Icma.az
close
up
RU
Sürücü hərşeyi açıqladı: Mado da gizli görüşlər keçirilirdi, çıxanda əllərində pulla dolu çantalar olurdu

Sürücü hərşeyi açıqladı: Mado da gizli görüşlər keçirilirdi, çıxanda əllərində pulla dolu çantalar olurdu

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqında keçmiş Mədəniyyət AŞ Baş direktoru Serdal Taşkının keçmiş sürücüsü O.C.-nin ifadəsi alınıb. Sürücü ifadəsində bildirib ki, Murat Ongun və Serdal Taşkın Ekrem İmamoğlunun göstərişi ilə qanunsuz tenderlər və komissiya işləri ilə məşğul olublar. O.C. bu hadisələrə şahid olduğunu deyərək əlavə edib: "İmamoğlu pullarını Taşkına verirdi, o çantaların maşında olduğunu gözlərimlə görmüşəm."

Milli.Az AA-ya istinadla xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlu və daha 99 şübhəli barəsində "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatına üzv olmaq", "rüşvət alma", "rüşvət vermə", "dələduzluq", "şəxsi məlumatları qanunsuz yolla əldə etmək" və "tenderlərə müdaxilə etmək" kimi maddələrlə aparılan istintaq davam edir.

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində şahid qismində ifadəsi alınan A.Ş, 2019-2023-cü illər arasında "Sev Reklam Şirkəti"ndə direktor kimi işlədiyini bu şirkətin sahiblərinin Alihan Aydın, Alper Aydın və Ahmet Uruç olduğunu deyib. O bildirib ki, işlədiyi dövrdə bu şirkətin İBB-dən heç bir tender almasına şahid olmayıb və 2023-cü ildə işdən ayrılaraq öz şirkətini qurub. A.Ş əlavə edib ki, ayrıldıqdan sonra həmin şirkətin İBB və ya ona bağlı qurumlardan tender alması mümkündür, lakin bu barədə məlumatı yoxdur.

İfadə verən başqa bir şahid, keçmiş sürücü O.C. isə 2019-cu ildə Ekrem İmamoğlu bələdiyyə sədri seçildikdən sonra Kültür AŞ-də müqaviləli dövlət qulluqçusu kimi işə başladığını və Serdal Taşkının 2 il sürücüsü olduğunu deyib. Taşkının sürücüsü olduğu dövrdə daim onunla olduğu üçün kimlərlə görüşdüyü və harada toplantılar keçirdiyi barədə geniş məlumata sahib olduğunu deyib. Onun sözlərinə görə, Serdal Taşkın İmamoğlunun komandasında yer alan Murat Ongun, Murat Kapki, Hüseyin Köksal, Necati Özkan və Fatih Keleşlə birlikdə hər həftə azı iki dəfə Beylikdüzü "Mado" kafesinin aşağı mərtəbəsində, ictimaiyyətə bağlı olmayan otaqda toplantılar keçirirdilər. O.C bu müddətdə Hüseyin Köksalın sürücüsü Servet adlı şəxslə çöldə gözlədiklərini bildirib.

O.C ifadəsində qeyd edib ki, bu toplantılarda açıq hava reklamları, tender və qeyri-qanuni işlərlə bağlı məsələlər müzakirə olunurdu. Toplantılardan sonra Murat Ongun və Serdal Taşkın əllərində içində pul olduğuna inandığı çantalarla çıxırdılar. Bəzi hallarda bu çantalar Taşkının Nişantaşı Vakıfbank filialındakı şəxsi seyfinə yerləşdirilirdi. O.C həmçinin bildirib ki, ailəsinin sarraf və valyutadəyişmə işi ilə məşğul olması və Kapalıçarşıda çevrəsinin olması səbəbilə Taşkına valyuta və qızıl alarkən yardımçı olub. Bu gizli Mado görüşlərindən başqa, Ekrem İmamoğlunun şəxsən qatıldığı, eyni şəxslərin iştirak etdiyi digər görüşlərin də Hüseyin Köksalın Beylikdüzündəki tekstil fabrikində həftədə iki dəfə keçirildiyini deyib. O.C, bu görüşlərdən sonra da iştirakçıların əllərində çantalarla çıxdıqlarını və yenə qanunsuz tender və digər hüquqa zidd işlər barədə danışdıqlarına şahid olduğunu vurğulayıb.

O.C, sürücü kimi çalışdığı iki il ərzində hər gün belə işlərin müzakirə olunduğunu, çoxsaylı qeyri-rəsmi toplantı və söhbətlərin keçirildiyini, eyni zamanda komissiya alındığını gördüyünü bildirib. Onun sözlərinə görə, Ekrem İmamoğlunun göstərişi ilə Murat Ongun və Serdal Taşkının təşkilatçılığı altında, əvvəldən adları çəkilən şəxslər vasitəsilə bu qanunsuz tender və komissiya işləri həyata keçirilirdi. O.C qeyd edib ki, Taşkının şəxsi sürücüsü və rəsmi tədbirlərdə iştirak edən biri kimi bu proseslərin bir çoxuna şəxsən şahid olub. Həmçinin, mətbuata da mövzu olan və İmamoğlunun pullarının Taşkına daşıdıldığı hallarda bu pulların yerləşdiyi çantaların avtomobildə olduğunu öz gözləri ilə gördüyünü bildirib. O əlavə edib ki, bu gizli görüşlər əsasən gecə saat 23:00-dan 01:00-a qədər keçirilirdi.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində şahid qismində danışan O.S, "Popüler Medya" şirkətinin sahibi olduğunu və qardaşı E.S ilə 2019-cu il bələdiyyə seçkilərinə qədər birlikdə çalışdıqlarını bildirib. O deyib ki, seçkilərdən sonra qardaşı metro və rəqəmsal panel reklam işi üzrə böyük yatırım etsə də, bu iş qısa müddət sonra İBB-yə bağlı şirkət vasitəsilə İlbak Holdinqə verilib. O.S, qardaşına hüquqi yolla haqqını tələb etməyi tövsiyə etsə də, onun bələdiyyədən çəkindiyini və sükutla razılaşdığını bildirib.

O.S həmçinin qeyd edib ki, Ekrem İmamoğlu bələdiyyə başqanı olduqdan sonra reklam icazəsi alma prosesi çətinləşdirilib və bəzi şirkətlərdən qeyri-rəsmi ödənişlər tələb olunub. Öz şirkəti adından etdiyi icazə müraciətlərinin hamısının rədd edildiyini bildirən O.S, bəzi reklam yerlərinin qanunsuz şəkildə bələdiyyəyə yaxın şirkətlərə verildiyini, buna isə formal olaraq "ecrimisil" (qanunsuz istifadə üçün cərimə) yolu ilə hüquqi don geyindirilməyə çalışıldığını söyləyib. O, bu iddiaları sübut edən sənədləri yaxın günlərdə prokurorluğa təqdim edəcəyini də açıqlayıb.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri