Icma.az
close
up
RU
Supermarket almaları təhlükəlidirmi?

Supermarket almaları təhlükəlidirmi?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazik mum təbəqəsi ifraz edir. Bu təbəqə meyvəni qurumaqdan və xarab olmaqdan qoruyur. Lakin sənaye emalı zamanı almalar yaxşıca yuyulduğu üçün bu təbii qoruyucu qat da aradan qalxır. Bunun əvəzini çıxmaq və məhsulun saxlanma müddətini uzatmaq üçün almaların üzərinə çox vaxt süni qida mumu çəkilir.

Süni mumun yaratdığı risk nədir?

Həkimin fikrincə, əsas problem mumun özü deyil, onun altında qala bilən pestisid və insektisid qalıqlarıdır. Süni mum bu maddələrin meyvənin səthində qalmasına səbəb ola bilər və onları adi su ilə tam təmizləmək çətinləşir.

Pol Frums bunu nümayiş etdirmək üçün supermarketdən aldığı almanın üzərindəki qalın mum qatını bıçaqla təmizləyərək göstərib. O bildirib ki, insanların çoxu almanı qabığı ilə birlikdə yeyir. Halbuki həmin qabığın üzərində süni mum qatı ola bilər.

Bəs alma qabığını yemək olmaz?

Qastroenteroloq vurğulayır ki, almanın qabığı çox faydalıdır. Lifin, polifenolların və bağırsaq üçün faydalı olan bir çox qida maddəsinin böyük hissəsi məhz qabıqda yerləşir. Bu maddələr faydalı bağırsaq bakteriyalarını qidalandırır və bağırsaq divarının sağlam fəaliyyətini dəstəkləyir. Lakin supermarketdən alınan almaları yeyərkən ehtiyatlı olmaq tövsiyə olunur.

Mütəxəssis nə məsləhət görür?

Əgər supermarketdən alma alırsınızsa, həkim onu qabığını soyaraq yeməyi daha təhlükəsiz hesab edir. Onun sözlərinə görə, imkan olduqda üzərinə mum və kimyəvi maddələr çəkilməyən, ekoloji üsulla yetişdirilmiş orqanik almaları seçmək daha məqsədəuyğundur. Belə almalar qabığı ilə birlikdə rahatlıqla yeyilə bilər.

Mum qatını necə təmizləmək olar?

Mütəxəssislər bildirirlər ki, mağazadan alınan almaların üzərindəki mum təbəqəsini azaltmaq üçün meyvəni ilıq axar su altında mətbəx fırçası və ya yumşaq süngərlə diqqətlə təmizləmək olar. Əgər mum qatı qalındırsa, nəm parçaya bir neçə damcı adi süfrə sirkəsi tökərək almanın qabığını dairəvi hərəkətlərlə silmək, sonra isə meyvəni təmiz su ilə yaxşıca yumaq tövsiyə edilir.

Qeyd edək ki, bəzi ölkələrdə istehlakçıların narahatlığını nəzərə alaraq iri pərakəndə satış şəbəkələri almaların süni mumla örtülməsindən mərhələli şəkildə imtina etməyə başlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri