Icma.az
close
up
RU
Şuşada əfsunlu səslər bayramı

Şuşada əfsunlu səslər bayramı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının Çıdır düzündəki açılış konserti uzun illər unutmayacağım dərin təəssüratlar yaratdı. Yəqin, təqdim edilən möhtəşəm musiqilərin, mahir ifaçıların şaqraq səslərinin ovsunundan idi, bir anlıq düşündüm: Şuşa öz mistikası, cazibəsi ilə, bəlkə də, dünyada yeganə şəhərdir ki, onun çəkisini, mənəvi miqyasını sözlərdən daha dolğun, daha sərrast şəkildə məhz səslər ifadə edə bilir.

Bu izaholunmaz duyğuların ovqatı altında 5 il öncə mayın 12-də azad Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında cənab Prezidentin dediyi, mənim də tez-tez xatırladığım bir fikir yenidən yadıma düşdü: “Dünyanın çox gözəl şəhərlərini gəzmişəm, amma Şuşaya bənzər şəhər görməmişəm!”

Bu il bənzərsiz şəhərimizə - mədəniyyət paytaxtımız Şuşaya ABŞ, Yaponiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistandan da incəsənət nümayəndələri, musiqi və rəqs kollektivləri gəlmişdilər. Düşünməyə və qürurlanmağa min bir səbəb vardı açılış konsertində. Yapon Kiyoşi Ohiranın sazda “Ruhani” çalması, aşıq Samirə və aşıq Əli ilə birlikdə oxuması, Qazaxıstanın “Turan” Etno-Folklor qrupunun qədim musiqi alətlərində “Laçın” mahnısını ifa etməsi ecazkar mənzərə yaratmışdı.

Son illər sosial şəbəkələrdə məşhurlaşan, sonralar ölkəmizdə və xarici ölkələrdə keçirilən bir sıra rəsmi tədbirlərin iştirakçısı olan Ağdam rayonu Gülablı kənd Uşaq Musiqi Məktəbinin kollektivinin - səs müəllimi Habil Məmmədovun və tələbələrinin ifasında səslənən, yurd sevgisi, nisgil və əzəmətin ahəngini yaradan məşhur “Qarabağ” mahnısını Cıdır düzündə dinləmək bir başqa aləm idi. Səsin itib-batmadığının, ilahi ədalətə əminliyin təntənəsiydi bu ifa!

* * *

Violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyevi ilk dəfə Ankarada dinləmişdim. Onu dünyanın 33 məşhur musiqiçisindən biri sayırlar – elə konsertdə də belə təqdim olundu. O, Xalq artisti Fərhad Bədəlbəylinin “Şuşa” əsərini ifa etdi. Kövrək, hüzn və nisgil dolu əsərin ovqatı tamaşaçıları öz tilsiminə salmışdı. Maestronun ifanı bəyəndiyi və ürəkdən alqışladığı da diqqətdən yayınmadı.

Yeri gəlmişkən, dəfələrlə müşahidə etmişəm, Fərhad Bədəlbəyli həmişə musiqiçiləri ürəkdən alqışlayır. Söhbətlərində də musiqiçinin əsas qazancının tamaşaçı, dinləyici alqışı olduğunu söyləyir və bizim tamaşaçılarımızın soyuqluğundan gileylənir. Maestronun gileyini ilk dəfə eşidəndən sonra bu barədə düşünməyə, çözələyib bunun səbəbini tapmağa çalışmışdım. Bu laqeydliyin kökü haradadır? Niyə biz ifaçıları ürəkdən, coşqu ilə alqışlamağı bacarmırıq? Bu suallar məndə uzun müddət cavabsız qalan bir narahatlığa çevrilmişdi.

* * *

Xalq artisti, Şuşadan millət vəkili Polad Bülbüloğlunun beynəlxalq festivallarda, xüsusilə də Şuşada keçirilən tədbirlərdə ifalarının dərin mənası, bir başqa anlamı var. Polad müəllim bu torpağın köklü sakini kimi dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqları öz musiqisi ilə salamlayır, onlara “xoş gəldin” deyir.

Bu yerdə bir məqamı qeyd edim: deməli, Bülbülün ata yurdunda - Şuşadakı ev-muzeyinin həyətində bir ağac var. Uşaq vaxtı Bülbül o ağacın budaqlarına çıxıb oxuyarmış. Zaman-zaman əfsanələşən belə xatirələr yaddaşlardan heç vaxt silinmir. Bu gün Şuşada o köklü nəslin ənənəsini davam etdirən Polad Bülbüloğlunun varlığı həm də bu torpaqların kimə məxsusluğunun möhürüdür, neçə qərinəlik tarixin önəmli parçasına çevrilən bir ağacın dərinliklərə işləyən köklərinin və şaxələnən qanadlarının simvoludur. Mən Polad müəllimə - böyük sənətkarımıza möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, bir şuşalı, bir qalalı kimi o bundan sonra da uzun illər belə tədbirlərdə öz şuxluğu, şən ifaları ilə tamaşaçıları heyran qoysun.

* * *

Xeyli vaxtdır görünməyən Xalq artisti Tünzalə Ağayeva həmişəki kimi bu dəfə də öz fərqli ifa tərzi ilə seçildi, Xalq artisti Yusif Eyvazovun çıxışı məmnunluq və qürur doğurdu, Əməkdar artistlər - Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramovun ifaları dinləyənlərin qəlbini oxşadı.

Sevindirici haldır ki, bu gün bizim istedadlı həmvətənlərimiz dünyanın müxtəlif ölkələrinin nüfuzlu musiqi təsisatlarında layiqincə təmsil olunurlar. “Xarıbülbül” Beynəlxalq Musiqi festivalında onları da görmək, dinləmək xoş idi. Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, Düsseldorfda fəaliyyət göstərən “Reyndə Alman Operası” teatrının solisti Mara Hüseynova, eləcə də İsmayıl Zeynalov, Müşfiq Quliyev, Riad Məmmədov öz ifaları ilə festivalın ruhuna yeni çalarlar əlavə etdilər. Türkiyədən Uğur İşılakın ifaları da tədbirə rəng qatdı.

Özbəkistanın “Şodlıq”, Türkmənistanın “Qalkınış” rəqs ansambllarının çıxışları çox yaddaqalan oldu. Özbək rəqqasənin tamaşaçıların alqışları ilə qarşılanan başgicəlləndirici dairəvi rəqsi isə heyrətamiz idi.

Belə rəngarəng, yaddaqalan konsert proqramının ərsəyə gəlməsində əməyi olan hər kəs, şübhəsiz, böyük alqışa və təşəkkürə layiqdir. Azərbaycan Dövlət Rəqs Ansamblının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının, Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin təqdimatları, Əməkdar artist Eteri Cəfərovanın Xalq artisti Polad Bülbüloğlunun çıxışına rəng qatan rəqsi də xüsusi qeyd olunmalıdır.

Festivalın ilk günü daha bir tədbirlə yadda qaldı - Qazaxıstanın “Turan” Etno-Folklor qrupu Xan qızı Natəvanın sarayının qarşısında maraqlı konsert proqramı ilə çıxış etdi.

Təbii ki, tədbirin aparıcılarını da unutmaq olmaz. Konsertin aparıcıları - Leyla Quliyeva və Tural Əsədovun xüsusi şövqlə, ecazkar və təsirli intonasiya ilə çıxışçıları təqdim etmələri çox diqqətçəkən idi.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim-tələbə heyətinin “Xarıbülbül” Musiqi Festivalında ayrıca konsert proqramı ilə çıxış etməsi isə xüsusi məna daşıyırdı.

Hələ konsert başlamazdan öncə çoxdan tanıdığım amerikalı musiqiçi Cefri Verbokla səmimi görüşümüz oldu (yeri gəlmişkən, festivalın ilk günü Cefri Şuşa rayonunda xüsusi nümayəndəliyin binasinda “Şuşa, sevgilim” adlı sənədli filmini təqdim etdi). Yapon ifaçı konsertdə saz çalanda gözüm yenə Cefrini axtardı.

Bizim amerikalıya tar, yapona saz çalmağı öyrədəcək gücdə möhtəşəm mədəniyyətimiz var.

* * *

Festivalın ikinci günü də rəngarəng proqramlarla yadda qaldı. Mayın 15-də Xan qızı Natəvanın sarayının qarşısında keçirilən “Romans və mahnı səhəri” adlı ilk konsertdə gənc musiqiçilərin ifasında görkəmli Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov, Tofiq Quliyev, Oqtay Kazımi, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun əsərlərindən nümunələr səsləndirildi. Günün ikinci yarısında isə Azərbaycan, Özbəkistan və Türkmənistan Rəqs ansambllarının iştirakı ilə “Cıdır düzündə rəqs” və Xalq artisti Səkinə İsmayılovanın öz tələbələri ilə birlikdə təqdim etdiyi konsert proqramları nümayiş olundu.

* * *

Təqdimatdan çox şey asılıdır. Planlaşdırılan hər işin ilk uğuru onun təqdimatından başlayır. Bu mənada, ilk təqdimat kimi festivalın məlumat kitabçası da olduqca diqqətçəkən idi. Kitabçada 125 il öncə – hələ 1901-ci ildə Şuşa şəhərində böyük yazıçı-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı ilə ilk dəfə “Şərq konserti”nin keçirildiyi vurğulanır, görkəmli mütəfəkkir, pedaqoq, dövrünün tanınmış jurnalisti Əhməd bəy Ağayevin o vaxt “Kaspi” qəzetində yazdığı, “Şərq konserti”ni təqdir edən məqaləsindən sitat gətirilir, eyni zamanda, bu ilin Azərbaycanın bir sıra tanınmış sənətkarlarının - Aşıq Dirili Qurbanın, Aşıq Ələsgərin, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin, Şəmsi Bədəlbəylinin, Cahangir Cahangirovun yubileylərinə təsadüf etdiyi göstərilirdi. “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının təşkilatçılarının incə zövqə malik olduqlarını göstərən bu nüans tədbirin hər addımında hiss olunurdu. Bu məqamlar Şuşaya gəlmiş xarici qonaqların ölkəmizdən gözəl təəssüratlarla və zəngin xatirələrlə qayıdacaqlarına möhkəm əminlik yaradırdı. Əminik yaradırdı ki, indiki informasiya bolluğunda Şuşanın sehri, Cıdır düzünün sirli cazibəsi, musiqimizin şahanəliyi bundan sonra onların yaddaşında uzun illər dipdiri qalacaq və Şuşanın əbədiliyinə şahidlik edəcək.

Rəşad MƏCİD,
Mətbuat Şurasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 May 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri