Icma.az
close
up
RU
Suriyadan kürdlərə cavab: Təklif rədd edildi

Suriyadan kürdlərə cavab: Təklif rədd edildi

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Suriya Demokratik Qüvvələri” (SDQ) Suriya silahlı qüvvələrinin tərkibində öz muxtariyyətini saxlaya bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Suriyanın yeni müdafiə naziri Murhaf əbu Kəsra "Reuters"ə deyib.

Britaniya agentliyi yazır ki, ölkənin şimal-şərqində təktərəfli qaydada öz muxtariyyətini elan edən kürd qruplaşması müstəqil blok kimi Suriya Müdafiə Nazirliyinə inteqrasiya təklif edib. SDQ komandiri Mazlum Abdi bu yaxınlarda Səudiyyə Ərəbistanının “Asharq News” telekanalına demişdi ki, onların prioriteti mərkəzləşdirilməmiş idarəetmədir.

Əbu Kəsra bu fikri qətiyyətlə rədd edərək vurğulayıb: “İyerarxiya daxilində Müdafiə Nazirliyinə daxil olacaqlar. Onların hərbi blok olaraq qalmaları doğru deyil”.

Əhməd Şəranın rəhbərliyindəki yeni hökumət ölkə daxilindəki çoxsaylı silahlı qruplaşmaları martın 1-dək vahid hərbi strukturda birləşdirməyi hədəfləyir. PKK terror təşkilatının qanadları olan SDQ və YPG isə ABŞ-nin dəstəyi ilə bundan yayınmağa çalışır.

Sözügedən təşkilatlar Türkiyə tərəfindən də təhlükəsizliyə təhdid olaraq görülür. Rəsmi Ankara məsələ dinc yolla həll edilməyəcəyi təqdirdə, hərbi variantın istisna olmayacağını bəyan edib. Dəməşq Ankara ilə razılaşıb. Anlaşma çərçivəsində birgə əməliyyatın keçiriləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 20 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see371

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see281

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see273

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see270

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see223

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see223

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see222

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see207

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see200

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see192

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see176

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see175

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see170

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see166

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see166

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see165

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see162

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see161

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see157

Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir

24 Avqust 2026 07:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri