Icma.az
close
up
RU
Suriya yenidən parçalanır? Bölgədə gərginliyin İLGİNC səbəbləri

Suriya yenidən parçalanır? Bölgədə gərginliyin İLGİNC səbəbləri

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Suriyada Bəşər Əsəd tərəfdarlarının aktivliyi və bölgədə artan gərginlik ciddi suallar doğurur. Bu proseslərin arxasında hansı qüvvələrin durduğu və qarşıdurmaların nəyə səbəb ola biləcəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Suriya illərdir Yaxın Şərqin ən mürəkkəb geosiyasi düyünlərindən birinə çevrilib. Ölkə daxilindəki münaqişə təkcə daxili faktorlarla deyil, həm də beynəlxalq güclərin maraqları ilə qidalanır.

Bəs regional gərginliyin artmasının əsas səbəbi nədir və bu gərginlik nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

“Müxtəlif qüvvələr yenidən Suriyanı parçalamağa və oradakı müxtəlif etnik silahlı qruplardan istifadə etməyə çalışırlar. Şimaldakı kürdlər, cənubda druzlar, dəniz sahilində isə ərəblərin bir hissəsi qiyamlar qaldırmağa cəhd edirlər. Bu fəaliyyətlər həm Suriyanı parçalamaq, həm də Türkiyənin bölgədəki mövqelərini zəiflətmək məqsədi daşıyır.

Son məlumata görə, şimaldakı kürdlərlə Dəməşq arasında razılaşma əldə edilib və onlar tərk-silah olunaraq mərkəzi hakimiyyətə tabe olmağa razılaşıblar. Bununla yanaşı, müəyyən hüquqlar əldə edəcəkləri də gözlənilir. Bu razılaşma Türkiyə üçün də əhəmiyyətlidir, çünki ölkənin cənub sərhədlərindən gələn təhlükənin – PKK, YPG və PYD kimi qrupların təhdidinin aradan qaldırılması baxımından vacib addımdır.

Lakin hələ də həllini tapmayan problemlər qalır. Məsələn, cənubda druzlara İsrailin dəstək verdiyi bildirilir və bu məsələ açıq olaraq qalır. Suriya mərkəzi hakimiyyəti isə tərk-silah məsələsində ehtiyatlı davranmalıdır. Çünki silahlı ərəbləri tərk-silah etməyə çalışarkən mülki vətəndaşlar arasında ölənlərin olması barədə məlumatlar yayılıb. Bu isə mərkəzi hakimiyyətin nüfuzunu zəiflədə və daxili narazılığı daha da artıraraq vəziyyəti çətinləşdirə bilər.

Bütün hallarda xarici qüvvələr – İran, ABŞ və İsrail – Suriyada hazırkı keçid hökumətinin möhkəmlənməsini və Türkiyənin bölgədə təsirinin artmasını istəmirlər. Buna baxmayaraq, Türkiyə güclü dövlətdir və Suriyanın ərazi bütövlüyünün təmin olunmasına, oradakı mövcud hakimiyyətə dəstəyini davam etdirməyə çalışacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri