Sürücü burada ötmə edə bilər? DOĞRU CAVAB
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Avtosfer.az saytı ötmə qaydası ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir:
Sarı avtomobilin sürücüsü yolun bu hissəsində ötmə edə bilər?
1) Yalnız A trayektoriyası ilə ötə bilər
2) Hər iki trayektoriya ilə ötə bilər
3) 800 metrdən sonra hər ikisini ötə bilər
4) Heç birini ötə bilməz
Doğru cavab: 2) Hər iki trayektoriya ilə ötə bilər
İzah: Yola quraşdırılmış 3.20 nişanı ötməni qadağan edir. Lakin onun altında tətbiq edilən 7.1.1 obyektə qədər lövhəciyi bildirir ki, ötmənin qadağan edildiyi yol sahəsinə 800 metr məsafə var. Yəni ötməni qadağan edən nişan 800 metrdən sonra qüvvəyə minəcək. Buna görə də göstərilən yol sahəsində sarı avtomobilin hər iki trayektoriya ilə ötmə əməliyyatı etməsi qaydalara uyğun hesab olunur.
Sualın ilk düzgün cavabını verən Həsənov Elçin adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
OxucumuzuAvtosfer.azsaytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















