Suriya Husilərə qarşı 20 min hərbçi göndərir
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanı və Suriya Husilərə qarşı Ər-Riyadın dəstəklədiyi qüvvələrin hücumunda iştirak etmək üçün suriyalı hərbçilərin Yəmənə göndərilməsi imkanını müzakirə edir.
Modern.az xəbər verir ki, bu barədə “Axios” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Suriya Prezidenti Əhməd əş-Şara bu təklifi ciddi şəkildə nəzərdən keçirir. Lakin hələlik yekun qərar qəbul edilməyib. Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası müzakirələrdən xəbərdar edilib və prinsip etibarilə Suriya hərbçilərinin mümkün iştirakına etiraz etmir.
Hərbçilərin Yəmənə göndərilməsi məsələsi həftənin əvvəlində Əhməd əş-Şaranın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla Ər-Riyadda keçirdiyi görüşdə müzakirə olunub. Səudiyyə tərəfi Suriya hərbçilərinin köməyi ilə hazırlıq səviyyəsinə görə Husilərdən geri qalan Yəmən hökumət qüvvələrini gücləndirməyə ümid edir.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri həftəsonu Husilərin mövqelərinə qarşı genişmiqyaslı quru hücumuna başlayıb. Hücumun məqsədi üsyançıların nəzarətində olan əraziləri, o cümlədən paytaxt Səna və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı ətrafındakı əraziləri geri qaytarmaqdır.
“Axios”un müzakirələrdən xəbərdar mənbəsinin məlumatına görə, Suriya Yəmənə 10-20 min hərbçi göndərə bilər. Nəzərdən keçirilən bölmələr arasında Dəməşq yaxınlığında yerləşən 90-cı diviziya və ölkənin cənubunda yerləşən 84-cü diviziya da var.
Suriya hərbçilərinin mümkün iştirakı münaqişənin dini aspekti ilə bağlı narahatlıqlara səbəb olur. Husilər şiə islamının zeydilik qoluna etiqad edir. Suriya bölmələrinin bəzilərinin tərkibində isə Bəşər Əsəd rejiminə qarşı mübarizə aparmış sünni islamçı döyüşçülərin yer ala biləcəyi bildirilir.
İki amerikalı rəsmi bildirib ki, Suriya hərbçilərinin mümkün şəkildə Yəmənə köçürülməsi variantlarının müzakirəsinə ABŞ Mərkəzi Komandanlığı da cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Oktyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















