Suqovuşanda qonşu kişidən gələn mesaja görə oğul anasını ürəyindən bıçaqladı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Gəncə Ağır Cinayətlər Məhkəməsində anasını bıçaqlamaqda təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məluatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Həsənov 3 il azadlıqdan məhrum edilib. İttihama əsasən, V.Həsənov anası Məhbubə Həsənovanı ürəyindən bıçaqlayıb.
Belə ki, V.Həsənov hərbi xidmətdən qayıdandan sonra ailəsi ilə birlikdə Suqovuşan qəsəbəsində onlara verilən evə köçüb. Bir müddətdən sonra o, anasının telefonuna baxarkən, telefona mesaj gəlib. Məlum olub ki, keçmiş qonşuları Qələndər adlı şəxs onun anasına "salam, necəsən?" yazıb.
O, bu barədə anasından soruşanda Məhbubə əvvəlcə boynuna almasa da, sonradan qonşuya nömrəsini verdiyini etiraf edib. Hadisədən əsəbiləşən Vüqar Həsənov mətbəxdən götürdüyü bıçaqla anasına ürək nahiyəsindən zərbə endirib və hadisə yerindən qaçıb. V.Həsənov səhəri gün polisə təslim olub.
Samir Əli


