3 super gücünün sənə qarşı olduğu şəraitdə böyük nəticələrə inanaraq qeyri-bərabər mübarizəyə inamla atılan LİDER və XALQ nümunəsi yəqin ki, dünyada çox olmaz. İlham Əliyev Azərbaycan xalqının ona mütəşəkkil dəstəyi şəraitində nəinki Azadlıq müharibəsinə başlamaq cəsarəti göstərdi, habelə super güclərin özlərinə də qalib gəlmək nümunəsi yaratdı... 2020-2023- cü illərdə MQ həmsədrlərinin açıq-aşkar Ermənistanın yanında dayandıqlarını bilirdik. Ancaq o zaman hamı bu qeyri-bərabər qüvvələr nisbətində böyük Zəfərin mümkünlüyünə inanırdımı? Xeyr… Prezidentin inamı, təşkilatçılığı, xalqı da inandıra bilməsi tarixi dəyişdirdi.... MQ həmsədrlərinin hələ bu gün də Ermənistana öz bildikləri formada dəstək verdiklərini cəsarətlə bəyan edən Prezident İlham Əliyev müstəqil dövlət siyasətini heç kimə güzəşt etməmək əzmini davam etdirir... Eyni zamanda, böyük güclərin yersiz və ziyanlı himayəçiliyi sayəsində bölgəmizdə sülhün hələ də təhdid altında olması mesajını verir...

2020-ci ilin 27 sentyabrından 8 noyabradək uğurla davam etdirilmiş hərbi əməliyyatları nüvəqqəti olaraq niyə saxladıq? 8 noyabrdan 2023-cü ilin 20 sentyabrınadək döyüş ərazisində və diplomatik müstəvidə hansı işlər görüldü? Nəhayət, bu hərbi-diplomatik mərhələləri təmkinlə və ardıcıl keçə bilməsəydik, 2020-ci ilin 20 sentyabrında separatizmin başını tam əzə bilərdikmi? Milli, siyasi ideoloji doktrinamız üçün vacib əhəmiyyət kəsb edən bu sualların cavabını yenə də Prezident Əliyev verdi - dövlətin gücü onun ərazisində, əhalisinin sayında deyil. Daxili siyasəti sabitlik və inkişaf meyli üzərində qurmaq, dövlətin etibarlı tərəfdaş imicini yaratmaq, sözü bütöv və dürüst olmaq, müttəfiqləri, dostu-düşməni tanımaq, xarici siyasəti milli maraqlarla dünya və regional reallıqları qızıl balansı üzərində qurmaq, iqtisadiyyatı heç kimə möhtac olmayacaq qədər qüdrətli və ehtiyatlı aparmaq, bütün mənalarda hadisələri qabaqlamaq bacarığındadır....

Milli təhlükəsizliyin fiziki və ideoloji səviyyələrinin formalaşdırılması milli ideologiyanın əsas tərkib hissələrinə daxildir.

Prezidentin qurultay məruzəsi bu cəhətdən də maraqlı ideya və tezislərlə zəngindir...

Həqiqətən də beynəlxalq hüquq normalarının və ədalət prinsiplərinin ayaqlar altında əzildiyi vaxtda dövlətin və xalqın fiziki təhlükəsizliyinin etibarlı təminatı çox ciddi suala çevrilir. Həm də daxildən risqlərin sıfıra endirildiyi zamanda təhlükəsizlik üçün xarici təhdid amilləri daha da aktuallaşır. Prezident bu mənada iki amili xüsusi vurğuladı.

1-ci, süfrəmizin qırağında oturub inamımızdan sui-istifadə edən, hətta qəlbimizə girmək üçün "tülkücəsinə" namaz qılan milli düşmənlərin hər zaman yenidən başlarını qaldırmaq təhlükəsi...

2-ci, münaqişələrin güc yolu ilə həlli metodunun önə çıxması və "dörd bir" yanımızın müharibələrə bürünməsi səbəbindən daimi kənar risqlərin altında olmaq... Potensial və real fiziki təhlükələri önləmək üçün nə etməliyik? Bu yerdə Prezidentin fikirləri milli təhlükəsizlik konsepsiyasının əsas ideyalarından birinə çevrilir - Dövlətimizin bütün yaşam tarixi boyu daim güclü olmalı, olmağa çalışmalı, illik 9 milyard manatdan da çox müdafiə büdcəsi qurmalı, heç bir qütbə qoşulmadan müstəqil siyasətimizi davam etdirməli, qarşı-qarşıya duran tərəflərin hansınasa üstün meyllənmədən onların hər biri ilə qarşılıqlı mənafelərə uyğun münasibətlər qurmağı bacarmalı, bizə bir zərbə vuranı 10 qat zərbə ilə cavablandırmalıyıq ki, kimsə bizimlə güc mövqeyindən danışmağa cəsarət eləməsin... Prezident İlham Əliyev təsadüfən demədi ki, müstəqil və heç kimdən asılı olmayan xarici siyasət kursu dövlətimizin fiziki təhlükəsizliyinin mühüm təminat üsullarından biridir. Prezidentin haqlı məntiqi bunu deyir ki, xarici siyasət kiminsə daxili işlərimizə hər cür müdaxilə cəhdlərinin və müdaxilə mərəzlərinin qarşısını alan vasitələrdən biri olmalıdır.Prezidentimizin dilində " müdaxilələrin qarşısını ala bilən xarici siyasət kursu" elə-belə söz toplusu kimi başa düşülə bilməz. Bu cəhətdən Prezidentin sözləri çox şeyləri aydınlaşdırır. Sözlərin məntiqi budur - dövlət olaraq heç vaxt ikiüzlülük etmirik, sözümüzə sadiqik, qarşı duran bütün tərəflərə bizim platformada rahat və təhlükəsiz danışıq aparmaq imkanı veririk, heç kimə borclu qalmırıq, lazım olan silah-sursatı öz pulumuzla, hətta təklif olunan məbləğdən də artıq ödəməklə alırıq, boynumuzda heç kimin minnətini daşımırıq, kimsələrinsə bizə himayəçilik həvəsinə düşməsinə, işlərimizə qarışmasına imkan vermirik, təsirə və himayəçiliyə düşmürük... Prezidentin bu yanaşması əslində yeni milli ideologiyanın "şərəfli və ağıllı dövlət " prinsipini ifadə edən unikal tezislər ola bilər... Beləliklə, düzgün və müstəqil xarici siyasətin ölkənin fiziki təhlükəsizliyinə, sərhəd toxunulmazlığına etibarlı dəstək olması Azərbaycanın nümunəsində özünü klassik şəkildə göstərir. Buraya ayrı-ayrı dövlətlərlə ikitərəfli - üçtərəfli dürüst əməkdaşlıqlar, beynəlxalq qurumlarda iştirakçılıq, yeni formatlara yönəlik təşəbbüskarlıq ilk növbədə aiddir.

Dövlətin ideoloji təhlükəsizlik məsələsinə gəldikdə isə burada da Prezidentin yanaşması əsas istiqamət və çıxış nöqtəsi kimi götürülməlidir- "İdeoloji təxribatlar, ideoloji təcavüz sərhəd tanımır"... Bəs bu "görünməz cəbhədə" hansı taktika ilə işləmək lazımdır? İdeyalar çərçivəsi məlumdur, Prezident cənabları dedi - təhsildən və savadlı nəsil yetişdirməkdən başlayaraq vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasına qədər vacib olan işləri düzgün müəyyənləşdirməliyik. İnformasiya məkanımızda yad elementlərin nə qədər təhlükəli olduğunu səbəbsiz yerə vurğulamadı... Xaricdə yaradılmış Azərbaycan dilli informasiya resurslarının heç də Azərbaycan sevgisindən qaynaqlanmadığı açıq deyildi...

Milli təhlükəsizliyin iqtisadi-sosial əsaslarının daim möhkəmləndirilməsi Prezidentimizin çıxışında görülmüş işlərin hesabatı və ya görüləcək işlərin yol xəritəsi kimi başa düşülməməlidir. Daha da artığı var. Dinamik və qabaqlayıcı iqtisadi, investisiya və enerji layihələri ilk növbədə sabitliyin möhkəm əsasıdır, müdafiə qabiliyyətinin daha güclü hala çatdırılması üçün əla maliyyə mənbəyidir.Təkcə bu faktı gətirmək olar ki, iki ildə iki beynəlxalq İnvestisiya Forumu Azərbaycana 10 milyard dollar xarici sərmayənin gəliş qapılarını açıb...

Aydın QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri