Suriyanın yenidən qurulmasına dəstək olmaq qonşu ölkələrin borcudur Ərdoğan
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın sabitliyi və təhlükəsizliyinin bütün region üçün təmin edilməsinin əhəmiyyətli olduğunu bildirib.
Publika.az xəbər verir ki, Ankarada Livanın Baş naziri Nəcib Mikati ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə dövlətinin başçısı qeyd edib ki, Suriya böhranı fonunda bütün region 13 ildir çətin vəziyyətdədir.
“Bu gün Suriya tarixində yeni bir dövr açılıb. Bu ölkədəki sabitlik bütün regionun sabitliyinə bərabərdir. Bütün tərəflər bu prosesə maksimal dəstək verməlidir”, - deyə o vurğulayıb.
Dövlət başçısı Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunub saxlanmasının vacibliyini vurğulayıb və Türkiyənin bundan sonra da bu ölkənin xalqını dəstəkləyəcəyinə əmin edib.
Siyasətçi həmçinin Suriyanın yenidən qurulmasında dəstəyi “qonşu ölkələrin borcu” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















