Icma.az
close
up
RU
Suriyalı çempion: 21 il işgəncə və həbsin acı hekayəsi

Suriyalı çempion: 21 il işgəncə və həbsin acı hekayəsi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Suriyalı keçmiş atçılıq çempionu Adnan Kassar yarışda Bəşər Əsədin qardaşı Basil Əsədi məğlub etdikdən sonra 21 il ərzində həbs edildiyini və dəhşətli işgəncələrə məruz qaldığını "Sky News" kanalına açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, ölkənin idman səhnəsində tanınmış bir sima olan Kassar Əsəd ailəsinin 50 ildən çox davam edən hakimiyyətinin sonuna qədər yaşadıqları barədə ilk dəfə danışıb.

Karyera zirvəsi və çöküşü

1980-ci illərin sonunda bir neçə qızıl medal qazanan və milli atçılıq komandasının kapitanı olan Kassar 1993-cü ildə Latakiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Atçılıq Çempionatında parlaq çıxışı ilə karyerasının zirvəsinə çatıb. Onun bu uğuru komandaya qalibiyyət gətirsə də, Basil Əsədin qəzəbinə səbəb olub.


Basil Əsədin reaksiyası

Kassarın sözlərinə görə, həmin gün Basil Əsədin qəzəbini qazandığı gün olub. "Tamaşaçılar məni çiyinlərinə qaldırdı, bu, təmiz sevinc anı idi. Amma Basil üçün bu belə deyildi. O gün kabusumun başlanğıcı idi", deyə Kassar bildirib.

Basil Əsəd 1994-cü ildə avtomobil qəzasında həyatını itirənədək Suriyanın gələcək prezidenti olaraq qəbul edilirdi. Onun ölümündən sonra isə qardaşı Bəşər Əsəd Londonda göz həkimi olaraq çalışdığı yerdən qayıdaraq prezidentlik üçün hazırlaşmağa başlayıb.

Həbs və işgəncə illəri

Kassar Basil Əsədin onun uğuruna görə narazılıq ifadə etdiyini və bunun nəticəsində əsassız ittihamlarla həbs olunduğunu deyib. "Altı ay ərzində yer altında saxlandım, davamlı olaraq döyüldüm və sonsuz sorğulara məruz qaldım", deyə Kassar yaşadıqlarını təsvir edib.

Daha sonra, "insan qəssabxanası" kimi tanınan Sednaya həbsxanasına köçürülən Kassar burada daha ağır işgəncələrlə üzləşib. Basilin ölümündən sonra isə Kassarın gördüyü işgəncələr daha da şiddətlənib. 

"Məni onun ölümündə günahlandırırdılar", deyə Kassar bildirib və hər il Basil Əsədin ölüm ildönümündə işgəncələrin daha da artdığını vurğulayıb.

Kassar həmçinin 7,5 il ərzində insanlığa zidd şəraiti ilə tanınan Tadmur həbsxanasında saxlanılıb. "Bir səhər qulağımı deşdilər, axşam isə çənəmi sındırdılar" deyə danışıb və əlavə edib: "Dua etdiyim üçün min dəfə qamçılandım. Ayaqlarım paramparça oldu, sümüklərim bədənimdən çıxdı".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri