Icma.az
close
up
RU
Suriya Colan təpələrindən imtina edir? VİDEO

Suriya Colan təpələrindən imtina edir? VİDEO

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, belə iddia səsləndirən “Times of Israel” qəzetinin yazdığına görə, Suriya həmçinin İsraildən öz qoşunlarını ölkənin cənubundakı yəhudi dövlətinin yanvar ayından nəzarət altına aldığı ərazilərdən çıxarmasını tələb edir.
Lakin İsrailin Müdafiə naziri İsrael Kats bildirib ki, Əs-Suveyda əyalətində druzları rahat buraxmasalar və ölkənin cənubundakı bölgəni tərk etməsələr, İsrail Suriyanın hökumətyönlü qüvvələrinə qarşı hücumlarını artıracaq.
“Suriya rejimi Əs-Suveydadakı druzları rahat buraxmalı və öz qüvvələrini geri çəkməlidir. İsrail Suriyada druzları tək qoymayacaq və onları silahlandırma siyasətini davam etdirəcək. Onlar bölgədən çəkilənə qədər İsrail rejim qüvvələrinə qarşı hücumlarını davam etdirəcək və siqnalımıza məhəl qoyulmayacağı təqdirdə rejimə qarşı cavab tədbirlərini tezliklə gücləndirəcək”, - İsrail Müdafiə nazirliyinin mətbuat xidməti qurumun rəhbərinin bəyanatını yayıb.
İsrailin diasporla iş üzrə naziri Amihay Çikli isə, Suriyanın cənubunda baş verən hadisələr fonunda ölkənin keçid dövrünün prezidenti Əhməd əl-Şəraaya qarşı sui-qəsd etməyə çağırıb.
- Əgər o, HƏMAS kimi görünürsə, HƏMAS kimi danışırsa və HƏMAS kimi davranırsa, deməli o, HƏMAS-dır. Suriya hökuməti xilafətdir. Kim Əhməd əl-Şəraanı qanuni lider hesab edirsə, çox yanılır. O, dərhal aradan götürülməlidir”, - Çikli özünün “X” sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
Beləliklə, israilli nazir açıq şəkildə Suriya prezidenti əl-Şəranın öldürülməsinə çağırıb.
İsrail Suriya ordusunu bombalayır | VİDEO Xatırladaq ki, iki gün əvvəl Əs-Suveydada druz qruplarının ərəb bədəvi qəbilələrinə məxsus bir neçə avtomobili ələ keçirməsindən sonra kiçik silahlı toqquşmalar baş verib.
Hər iki tərəfin bir neçə mülki şəxsi saxlaması ilə qarşıdurma daha da böyüyüb. Toqquşmalar nəticəsində azı onlarla adam ölüb, 100 nəfərdən çox insan isə yaralanıb.
Daha sonra Suriya Müdafiə və Daxili İşlər nazirlikləri toqquşmaları dayandırmaq üçün bölgəyə çoxlu sayda əlavə qüvvə göndərib. Bu nazirliklərin karvanlarına edilən hücumlar nəticəsində 18 hərbçi həlak olub, 9 əsgər isə girov götürülüb.
İsrailin Müdafiə naziri İsrael Kats Dəməşqin Suriyanın cənubundakı əməliyyatlarına qarşı çıxış edərək bildirib ki, İsrail druzlara zərər gəlməsinə icazə verməyəcəyik və kənarda kənarda durmayacaq. Bu bəyanatdan sonra İsrail Əs-Suveyda əyaləti ərazisində yerləşən Suriyanın Müdafiə və Daxili İşlər nazirliyi qoşunlarının kolonlarına ümumilikdə 5 hava zərbəsi endirib.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 İyul 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri