Sürət qatarından istifadə edənlər üçün ŞAD XƏBƏR Yeniliklər açıqlandı
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması, gündəlik hərəkətliliyin daha səmərəli təşkili və sakinlərin rahatlığının artırılması məqsədilə yeni nəqliyyat layihələrinin icrası nəzərdə tutulur.
BAKU.WS-in məlumtına görə, tıxacların qarşısının alınmasına hesablanan bu təşəbbüslər çərçivəsində dəmir yolu infrastrukturunun genişləndirilməsi, sərnişindaşıma imkanlarının artırılması və yeni marşrutların istismara verilməsi planlaşdırılır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qurum "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mövcud sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi məqsədilə tədbirləri davam etdirir:
"O cümlədən Abşeron dairəvi dəmiryol marşrutu üzrə dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur. Sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Artıq tikinti işlərinin 58 faizi yekunlaşıb. Həmçinin qarşıdakı dövrdə Saray qəsəbəsində qatarlara dayanacaq verilməsi planlaşdırılır.
Bundan başqa, Dövlət Proqramına əsasən, 2026-2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2026-2027-ci illərdə Yeni Suraxanı–Hövsan və 2028-2030-cu illərdə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. Həmçinin 2030-cu ilədək 10 yeni sərnişin qatarının alınması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Yanvar 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















