Icma.az
close
up
RU
Suriyanın yeni prezidenti Colani olacaq?

Suriyanın yeni prezidenti Colani olacaq?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Suriyada başlanılan proseslərin bazasının bir neçə il əvvəlcədən hazırlandığı artıq məlumdur”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının müavini, politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının Suriyadakı prosesləri sürətlə icra etməsi müəyyən bir bazanın olmasından xəbər verir:

“Suriyada hazırda kifayət qədər mürəkkəb bir konfiqurasiya yaşanır. Orada daxili və xarici aktorların olduğunu görürük. Məsələn, proseslər başlayanda Türkiyənin xarici işlər naziri demişdi ki, Suriyada 2,5 ölkə var. Məncə, bu, çox maraqlı bir yanaşma idi. O, bu sözləri ilə ABŞ, Böyük Britaniya və Fransanın Suriyada olduğunu deyirdi.

Bunlar xarici aktorlardır. Həmçinin, Suriyanın daxilindəki müxtəlif qruplaşmaların da oluğunu demək lazımdır. Hansı ki, onların içində terror qruplaşmaları belə mövcuddur. Yəni Suriyada kifayət qədər ciddiyətli bir vəziyyət yaranmışdı”.

Politoloq Suriyadakı proseslərin gələcəyi ilə bağlı da danışıb:

“Konkret olaraq bu gün Suriyanın gələcəyi ilə bağlı fikir söyləmək doğru olmaz. Çünki orada çox həssas məqam var. Üstəlik, Suriyada bir çox silahlı qruplaşmalar olduğu reallıqdır.

Onlar prosesləri hələlik sakit şəkildə izləyirlər. Nəzərə almaq lazımdır ki, onlar hələ də silahlarını təhvil verməyiblər. Ən xırda detal belə hazırda bizə sakit görünən Suriyad ictimai-siyasi həyatı “barıt çəlləyinə” bənzəyir.

Hesab edirəm ki, Suriyada dini bir hökumət quruluşu olmayacaq. Məncə, Suriyada hərbi və ya dini deyil, mülki hakimiyyət qurulacaq. Onun işartıları bu gündən görünməyə başlayıb”.

Bakir Həsənbəyli “ABŞ və Rusiya Suriyadan çıxacaqmı?” sualına isə belə cavab verib:

“ABŞ-nin bu gün Suriyada qalması üçün hansısa tələbat yoxdur. Çünki onun proksi qüvvəsi olan PYD/YPG terror qruplaşmalarının oradan çıxmasından sonra ABŞ-yə də ehtiyac qalmayacaq.

Hətta ABŞ-nin yeni prezidenti Donald Trampın Suriya məsələsi ilə maraqlanacağını zənn etmirəm. Rusiya isə Suriyadakı hərbi bazalarını qorumağa çalışacaq. Ətrafdakı hərbçilərini də həmin bazalara yığacağı gözlənilir. Düşünürəm ki, rəsmi Moskva yeni Suriya hökuməti ilə anlaşaraq həmin bazaların qorunması üçün maksimum cəhd göstərəcək”.

Politoloq hesab edir ki, HTS-nin rəhbəri Əbu Məhəmməd əl-Colani Suriya prezidenti ola bilər:

“Əslində Colaninin hərbi geyimdən mülki geyimə keçməsi, bütün tərəflərə qucaq açması onun prezidentlik kürsüsünə iddialı olduğunu göstərir. Onun bu aspektə verdiyi bəyanatlar da olduqca diqqət çəkir. Colaninin Suriya prezidenti olmaq şansı yüksəkdir.

Xarici ölkə kəşfiyyatı tərəfindən yeni lider fiquru ola bilər. O isə Colani ilə rəqabət aparmağa çalışar. Lakin yaxın zamanda bunun yaşanma ehtimalı kifayət qədər aşağıdır”.

Elmir
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri