Icma.az
close
up
RU
Suriya ələviləri İsrailə pənah gətirirlər

Suriya ələviləri İsrailə pənah gətirirlər

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

İsrailin "i24 News" telekanalının məlumatına görə, məktubda ələvi lər 24 illik Bəşərd Əsəd rejimini devirən Əhməd Əş-Şərəənin başçılığında hökumətdən şikayətlərini dilə gətiriblər. Onlar vurğulayırlar ki, Suriyada bu icmaya qarşı zorakılıq törədilir, etnik təmizləmə səviyyəsində kütləvi qətllər həyata keçirilir.
"Bizi zalım rejimin əlindən qurtarın, sizi nəğmələrlə, gül-çiçəklə qarşılayarıq! İsrail mətbuatını baş verən qətliamı işıqlandırmağa çağırırıq", - ələvi şeyxlərinin adından yazılan məktubda deyilir.
Suriyada iki gündə 1000 nəfər ölüb
Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar Almaniyanın "Bild" qəzetinə müsahibəsində söyləyib ki, Avropa İttifaqı "Suriyadakı yeni hökumətə qarşı mövqeyini birmənalı dəyişməlidir".
"Avropa ölkələri artıq ayılmalı, Suriyanın yeni rejiminin iç üzünü görməli, onların terrorçu keçmişini xatırlayaraq bu rejimi legitimləşdirməkdən əl çəkməlidir", - nazir vurğulayıb.
Saarın sözlərinə görə, bütün Avropa ölkələrindən nümayəndələr son aylarda Suriyanın keçid hökumətinin prezidenti Əhməd Əş-Şərəə ilə görüşmək üçün Dəməşqə axışır.
"Bu yolverilməzdir. Unutmamalıyıq ki, Suriyanın yeni rəhbərləri vaxtı ikən radikal islamçı qruplar idi. Donlarını dəyişib kostyum geyinsələr də, məğzləri dəyişməyib", - İsrailin baş diplomatı deyib.
Gideon Saarın bu ifadələri Suriya ələvilərinin İsrailə pənah gətirməsinə müəyyən mənada cavab kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, hazırda Əş-Şərəə hökumətindən şikayətlənən ələvilərin vəziyyəti, əslində, Əsəd ailəsinin vaxtında da fərqli deyildi. Hərçənd sabiq prezident Bəşər Əsəd özü də ələvi idi, ancaq o öz "din qardaşları"nın dəstəyini onlara təzyiq göstərməklə qazanmışdı. Sələfi Əhməd Əş-Şərəə də hələ 2014-cü ildə Qətərin "Al Jazeera" telekanalına verdiyi müsahibədə söyləmişdi ki, "Suriyada ələvi, şiə, dürzi və xristian azlıqlarına yer yoxdur".
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri