Icma.az
close
up
RU
Surxay Qurbanov Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı döyüşçü VİDEO FOTO

Surxay Qurbanov Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı döyüşçü VİDEO FOTO

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqı II Dünya müharibəsində həm cəbhədə, həm də arxa cəbhədə böyük töhfələr vermiş və böyük igidliklər göstərmişdir. Sovet İttifaqının tərkibində olan Azərbaycan bu müharibədə həm insan, həm iqtisadi, həm də strateji baxımdan ciddi rol oynamışdır. İkinci Dünya müharibəsində 600 mindən çox azərbaycanlı müharibəyə səfərbər olunmuş və müxtəlif cəbhələrdə döyüşmüşdür. Azərbaycanlı döyüşçülər Berlinədək gedən yollar keçmiş və bir çoxları qəhrəmanlıq nümunələri göstərmişdir. 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycanlılardan ibarət 416-cı Taqanroq atıcı diviziyası, 402-ci atıcı diviziya kimi hərbi birləşmələr ön cəbhədə xüsusi qəhrəmanlıqla vuruşmuşdur.
Bakı, müharibə illərində Sovet İttifaqının əsas neft mərkəzi kimi fəaliyyət göstərmişdir. 1941-ci ildə SSRİ neftinin 75%-i, benzin və yanacağın isə 90%-i Bakıdan təmin edilirdi. Müharibədə istifadə edilən tanklar, təyyarələr və digər texnikaların hərəkəti üçün lazım olan yanacağın əsas mənbəyi Bakı idi. Azərbaycan zavodlarında silah, texnika, hərbi sursat istehsalı üçün avadanlıq və materiallar istehsal olunurdu. Qadınlar və gənclər fabrik və zavodlarda, kolxoz və sovxozlarda gecə-gündüz işləyərək ön cəbhəyə yardım edirdilər.
Azərbaycan şairləri və yazıçıları müharibə dövründə vətənpərvərlik mövzusunda əsərlər yazaraq xalqın ruhunu yüksəldirdilər. Musiqi və teatr sənətçiləri cəbhəyə gedərək əsgərlər üçün çıxışlar edirdilər.

Azərbaycan xalqı II Dünya müharibəsində həm qəhrəmanlıqla döyüşmüş, həm də arxa cəbhədə çalışaraq ümumi qələbəyə böyük töhfə vermişdir. Azərbaycanın bu müharibədə rolu həm Sovet İttifaqının daxilində, həm də ümumi Antihitler koalisiyasının uğurunda mühüm yer tutmuşdur.
Ikinci Dünya Müharibəsində qəhrəmanlıq göstərən, 1941-ci ildən 1945-ci ilədək müharibədə iştirak etmiş həmvətənlərimizdən biri də 1912-ci ildə Şuşa qəzasının Seyidli kəndində dünyaya göz açmış Qurbanov Surxay İmamqulu oğludur.

Qurbanov Surxay İmamqulu oğlu 1930-cu ildə Ağdam şəhər 3 saylı birinci dərəcəli zəhmət məktəbində oxuyub. Həmin ilin yayında müəllimlik kursunu bitirərək əmək fəaliyyətinə başlayıb. 1930-cu ildən Ağcabədi rayonunun müxtəlif kəndlərində məktəb direktoru, savad kurslarının müdiri işləməklə bərabər, qiyabi yolla pedaqoji məktəbdə təhsilini davam etdirib. 1935-ci ildə Ağdam pedaqoji məktəbinin əyani şöbəsinə daxil olub. 1936-cı ildə oranı bitirib. Pedaqoji məktəbi bitirdikdən sonra yenidən Ağcabədiyə qayıdaraq rayonun Hindarx kəndində orta məktəbdə direktor, Ağcabədi rayon Xalq Maarif Şöbəsində inspektor, 1938-ci ildən Ağdam rayonunun Novruzlu kənd orta məktəbində dərs hissə müdiri, Ağdam şəhər 1 saylı orta məktəbində direktor, eyni zamanda, rayon qəzetində məsul katib işləyib.
1941-ci ilin iyun ayından 1945-ci ilin avqust ayına kimi Böyük Vətən Müharibəsində iştirak edib, Ordudan təxris edildikdən sonra Ağdama qayıdıb, rayon partiya komitəsində 1946-cı ilin fevral ayına kimi təlimatçı, həmin ilin oktyabr ayına kimi isə XDS sədrinin müavini işləyib. 1946-cı ilin noyabr ayından 1948-ci ilin iyul ayına qədər Ağdam rayon prokurorunun köməkçisi olub. 1948-ci ildə ovaxtkı Vartaşen (hazırki Oğuz) rayon prokuroru təyin edilib. 1950-ci ildə qiyabi yolla APİ-nin tarix fakültəsini bitirib. 1952-ci ildən Gəncə Vilayət prokurorluğunda istintaq idarəsinin rəisi vəzifəsində çalışıb. 1953-cü ildə qiyabi yolla Ümumittifaq Hüquq İnstitutunu bitirib, Pedaqoji sahəyə olan maraq, uşaqları öyrətmək istəyi 1953-cü ildən Surxay Qurbanovu yenidən təhsil sahəsinə qaytarıb, Ağdam rayon Xalq Maarif Şöbəsində inspektor, 1954-cü ildən 1977-ci ildə dünyasını dəyişənə qədər Ağdam şəhər 3 saylı orta məktəbdə direktor işləyib.
Qəhrəmanımız Şimali Qafqazda, 1-ci və 2-ci Ukrayna cəbhələrində döyüş yolu keçib. Üç dəfə yaralanıb. Döyüş xidmətlərinə görə "Qırmızı ulduz", "Birinci dərəcəli Vətən Müharibəsi" ordenləri, "İgidliyə görə" medalı ilə təltif olunub. Surxay Qurbanov xatirələrində yazır: “1944-cü il. 18 oktyabr. Döyüşlər artıq Çexoslavakiya torpaqlarında gedir, Karpat dağlarının ətəklərində vuruşuruq. Payız da olsa yaxınlaşan şaxtalı qışın nəfəsi hiss olunur. Düşmənin əks hücumlarını gözləyirdik. Lakin faşistlərin haradan həmlə edəcəklərini bilmirdik.
Odur ki, kiçik dəsətələrə bölünüb qəfil hücumların qarşısını almaq üçün müdafiə mövqeyinə keçmişdik. Bizim zenit pulemyotçu bölmə əsas qüvvələrdən xeyli aralı düşmüşdü. Heç kəs düşmənin dolama dağ yolları ilə bu istiqamtdə hücum edəcəyini gösləmirdi. Əsas vəzifəmiz ensiz dağ yolunu qorumaq idi. Səhərə yaxın əks tərəfdən düşmən piyadalarının yaxınlaşdığını gördük. Üç nəfərin üstünə 250 faşist gəlirdi. Qərargaha xəbər vermək üçünsə nə ratsiya, nə fişəng var idi. Uca dağların o tayına isə səsgedib çıxa bilməzdi”. Bu döyüş altı saat davam edir və bu döyüşdə Surxay müəlligilin sağ qalması isə möcüzə olur. Faşistlər özlərindən qat-qat az olan sovet əsgərləri ilə döyüşdə məğlub olduqlarını görüb tüstü pərdəsi altında geri çəkilməli olurlar. Köməyə gələn sovet əsgərləri isə döyüş meydanında 102 faşist cəsədi sayırlar. Bu döyüşdən sonra I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunan Surxay Qurbanovu komandanlıq Sovet İttifaqı Qəhrəmanı adına təqdim etmişdi. Amma bu adın verilməsinin qarşısı kimlərsə tərəfindənsə alınır.
1945-ci il aprelin 15-də isə igid həmyerlimiz Qafur Məmmədovun qəhrəmanlığını təkrar edən, komandirini ölümdən xilas edən Surxay Qurbanov “Qırmızı ulduz” ordeninə layiq görülür.

Haqqında söhbət açdığımız Surxay Qurbanov hələ cavan yaşlarından Qarabağda el ağsaqqalı kimi tanınıb. Surxay müəllimi böyük insan edən isə onun böyük ürəyi, el təəssübü çəkməsi və yaxşı işləri olub. Xeyirxah məsləhəti ilə hamıya düzgün yol göstərən Surxay müəllim bir müddət hüquq mühafizə orqanlarında mühüm vəzifələrdə çalışsa da sözün əsl mənasında təpədən dırnağa qədər müəllim idi. Elə bu müəllimlik sevdası onu yenidən bu peşəyə qaytardı. Dəyərli millət vəkilimiz Aqil Abbas Surxay müəllim haqqında belə yazır: Ağdamda da 3 nömrəli məktəb vardı, amma Surxay Qurbanovun məktəbi deyirdilər. Və əslində o, Ağdamın Makarenkosu idi. Şəhərin başqa məktəblərində çətin tərbiyə olunan uşaqları təbii ki, məktəbdən qovurdular. Məktəbdən qovulan uşaq da küçədə qalası deyildi, hansısa məktəbə getməliydi. Amma heç bir məktəb direktoru belə uşaqlara sahib çıxıb başını cəncələ salmaq istəmirdi. Və belə çətin tərbiyə olunan uşaqların hamısına Surxay müəllim sahib çıxırdı. Məsələn, mənim bir xalam oğlu vardı, dörd məktəbdən qovmuşdular, axırda atası apardı qoydu Surxay müəllimin məktəbinə. O davakar, ipə-sapa yatmaz, müəllimlərin başına oyun açan həmin xalaoğlu Surxay müəllimin məktəbində elə ipə-sapa yatdı ki, ikiylə, üçlə oxuyan uşaq başladı dörd-beşlə oxumağa. Və orta məktəbi bitirəndən sonra da gəldi Bakıda orta ixtisas milis məktəbi vardı (indiki Polis Akademiyası) ora qəbul olundu. Sonra uzun illər polisdə işlədi və polisdə də Surxay müəllimin təcrübəsini tətbiq elədi… Və kimsə deyə bilməz ki, Surxay müəllim və ya onun məktəbinin müəllimləri hansısa bir şagirdi döyüb. Sadəcə olaraq Surxay müəllim Makarenkonu yaxşı oxumuşdu və müəllimlərinə də oxutmuşdu.

Müdrik insan olan Surxay müəllimin ermənilər haqqında çox dəqiq bir deyimi var imiş. Deyirmiş ki, “Koramal kimi bir şeydir ermənilər, gərək özümüzü gözləyək. Fürsət gözləyirlər çalmağa…” Bir də deyərmiş ki, “gərək bizlərin kim, onların da kim olduğunu həmişə ermənilərə xatırladqaq”.
Məkrli ermənilər Surxay müəllimin çox-çox illər əvvəl söylədiyi o fürsəti ötən əsrin səksəninci illərində tapdılar. Havadarlarına arxalanan bədnam qonşularımız əsrlərdən bəri arın-arxayın, gen-bol yaşadıqları, bir vaxt onlara qucaq açmış doğma torpaqlarımıza tamah saldılar, hətta beynəlxalq tibbi təşkilatlarda "erməni xəstəliyi" adı ilə qeyd olunan, düçar olub yoluxduqları mərəzə, dənizdən-dənizə "Böyük Ermənistan" yaratmaq xülyasına düşdülər.

Beləcə, ötən əsrin 80-ci illərinin sonlarında Birinci Qarabağ Müharibəsi alovlandı. Minlərlə soydaşımız doğma ata-baba yurdundan qaçqın, didərgin düşdü. Ermənilər ötən əsrin ən amansız qanlı faciəsini, Xocalı soyqırımını törətdilər.
Kəndlərimiz, şəhərlərimiz işğal olundu. Eləcə də Ağdam...


Doğma Qarabağın müdafiəsi uğrunda Surxay müəllimin də neçə-neçə şagirdi şəhid oldu, itkin düşdü, yaralanıb əlil qaldı...

Aradan 30 il keçəndən sonra ana torpağın özü kimi öz haqq dünyasına qovuşan yüzminlərcə qarabağlılarla birgə Surxay müəllimin də ruhu sevinib şad oldu, rahatlıq tapdı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmri ilə xalq-ordu-komandanlıq qüdrəti Dəmir Yumruğa çevrilib düşmənin başına endi, 44 günlük Vətən müharibəmizdə tarixi qələbə çaldı, torpaqlarımız erməni işğalından azad olundu. Üçrəngli zəfər bayrağımız-müqəddəs Azərbaycan Bayrağı Xankəndidə dalğalandı. Bu tarixi Qələbə uğrunda cəbhədə döyüşənlər arasında Surxay müəllimin Birinci Qarabağ müharibəsində vuruşan keçmiş şagirdlərinin övladları da var idi. İkinci Qarabağ müharibəsində onlardan kimisi şəhid oldu, kimisi qazi... Vətən müharibəmizdə bu dəfə keçmiş qalib əsgərin doğma xalqı yenidən qalib oldu!

Surxay müəllimin özü kimi yaxşı adları, əməlləri, xeyirxahlığı ilə tanınan övladları var. Yəni yaxşı kişilərin yaxşı, qeyrətli övladları da olur. Bu mənada, Surxay müəllim yaxşı ailə başçısı idi. Həyatda o adam xoşbəxtdir ki, sonradan adını, əslini-nəslini hörmətlə yaşadanı var. Bəli, Surxay müəllimin özü kimi yaxşı adları, əməlləri, xeyirxahlığı ilə tanınan övladları olub. Atalarının yolunu ləyaqətlə davam etdirən Nizami, Habil, Namiq, Şamili, Niyazi bu halal el ağsaqqalının evində böyüdülər. Ailənin böyük övladı Nizami dünyasını dəyişsə də digər qardaşaların hər biri müdrik, ziyalı, işıqlı, nəcib, xeyirxah insan, yaradıcı, etik normaları hamıya nümunə olan insandır. Hər biri elmlər doktoru, professor, dövlət məmurudur.
2012-ci il oktyabrın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə Əməkdar Müəllim, İkinci Dünya müharibəsinin iştirakçısı, tanınmış pedaqoq və hüquqşünas Surxay Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdən hazırlanmış 40 dəqiqəlik veriliş İTV-nin efirində geniş ictimaiyyətə çatdırılıb. Həmçinin Surxay Qurbanov haqqında 1996-cı ildə Aydın Tağıyevin müəllifi olduğu “Ürəklərə köçən ad, yaddaşlarda qalan ad” kitabçası və 2012-ci ildə Mustafa Çəmənlinin “Yaddaşlarda yaşamaq haqqı” sənədli povesti və xatirələri nəşr olunub.
Azər Məmmədov
aia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 May 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri