Icma.az
close
up
RU
Şuşa Qarabağın tacı! TƏHLİL

Şuşa Qarabağın tacı! TƏHLİL

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərdiyi ilə Azərbaycan ordusu bütün dünyaya bizim qalib, yenilməz, məğrur xalq olduğumuzu göstərə bildi. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın hərbi-diplomatik uğurlarının təzahürüdür. Qarabağın incisi hesab olunan Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi əlbəttə ki, müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Dövlət başçısı tərəfindən Şuşa sevincini yaşadıqdan sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Bu tarixi qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhrünü vurdu.

Şuşa bu gün yeni bir dövrünü yaşayır. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. 28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşamız azad olundu. Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalsa da, başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncamı bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi.

HƏR DAŞI TARİXİN YADDAŞIDIR

"Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan gələn səslərdə böyük bir dünyadan söz açılır. Kimlərin səsi, ünü gəlmir bu diyardan? Mir Möhsün Nəvvab, Baba bəy Şakir, İsgəndər bəy Rüstəmbəyov daha kimilər Şuşa bulağından su içib. Xüsusi olaraq qeyd edək ki. Şuşada təkcə XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qafqazda yeganə olan Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Belə bir əməl sahibi olmaq əlbəttə ki, onların iç dünyasından yağan bir ideologiyanı göstərir - faşist ideologiyasını. Belə vandallıq əməllərinin müəllifi olanlara nə ad vermək olar? Hərdən susursan da, söz tapa bilməyəndə. Üzeyirlər, Bülbüllər yetirən torpağın səsini-sədasını kömürmək qeyri-mükündür. Çünki hər daşının yaddaşı bizi qeybdən gələn səslərə yaxınlaşdırır. Tarixin dönəmlərində Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidilib. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilib, xalqın ruhu, istəyi öz ifadəsini tapıb. Bu şəhərin Azərbaycan mədəniyyət tarixində özünəməxsus yeri və rolu var. Şuşanın yetirdiyi sənətkarların hər biri mədəniyyət tariximizdə dəsti-xətti ilə seçilib. Azərbaycan muğam sənətinin böyük ustadı, musiqimizin xanı, Xan Şuşinski kimi. Bu ecazkar səslər sırasında adını çəkə biləcəyimiz kifayət qədər tanımış sima var.

BEYNƏLXALQ FESTİVALLAR MƏKANI

Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, möhtəşəmliyi ilə insanları heyran edir. Şuşanın dağları, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir. Təbiətin yaşıl “ciyəri” adlandırılan bu meşələr, yaşıllıqlar quşların sığınacaq yeri, insanların mənalı istirahət guşəsi, qələm və fırça ustalarının ilham mənbəyidir. Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşanın flora və faunası olduqca zəngindir. Fəsillərin hər birində özünəməxsus gözəlliyə qərq olan Şuşamız baharın göz oxşayan ətirli çiçəklərinin ahəngində musiqili dünyası ilə yenidən dünyanın müxtəlif yerlərindən qonağı olan insanlara isti nəfəsli qucağını açdı. Toy-büsatlı Qarabağımızın incisi "Xarıbülbül"ün sədası ilə dağları, daşları aşaraq, yenidən xoş ovqatını dünyaya yaydı. Xalqın milli və klassik musiqisi dağları-dərələri aşdı. Bundan qürurverici nə ola bilərdi? Vaqif Poeziya Günləri sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramına çevrildi. Bildiyimiz kimi, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etdilər. Xoş əhvali-ruhiyyəli bu musiqi bayramı bir daha dünyanın nəzər nöqtəsində oldu. Bir daha sərgilədi ki, müharibəni qalibiyyətlə başa vuran bir xalqın beynəlxalq festivalları da möhtəşəm olur. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərdi ki, işğaldan azad olunan torpaqlarımız əzəli sakinlərini qoynuna alanda belə əzəmətli, möhtəşəm olur. Bu xalqın övladları kimi, onun gülü-çiçəyi də, atları da vəfalıdır. Artıq neçə ildir ki, Xarıbülbülümüzün ətri dünyaya öz ətrində yayılır. Bu qoxu ondan duyulan VƏTƏN qoxusudur. Şuşamızın qoxusudur. Bu ətri duya biləcək insanlar Vətən anlayışının nə demək olduğunu anlayanlardır. Hər bir azərbaycanlının qüruruna çevrilən "Xarıbülbül" Beynəlxalq musiqi festivalı! Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq".

“VERİLƏN GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİLİR”

15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür. İdeoloji mərkəzə çevrilən Şuşada imzalanan Müttəfiqlik haqqında Bəyannamə dost ölkələr arasındakı əlaqələri daha yüksək zirvəyə qaldırdı. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir sıra qarşılıqlı bağlara malik olan xalqlar bütün zamanlarda bir-birinə dəstək olublar və bu gün də belədir. Təbii ki, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz, eləcə də bölgə üçün önəmli layihələr reallaşır. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Zəfər qazanan xalq hər qarış torpağına, məhz ruhuna uyğun olaraq nəfəs verir. Axı bu günü illərdir ki, gözləyirdik. Gözləyirdik ki, bizim yolumuzu gözləyən torpaqlarımıza nəfəs qataq. Əlimizlə, zəhmətimizlə, səsimizlə, addımlarımızla. Bu gün bizlərə nəsib oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dəyələrinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir". Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır.

ƏYİLMƏYƏN, SINMAYAN, ÖZ LƏYAQƏTİNİ QORUYAN ŞUŞA

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.

Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb Bildiyimiz kimi, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrünə qədəm qoyub. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamız tarixi günlərini yaşayır. Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, Şuşa şəhərinin Baş planına uyğun olaraq, binaların tikintisi davam edir. Əzəli sakinlərin yurd yerlərindın səsləri eşidilir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see276

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see242

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see232

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see232

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see230

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see227

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see226

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see210

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see210

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see207

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see207

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see205

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see202

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see192

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see184

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see177

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see173

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see173

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri