Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional və bəlkə də qlobal müharibənin qarşısını aldı”
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyada baş verən son hadisələr regional və bəlkə də qlobal müharibənin qarşısını aldı, çünki bu ölkə artıq Bəşər Əsəd dövründə olduğu kimi qeyri-sabitlik yuvası olmayacaq.
APA xəbər verir ki, bu sözləri Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd Şara Dəməşqdə Livanın Mütərəqqi Sosialist Partiyasının lideri Valid Cumblat ilə görüşündə deyib.
Suriyanın “Əl-Vətən” nəşri əş-Şaradan sitat gətirib: “Əsədlə uğurlu qarşıdurmamız regionu böyük münaqişədən və ola bilsin ki, yeni dünya müharibəsindən xilas etdi. Keçmiş Suriya qeyri-sabitlik yuvası idi və orada hökmran rejim İranyönlü silahlı qruplarla birlikdə Suriya cəmiyyətinin əleyhinə çalışırdı”.
Suriyanın yeni hakimiyyətinin lideri həmçinin “devrilmiş rejimi” 1977-ci ildə Cumblatın atası Kamalın, 1982-ci ildə Livan prezidenti Bəşir Gemayelin və 2005-ci ildə Livanın baş naziri Rafik Həririnin qətlini təşkil etməkdə ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 22 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















