Icma.az
close
up
RU
Superliqa nəhəngləri ulduz ovunda: Türkiyə klubları transfer pəncərəsində hansı həmlələri edəcək?

Superliqa nəhəngləri ulduz ovunda: Türkiyə klubları transfer pəncərəsində hansı həmlələri edəcək?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Dünya futbolunda qış transfer pəncərəsi açılıb. Artıq klublar heyəti gücləndirmək istiqamətində əməli addımlara başlayıblar. Son illər Avropada səs-küylü keçidlərlə gündəmə gələn Türkiyə Superliqası təmsilçiləri də aktivlikləri ilə seçilirlər. Bu qış da Türkiyə nəhənglərinin bir neçə iddialı transfer həyata keçirəcəyi gözlənilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Fənərbağça" uğur axtarışında

Transfer xəbərlərinin ən çox yayıldığı klub "Fənərbağça"dır. 17 turdan sonra 39 xal toplayan və Superliqanın lideri "Qalatasaray"dan səkkiz xal geri qalan "bülbüllər" mövsümün qalan hissəsində bu fərqi aradan qaldırmaq istəyirlər. Bu səbəbdən heyətin gücləndirilməsi istiqamətində addımlar atılır. Baş məşqçi Joze Mourinyo müdafiə, yarımmüdafiə və hücum mövqelərinin gücləndirilməsini istəyib. Əsas axtarışlar da məhz bu istiqamətlərdədir. Şaiyələrə inansaq, müdafiənin mərkəzi üçün Dieqo Karlos ("Aston Villa"), Yaka Biyol ("Udineze"), Kevin Danso ("Lans"), Emerik Laport ("Ən-Nəsr"), Mario Ermoso ("Roma") kimi ulduz oyunçulardan ibarət siyahı üzərində iş gedir. "Fənər" tezliklə bu keçidlərdən birini yekunlaşdırmaq istəyir. Eyni zamanda, müdafiənin sol cinahının da gücləndirilməsi nəzərdə tutulur.

Əsas hədəf Anderson Taliskadır

Joze Mourinyo orta xətdə yaradıcılığın artırılması üçün də transfer istəyir. Hazırda bu mövqeyə əsas namizəd Anderson Taliskadır. Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən braziliyalı türkiyəli azarkeşlərə "Beşiktaş"dakı oyunundan tanışdır. O, hazırda yaxşı formadadır. Taliska "Ən-Nəsr"də bu mövsüm səkkiz qol vurmağı bacarıb. Mütəxəssislər 30 yaşlı futbolçunun "Fənərbağça"nın hücumlarına rəngarənglik qatacağı fikrindədirlər. Futbolçu özü də Türkiyəyə qayıtmağa isti yanaşır.

"Fənərbağça" hücum xəttini gücləndirmək üçün də çalışmaları davam etdirir. Burada əsas namizəd "Mançester Yunayted"in forvardı Markus Reşforddur. Lakin ingilis hücumçunun müştəriləri çoxdur. Son xəbərlərə görə, "Milan"ın yeni baş məşqçisi Serjio Konseysao da onu sərəncamında görmək istəyir. "Fənərbağça"nın bu rəqabətdən qalib ayrılacağı asan görünmür. Lakin klub nəyin bahasına olursa-olsun, hücumçu transfer etmək istəyir. Yussef En-Nesiri və Edin Cekonun performansı pis deyil, lakin bosniyalının yaşının çox olması klubu axtarışlara vadar edir. Hazırda Aleksandr Mitroviç və Conatan Devid variantları müzakirə olunur. Eyni zamanda, Cengiz Ünder, Alan San-Maksimin, Samet Akaydın kimi oyunçulara yaxşı təkliflər var. Onların gedişi halında klub yaranacaq boşluqları doldurmaq üçün əlavə addımlar atmalı olacaq.

"Qalatasaray" "ulduz ovu"nda

Super Liqanın lideri "Qalatasaray" yenidən "nöqtə transfer"lər etməyi hədəfləyir. Əslində, komanda Türkiyədə ən kompakt heyətə malik kollektivdir. Bu səbəbdən "sarı-qırmızılılar" xüsusi canfəşanlıq göstərmirlər. Hazırda klubda əsas prioritet Viktor Osimhenin qalmasıdır. Klub böyük ölçüdə bu məsələni həll edib. "Napoli"dən icarəyə götürülən nigeriyalı forvardın "Mançester Yunayted"ə keçid variantı olsa da, bu, alınmayıb. Osimhen açıqlamalarının birində "Qalatasaray"da xoşbəxt olduğunu və qalıb çempionluq mübarizəsində komandasına kömək etmək istədiyini bildirib.

Bununla belə, klubun gündəmində bir neçə ulduz var. Buraya Milan Şkrinyar və Paulo Dibalanı aid etmək olar. Hər iki oyunçu ilə bağlı fərqli situasiya mövcuddur. Şkrinyar PSJ-də oynamaq şansı qazanmır. O, bu vəziyyətdən narazıdır və tezliklə komandasını dəyişmək istəyir. Slovakiyalı mərkəz müdafiəçisinin İngiltərə və İtaliyadan da müştəriləri var. İstanbul nəhəngi oyunçunu yaya qədər icarəyə götürmək, daha sonra birdəfəlik almaq variantını nəzərdən keçirir. Dibala isə "Roma"nın əsas fiqurlarındandır. Komandanın yeni baş məşqçisi Klaudio Ranyeri argentinalı oyunçu olmadan komandasını düşünə bilmədiyini açıqlayıb. Bu, "canavarlar"ın oyunçunu buraxmaq niyyətində olmadığı anlamına gəlməlidir. Lakin "Qalatasaray" da gedişi gündəmdə olan Hakim Ziyeşin boşluğunu məhz Dibala ilə doldurmaqda maraqlıdır. Bundan başqa, hücum xəttinə "Fənərbağça"nın da maraq göstərdiyi Markus Reşford və "Lion"da uğurlu çıxışı ilə diqqət çəkən Georgi Mikautadzenin cəlb olunması gündəmdədir. Lakin sadalanan bütün transferlər böyük maliyyə tələb etdiyindən "Qalatasaray"ın alternativlərə yönəlməsi də istisna deyil.

Digər klubların fəaliyyəti

Mövsümün uğursuzlarından olan "Trabzonspor" da vəziyyəti dəyişmək üçün qollarını çırmalayıb. Bir neçə ulduz futbolçu ilə danışıqlar aparan Qara dəniz təmsilçisi xüsusilə hücum xəttini gücləndirmək niyyətindədir. Əsas hədəf "Fənərbağça"dan Cengiz Ünderi heyətə qatmaqdır. Eyni zamanda klub "Milan"dan Samuel Çukvueze və "Şaxtyor"un cinah oyunçusu Aleksandr Zubkovla danışıq aparır.

"Başakşəhər", "Göztəpə" kimi klubların aktivliyi fonunda ilk yarıda istədiyi performansı sərgiləyə bilməyən "Beşiktaş" da susqunlardandır.

Böyük transferlər gözlənilir

Ümumən bu qış transfer pəncərəsinin Superliqada çox hərəkətli keçəcəyi ehtimal edilir. Klubların mövsümün qalan hissəsindəki performansı məhz edilən transferlərdən asılı olacaq. Hələlik tamamlanan keçid olmasa da, yanvarın sonuna qədər bir neçə böyük transferin həyata keçməsi istisna edilmir. Düzdür, qonşu ölkə klublarının maliyyə vəziyyətləri ilə bağlı heç də xoş xəbərlər gəlmir. Məsələ ondadır ki, Superliqa komandalarının borcları çox böyükdür. Bununla belə, onlar transferlərə böyük pullar xərcləməyə çəkinmir, ulduz oyunçulara ciddi məvacib ödəyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri