Suriyanın qapıları dünyaya açılır: Dəməşq beynəlxalq aeroportundan 11 gün sonra ilk təyyarə uçdu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dəməşq (Suriya) beynəlxalq aeroportundan 11 gündən sonra ilk sərnişin təyyarəsi uçub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TASS-a hava limanının dispetçer xidməti məlumat verib.
"Suriya Hava Yolları" milli daşıyıcısının Hələbə uçuşu həyata keçirilib", - deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl məlumat verilmişdi ki, dekabrın 24-nə qədər Dəməşq aeroportu təyyarələri yalnız mülki aviasiya nəzarəti üzrə dövlət orqanının xüsusi icazəsi ilə qəbul edə və göndərə bilər.
Hazırda dispetçerlərin yaydığı notam məlumatına əsasən, bu cür məhdudiyyət qüvvədə qalır. Hələb aeroportu hələ də eyni rejimdə işləyir, lakin burada məhdudiyyətlər dekabrın 18-nə qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata
18 Dekabr 2024 13:43
Dəməşq aeroportundan ilk uçuş həyata keçirildi 11 gündən sonra
18 Dekabr 2024 12:31
Suriyanın qapıları dünyaya açılır Uzun müddət sonra... FOTOlar
18 Dekabr 2024 18:02
Suriyanın Dəməşq şəhərində kütləvi məzarlıq tapılıb
21 Oktyabr 2025 20:31
Dəməşq hava limanı açılır
12 Dekabr 2024 11:56
Baxış sayı:112
Bu xəbər 18 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















