Icma.az
close
up
RU
Suriyanın yeni lideri KİM OLACAQ? ABŞ onu leqallaşdırmağa çalışır FOTO

Suriyanın yeni lideri KİM OLACAQ? ABŞ onu leqallaşdırmağa çalışır FOTO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Misir və İordaniya rəsmiləri Suriya Prezidenti Bəşər Əsədə respublikanı tərk etməyi və müxalifət nümayəndələrinin daxil olduğu Müvəqqəti Şura yaratmağı təklif ediblər. İllər öncə də Bəşər Əsədə təklif olunmuşdu ki, çoxpartiyalı rejim yaratsın, konstitusiyaya dəyişiklik etsin. Amma o, bunların heç birini etmədi. Bəs görəsən, indi Bəşər Əsəd ona edilən təklifləri qəbul edəcəkmi?  

Mövzu ilə bağlı siyasi şərhçi Azər Qasımov Moderator.az-a danışdı. 

O bildirdi ki, Əsəd rejimi artıq son günlərini yaşayır:  

“10 ilə yaxın bir dövr ərzində Əsəd rejimi öz xalqına qarşı elə cinayətlərə yol verdi ki, artıq onunla danışıq mümkün deyil. Əsəd  özü də bu illər ərzində danışıqlarda maraqlı olmadı. Rusiya və İranın arxasına gizlənib özünü qalib kimi apardı. Çünki bir sıra ərəb ölkələrdəki inqilablar hakimiyyətin devrilməsi ilə nəticələnsə də, Suriyada bu, baş vermədi. Türkiyə Prezidenti R.T.Ərdoğanın son bir ilə yaxın müddətdə təklif etdiyi danışıqlar istəyi də cavabsız qaldı. Amma indi durum başqadır. Əsədlə danışıq yox, onun getməsi gündəmdədir, hətta onun ölkədən qaçdığı da deyilir. 

Geosiyasi durumun Suriya hakimiyyətinin əleyhinə işləməsi rejimin yıxılmasını labüd etdi. Rusiyanın məlum çıxılmaz durumu, İranın indi özünün halına qaldığı və Livan "Hizbullah"ının İsrail tərəfindən, demək olar ki, hərbi və siyasi qanadının çökdürülməsi Əsədin dayaqlarını yıxdı.

HTŞ lideri Colaninin SNN-ə müsahibə verməsi onu deməyə əsas verir ki, ABŞ onu leqallaşdırmağa şərait yaradır və indiki durumdan razıdır. Bu da o deməkdir ki, yeni lider o olmalıdır. Suriyanın üç yerə bölünmə ehtimalı var. Məsələyə Türkiyənin mövqeyi aydınlıq gətirəcək. 

Məsələ ondadır ki, ABŞ "kürd dövləti" yaratmaqda maraqlıdır, bunun üçün də ciddi hazırlıq görüb. Türkiyə isə Suriyanın bütövlüyndən yanadır. Hesab edirəm ki, Suriya konfederasiya və ya avtonom bölgələr olmaqla bir neçə yerə bölünəcək və bu, yeni konstitusiyada öz təsvirini tapacaq. Kürd avtonomiyasının yaranmasına Türkiyənin Türkməneli avtonomiyasının yaranması ilə razılıq verə bilər deyə düşünürəm. Çünki  Türkməneli bölgəsi Türkiyə ilə kürd bölgəsi arasında tampon bölgə rolu oynayacaq. Bu bölgələrin müstəqil dövlət kimi meydana çıxması ehtimalı da vardır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see242

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri