Icma.az
close
up
RU
“Şuşa və Xankəndi Azərbaycanın yeni geopolitik mərkəzlərinə çevrilir” POLİTOLOQ

“Şuşa və Xankəndi Azərbaycanın yeni geopolitik mərkəzlərinə çevrilir” POLİTOLOQ

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Cənab Prezident, İlham Əliyevin zəfər tariximizin son 5 ilində yürüdüyü siyasətdə əsas diqqət mərkəzində Qarabağın və Şərqi Zəngəzurun yeni geopolitik reallıqlar kontekstində legitimləşdirilməsinə yönəlmiş addımlarına şahid olmuşuq”.

Bu fikirləri Gununsesi.info-ya politoloq İlyas Hüseynov bildirib.

“Şuşa, Ağdam, Laçın və Zəngilan şəhərlərində mühüm tədbirlər keçirilib. Xüsusilə Şuşanı fərqləndirmək istərdim. Burada Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən mühüm hadisələr birbaşa Şuşa ilə əlaqələndirilir, yaxud böyük forumların mütləq bir günü Şuşada keçirilir. Şuşa daim diqqət mərkəzində olur. Bəli, Şuşa bizim üçün çox bağlı olduğumuz, mənəvi dəyəri yüksək olan mədəniyyət paytaxtımızdır. Ədiblərimizin və incəsənət-mədəniyyət xadimlərimizin boya-başa çatdığı şəhər kimi də önəmlidir.

Şuşa artıq bir diskusiya platformasına çevrilir, önəmli narrativlərin və müzakirələrin aparıldığı beynəlxalq bir məkana çevrilir, geosiyasi əhəmiyyət qazanır. Bu baxımdan dövlət rəhbərlərinin Cənab Prezident tərəfindən Şuşada qəbul olunması yeni bir mərhələ hesab olunur”-deyə o əlavə edib.

Onun sözlərinə görə, bu həm də bölgəni digər dövlət başçılarına tanıtmaq, burada görülən işlərlə tanış etmək məqsədi daşıyır:

“Quruculuq işləri, minalardan təmizləmə, keçmiş məcburi köçkünlərin bölgəyə qaytarılması, infrastruktur obyektləri, alternativ və bərpa olunan enerji sahəsində görülən işlər, kənd təsərrüfatı, turizm və xidmət sahələrindəki fəaliyyətlər. Eyni zamanda, bu, mediya effekti yaradır və Şuşanın artıq dövlət rəhbərlərinin qəbul olunduğu bir mərkəz kimi diqqət çəkdiyini göstərir. Hesab edirəm ki, siyasətdə də bu məsələdə xüsusi məqamlar və nüanslar mövcuddur.

Eyni zamanda, suverenliyimizin təmin olunmasından sonra Xankəndi də Şuşa kimi önəmli proseslərə şahidlik edir. Məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) keçirildiyi yer Xankəndi, Kongres Mərkəzi olmuşdur. Şuşada keçirilən qlobal forumun birinci günü Xankəndi də keçirilmişdir və hesab edirəm ki, gələcəkdə də bu cür önəmli tədbirlər orada keçiriləcək.

Eyni zamanda, ali səviyyəli qonaqların işğaldan azad olunmuş ərazilərdə qəbul olunması prosesi davam edir. Türk dövlətləri rəhbərlərinin demək olar ki, hamısı bu ərazilərdə qəbul olunub. Bu səfərlər dost və tərəfdar dövlətlərin Azərbaycana dəstəyini göstərir və yeni qələbə tariximizə öz töhfəsini verir.

Bu, hamısı statistik göstəricilərdir, yeni tarixin yeni səhifəsinin yazılmasıdır və eyni zamanda dostluq münasibətlərini də göstərir”.

Politoloq bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri yalnız iqtisadi gücü ilə deyil, həm də siyasi təsiri ilə dünyanın geopolitik aktoru kimi ön plana çıxır:

“Rus-Ukrayna müharibəsi və digər Yaxın Şərqdə gedən mühüm geopolitik proseslər fonunda BƏƏ mühüm konfliktlərin həllində ev sahibliyi edir və sıradan bir ölkə deyil. Bizim üçün də BƏƏ dost ölkədir və prezidentlər arasındakı səmimi münasibəti müşahidə etdik.

Bu həm də imkan verir ki, BƏƏ-nin bölgəyə sərmayə yatırmasının şahidi olaq. Bilirik ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin “ACWA Power” və “Masdar” şirkətləri alternativ və bərpa olunan enerji sahəsinə sərmayə qoyublar. Gələcəkdə yeni layihələrin icrasını da görəcəyik.

Bizim üçün ayrı-ayrı ölkələrin işğaldan azad olunmuş ərazilərdə sərmayə yatırması həm bərpa işinə töhfədir, həm də dayanıqlıq və təhlükəsizliyin təmin olunmasına xidmət edir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri