Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Şuşada xidmət zamanı ehtiyatsızlıqdan iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən sabiq polis əməkdaşına hökm oxunub.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Şuşa şəhərində baş verib. Şəhər ərazisində xidmət aparan Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşının xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan bir atəşdən işğaldan azad edilmiş əraziyə ezam olunmuş, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov və şöbənin polis serjantı Abid Mustafazadə həlak olub.
Aqil Vəlili
Bu mövzuda digər xəbərlər:8 fahişəni öldürən məşhur memara ÖMÜRLÜK CƏZA
18 İyun 2026 18:23
Ata və anasını öldürən oğlana ömürlük
23 Aprel 2025 13:43
Qızına işgəncə verib, öldürən ataya ömürlük cəza verildi
17 Dekabr 2024 19:36
Baş naziri öldürən şəxsə ömürlük cəza tələb olunur
18 Dekabr 2025 14:33
Kişiləri zəhərləyib öldürən 20 yaşlı qıza ÖMÜRLÜK CƏZA
27 Avqust 2026 12:59
Baxış sayı:92
Bu xəbər 07 İyul 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















