Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

“Sus, qadınsan” problemi: Xanımlar qərar masasında niyə yoxdur?

“Sus, qadınsan” problemi: Xanımlar qərar masasında niyə yoxdur?

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samirə Bağırova: Mental və sosial mesajlar qadınların liderlik iddiasını boğur


Yusif Nəbiyev: İdarəçilik "dünyasında" qadınlara ona görə yer yoxdur ki, bu “dünya” kişilər tərəfindən dizayn olunub

Qeyri-rəsmi idarəetmədə qadınların iştirakı demək olar ki, müşahidə olunmur. Bu sahədə qərarverici mövqelərdə əsasən kişilər təmsil olunur. Qadınların adları qeyri-rəsmi strukturlarda rast gəlinmir və onların təsiri görünməz olaraq qalır. Müzakirələrdə, münasibətlərin qurulmasında və yönləndirici rollarda qadınlara yer verilmir. Bu yoxluq idarəetmə proseslərinin də gender balanssızlığı ilə aparılmasına səbəb olur. Beləliklə, qeyri-rəsmi idarəetmə qadınsız bir sahə kimi qalır.


Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirdi ki, idarəetmə və iqtidar məsələləri insan oğlunun var olduğu gündən bəri mübarizə, mübahisə, mühakimə mövzusu olub:


“Bu mübarizə nəsillərarası olub, irq və ya etnoslar arası olub, sosial təbəqələr arasında olub, hətta son dövrlərdə feminizmin doğuşu ilə artıq cinslərarası formatda da özünü göstərir.   Amma bu bir faktdır ki, qadınları hələ ki, bu mübarizədə "məğlub" tərəfdir. Yəqin ki, heç kimə sirr deyil ki, istər qlobal miqyasda, istərsə də yerli qərar qəbuletmədə, bələdiyyələrimizdə, icma topluluqlarımızda və ya elə gündəlik şəhər və kənd həyatında idarəçilikdə qadınlar daha zəif təmsil olunur.  Səbəbi isə aydındır. İdarəçilik "dünyasında" qadınlara ona görə yer yoxdur ki, bu “dünya” kişilər tərəfindən dizayn olunub. İnsan cəmiyyətlərinin formalaşmağa başladığı ilk günlərdən etibarən güc, qorunma və resurs əldə etmə kimi həyati əhəmiyyətli mübarizə meydanları məhz kişilərin fiziki üstünlüyü fonunda formalaşıb. Yəni, insanlığın keçdiyi təkamül yolu bu "dünya"nın belə formaşalmasını şərtləndirib. Erkən ovçuluq və savaş dövründə həyatda qalmaq üçün ən önəmli vasitə fiziki güc idi. Bu şəraitdə fiziki gücü daha çox olan kişilərin dominant rol alması qaçılmaz olmuşdur. Zaman keçdikcə və cəmiyyətlər formalaşmağa başladıqca, kişilər bu güc strukturunu öz maraqlarına, bəlkə də öz anladıqları yeganə formaya uyğun şəkildə institusionalizə etdilər. Qanunlar, dövlətlər, dəyər və sosial normlar vasitəsilə bu dünya görüşünü oturtdular. Bu yüz min illərlə davam edən proses ərzində isə qadınlar, əsasən, reproduktiv rola yönəldilər. Ev, övlad, ailəyə qayğı və s. Sistem belə quruldu və bu formada da normallaşaraq insanların dəyərlərinə, düşüncə və inanclarına, daha sonra isə sosial normlarına həkk olundu. Beləliklə, qadınlar idarəçilikdən kənar qaldılar”.


Psixoloq Samirə Bağırova isə qeyd etdi ki, keçmiş əsrlərə nəzər salsaq, Ana xaqanlığı yəni matriarxat qadının cəmiyyətdə mühüm rol oynadığı dövr hələ  40 min il bundan əvvəl başladığını və e.ə. IV minilliyin sonlarınadək (təqribən 37 min il) mövcud olduğunu görəcəyik:


“Mağarada yaradıcılıqla məşğul olan qadınlar həm də, vaxtaşırı ova da gedirdilər. Daha sonra əkinçilik, odun doğramaq və sairə kimi, indiki kişi işləri bilinən işləri qadınlar görərdi. Hətta, soy kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişi qadın tayfasında köç edərdi və kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi yalnız qol gücü kimi bilinirdi. Bu adəti qaraçılar hələ də davam etdirir. Yəhudilərdə isə uşaq hələ də, ananın soyuna aid olunur. Zamanla əkinçiliyin inkişafı nəticəsində xışa keçid və heyvandarlıq tədricən qadının sosial gücünü kişiyə ötürməsinə səbəb oldu və tunc dövründə kişi əməyinə tələbat artdı. Ona görə də qadının mövqeyi zəiflədi və kişilərin nüfuzu yüksəldi. Qısası evə pul, qida gətirən kimdirsə güc, hakimiyyət ona keçməli oldu. Müasir zəmanəmizdə də, qadınların qeyri-rəsmi idarəetmədə, yəni yerli qərar qəbuletmə proseslərində (bələdiyyələrdə,icma toplantılarında,kənd şuralarında və s.) zəif təmsil olunması patriarxal strukturun həmin dərin kökləri və sistemli sosial,mədəni, iqtisadi maneələrlə bağlıdır. Patriarxal sistem qadınları ikinci dərəcəli sosial rola məhkum edən, ənənəvi sosial quruluş formasıdır və kişilərin üstünlüyünə əsaslanır. Şəhərdə qadınların fərdi inkişafını, iş, kariyera qurmaq, pul qazanmaq kimi aktivliyini görmək mümkün olsa da, kəndlərdə, bölgələrdə isə patriarxal sistem davam etməkdədir. Patriarxal sistemdən də əlavə, əslində insanlar səsvermələrin artıq şəffaflığına da inanmırlar. Sosial normalar və mədəni stereotiplər, məsələn “qadın sakit olmalıdır”, “ qadın evə baxmalıdır”, “kişi danışanda qadın dinləməlidir” kimi mental və sosial mesajlar qadınların liderlik iddiasını təbii ki, boğur. Eləcə də, ailə və icma daxilində qadının ictimai fəallığı çox zaman tənqidlərə uğradığı və təzyiqlə qarşılandığı üçün,bu da qadınların özünə inamını və təşəbbüskarlığını azaldır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri