Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Sürəyya Ağaoğlu İstanbulda Türkiyənin ilk azərbaycanlı qadın hüquq vəkili anıldı

Sürəyya Ağaoğlu İstanbulda Türkiyənin ilk azərbaycanlı qadın hüquq vəkili anıldı

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Dünən İstanbul Türk Ocağının konfrans salonunda Türkiyənin ilk qadın hüquq vəkili, uşaq hüquqlarının qorunması sahəsində ilk addım ataraq 1949-cu ildə  Uşaq Dostları Dərnəyini yaradan Sürəyya Ağaoğlunun (1903-1989)  həyatı və fəaliyyəti ilə bağlı konfrans keçirilib. 

Lent.az xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və  Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı  ilə keçirilən tədbiri giriş sözü ilə İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayram açıb.

O, Sürəyya Ağaoğlunun yetişdiyi ailə və ictimai mühitdən söhbət açıb. C.Bayram ötən əsrin əvvəlində Türkiyəyə mühacirət edən Əhməd bəy Ağaoğlunun milliyyətçi dərnək və quruluşların yaradılmasında, Türkiyənin ictimai-siyasi fikir tarixində önəmli rolundan bəhs edib. Eyni zamanda S.Ağaoğlunun gələcək fəaliyyətində ailə və ictimai mühitin təsirlərindən danışıb, bugünkü gənclərin S.Ağaoğlunun mübariz obrazından öyrənməli olduğunu deyib. 

C.Bayram qeyd edib ki, kimsəsiz, küçələrdə valideyn qayğılarından məhrum olan uşaqların təlim-tərbiyəyə cəlb olunması, topluma faydalı fərdlərə çevrilməsi kimi məsələlər hələ 1927-ci ildən Türk Ocaqlarının diqqət mərkəzində olub, bu sahədə proqramların qəbulunun vacibliyini vurğulayıblar. Türk Ocağının nəzərdə tutduğu bu ideyanı S.Ağaoğlunun yerinə yetirildiyini qeyd edən C.Bayram belə şəxsiyyətlərin həyatının gənclərə örnək olduğunu deyib.

Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bildirib ki, Türkiyə və Azərbaycanın ortaqlaşan tarixində S.Ağaoğlunun parlaq şəxsiyyəti aktuallığını həmişə qoruyub saxlayır. 

Türkiyədə 1921-ci ildə qızların hüquq təhsili almasına ilk çığır açan, 1928-ci ildə ilk dəfə hüquq vəkili kimi rəsmi qeydiyyatdan keçən, dünyanın 70-dən çox ölkəsinə səyahət edən, həmin dövlətlərin bir çoxunda qanunvericilik aktlarının təkminləşdirilməsində, uşaq və qadın hüquqlarının qorunmasında təklif və rəylərini bildirən S.Ağaoğlunun fəaliyyəti çoxşaxəlidir. Uşaq dostları dərnəyini yaradaraq cəmiyyətin diqqətini kimsəsiz uşaqlara, valideyn qayğısına ehtiyacı olan körpələrə yönəldən S.Ağaoğlu Türkiyədə ilk addımı atdı. Yüzlərlə sevgi və nəvazişə möhtac qalan uşağa analıq qayğısı göstərdi, onlara Yurd yeri açdı. 


Vəkil Hilal Gültəpə Öztürk S.Ağaoğlunun vəkil kimi fəaliyyətinə toxunub, ötən əsrin əvvəllərində Türkiyədə qadın hüquqlarının vəziyyətindən danışıb. S.Ağaoğlunun qadın haqlarına  dəyər verən, güclü lideri Ziya Gökalpdan ilhamlandığını deyib. Uşaqlıqdan vəkil olmaq arzusunu dilə gətirib. Öncüllüyü, hazırcavablığı, qərarlılığı ilə bütün qadınlara örnək olub. H.G.Öztürk S.Ağaoğlunun 17 yaşında hüquq fakültəsinə qəbul olması üçün verdiyi mücadilədən, tələbəlik illərində etdiyi etirazlarından danışıb. Üstəlik o, Türkiyə Cümhuriyyətinin hələ elan edilmədiyi bir vaxtda tələbə qızların sayının artması və qadınların hüquq peşəsinə yiyələnmələri üçün mübarizə aparırdı. Hüquq fakültəsini bitirdikdən sonra da davam etdirdiyi etirazları ilə qadın hüquqçulara yol açdı. O, xüsusilə də uşaq məhkəmələrində fəaliyyət göstərmək istəyib. Hazırda Türkiyədə uşaq məhkəmələri var və bu, S.Ağaoğlunun sayəsindədir. Adıçəkilən vəkil dünyanın fərqli yerlərində baş tutan tədbirlərə də qatılırdı. Son dərəcə intellektual idi, xarici dil bilgisi də vardı. Hazırda qadın hüquqlarını qorumağa xidmət edən dərnəklər bugünkü bir çox qızlarımıza - yəni kiçik Sürəyyalara da nümunədir. Çünki həmin təşkilatların qurucuları arasında S.Ağaoğlu da yaxından fəaliyyət göstərib.  


Azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı Dilqəm Əhməd konfrans iştirakçılarına şəxsi kolleksiyasından olan S.Ağaoğlunun da yer aldığı bir fotoşəkil göstərib. Fotoşəkil kişi müəllim və tələbələrin arasında biri S.Ağaoğlu olmaqla üç qız tələbəni əks etdirir. D.Əhməd S.Ağaoğlunun vəkil olduğu ilk məhkəməsi haqqında məlumatları "Milliyyət" qəzetinin arxivindən tapdığını diqqətə çatdırıb:

“26 dekabr 1927-ci ildə S.Ağaoğlunun vəkillik etdiyi boşanma ilə bağlı birinci məhkəməsi Ankarada olub. Hər kəs ilk qadın vəkili görmək üçün gəlmişdir. Amma Sürəyya xanım göstərişi sevmirdi. Eyni zamanda məhkəmə boşanma səbəbindən qurulduğu üçün prosesin gizli qalmasını istəyib”. 

Sonda A.Aşırlı layihə rəhbəri olduğu “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” adlı kitabı tədbir iştirakçıları üçün imzalayıb və xatirə fotoları çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri