Icma.az
close
up
RU
Suriya Yenidən Alovlanır: Böyük Güclərin Məğlubiyyətə Uğramış Planları

Suriya Yenidən Alovlanır: Böyük Güclərin Məğlubiyyətə Uğramış Planları

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Suriyada son günlərdə nisbi sakitlikdən sonra yenidən hərbi əməliyyatlar bərpa olunub. "Heyət Təhrir əş-Şam" və Azad Suriya Ordusu qüvvələri  Hələbi, Həmanın müəyyən məntəqələrini ələ keçiriblər və bu da Suriyanın növbəti dəfə vətəndaş müharibəsi ilə alovlandığının göstəricisidir”

Bunu Moderator.az-a Suriyada baş verənləri şərh edən politoloq Sultan Zahidov deyib.

Politoloqun sözlərinə görə, Suriya müharibəsinin kökləri 2011-ci ildəki "Ərəb baharı"na gedib çıxır:

“Həmin vaxtda Bəşər Əsədə qarşı ayağa qalxan müxaliflər müxtəlif qruplaşmalar şəklində  Suriya rejiminə qarşı mübarizə aparmışdılar. Təxminən beş il əvvəl Rusiya, İran və Türkiyə arasında Suriya ilə bağlı bir razılaşma imzalanmışdır. Həmin razılaşmaya görə, İdlibdə deskalasiyası  - təhlükəsizlik zonası yaranmalı idi və müxalif qüvvələr həmin zonada  yerləşdirilməli idi. Lakin iddialara görə, bu saziş Suriya rejimi tərəfindən vaxtaşırı pozulurdu.  İdlibdəki müxalif qüvvələrə qarşı atəş zərbələri endirilirdi və bu da həmin qüvvələrin əks hücuma keçməsinə, Suriyanın bir neçə strateji əhəmiyyətli məntəqəsini, o cümlədən İrandan Livana daşınan silah yollarının qovşağında yerləşən  Hələbin “Heyət Təhrir əş-Şam” qruplaşması tərəfindən  ələ keçirilməsinə gətirib çıxartdı. “Heyət Təhrir əş-Şam” qüvvələri və Suriya ordusu Tel- Rifat bölgəsini PKK/ YGG-dən təmizlədi və hazırda Münbiç istiqamətində irəliləyirlər. Həma şəhəri də hədəflər içərisindədir. Əgər Həma ələ keçirilərsə,  digər iri şəhərlərə  yol açılmış olur ki, bu da Əsəd rejiminin  sonu ola bilər. Əsəd rejimi Rusiyaya böyük şəkildə ümidlər bağlayır, hətta Bəşər Əsəd eskalasiya başlayandan dərhal sonra Moskvaya getmişdi. Rusiyanın təyyarələri aramsız şəkildə “Heyət Təhrir əş-Şam”  qüvvələrini bombalayırlar. 2015-ci  ildən yalnız Rusiyanın dəstəyi ilə Bəşər Əsəd bu günə kimi hakimiyyətini saxlaya bilmişdir. Amma indiki vəziyyət daha mürəkkəbdir. Rusiya, xüsusən də Ukrayna cəbhəsindəki gərginlik səbəbindən, Suriyaya əvvəlki qədər dəstək verə bilməz”.

S.Zahidov vurğulayıb ki, Suriya 2011 “Ərəb baharın”dan sonra region  və böyük ölkələrin maraqları burada toqquşur:

“Hazırda Əsəd rejimi İran diplomatiyasını işə salmış və xarici işlər naziri Abbas Araqçı Suriyaya, daha sonra Türkiyəyə səfər etdi və diplomatik yollarla həm İran, həm Rusiya  çalışacaqlar ki, burada hərbi münaqişə sona çatsın. Suriyada təxminən 900 Amerika əsgəri var. Dövlətin bir hissəsi amerikan əsgərlərinin nəzarətindədir. Suriyanın müəyyən hissəsi türklərin nəzarəti altındadır. Bundan başqa, Rusiyanın da burada hərbi bazası var. Bütün bunlar onu göstərir ki, burada böyük dövlətlərin maraqları ciddi şəkildə toqquşur. Türkiyə ilk növbədə Suriyanın şimalında təhlükəsiz zonanın yaranmasını istəyir ki, burada məskunlaşan üç milyona yaxın qaçqın geri dönə bilsin. Eyni zamanda Türkiyənin məqsədi  PKK terrorunu zərərsizləşdirməkdir. Çünki həmin terrorun mənbələrindən biri də Suriyada yerləşir. İran və Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını istəyirlər, lakin Amerika və İsrail isə buna qarşı  çıxır.  Bütün bu ehtimallar onu göstərir ki, Suriyadakı müxalif qoşunlarının ayağa qalxmasının arxasında həm Türkiyənin  izi var, eyni zamanda da Amerikanın və İsrailin də maraqları üst üstə düşür. Çünki hər iki tərəf Əsəd rejiminin hakimiyyətdən getməsini istəyirlər. İsrail Əsəd rejiminə İranın müttəfiqi kimi baxır və bu rejim İsrail üçün təhdiddir. Türkiyənin də burada maraqları əslində Amerikanın maraqları ilə üst üstə düşür. Zərər görən tərəf isə Rusiya və İrandır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri