Icma.az
close
up
RU
Şuşada yaşamaq mənim üçün ən böyük xoşbəxtlikdir Gülbəniz xanımın Şuşaya dönüş hekayəsi

Şuşada yaşamaq mənim üçün ən böyük xoşbəxtlikdir Gülbəniz xanımın Şuşaya dönüş hekayəsi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa, illərlə həsrətində olan sakinlərinə qovuşur. Bu müqəddəs torpaqlara dönənlərdən biri də Gülbəniz Fərhadovadır. O, doğma yurdundan 1992-ci ildə məcburi köçkün düşsə də, illərlə Şuşaya qayıdacağı günü gözləyib. 2023-cü ildə isə həyat yoldaşını – Vidadi Fərhadovu məhz Şuşada şəhid verib. Amma onun ən böyük təsəllisi odur ki, həyat yoldaşı doğma torpaqda şəhid olub və özü illər sonra Şuşaya köçən ilk ailələrdən biri kimi bu müqəddəs şəhərdə yaşayır.

Gülbəniz xanım Demokrat.az-a Şuşa ilə bağlı xatirələrindən, müharibə illərinin ağrılarından, şəhid yoldaşının əmanəti olan Şuşada yaşamağın qürurundan danışıb.
-Gülbəniz xanım, doğulduğunuz torpaqlardan – Şuşadan nə zaman ayrıldınız?

-1968-ci ilin mart ayında Şuşa şəhərində anadan olmuşam. Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal edilənə qədər burada yaşamışam. O zaman 23 yaşım vardı. Şuşa haqqında danışanda insan istəsə də, istəməsə də kədərlənir. Buraya aid o qədər hüznlü xatirələrim var ki... Gəncliyimin ən gözəl çağlarını məcburi köçkün həyatı yaşayaraq keçirmişəm.

-İşğal dövründə Vətən həsrətini necə ifadə edərdiniz?

-Şuşa təbii gözəlliklərə sahib, füsunkar bir şəhərdir. Onun saf havası dünyaca məşhurdur. O qədər gözəl, təmiz və saf havası var ki, insan üçün ən böyük meşə kimidir. Sovetlər dövründə Şuşa kurort şəhərlərindən biri idi. Xatırlayıram ki, Sovet İttifaqına daxil olan bütün respublikalardan insanlar Şuşaya istirahətə gəlirdilər. Onlar Şuşa Sağlamlıq Sanatoriyasında dincəlirdilər. Hər yay Azərbaycanın isti bölgələrindən – xüsusilə Ağdam və Yevlaxdan soydaşlarımız Şuşaya gəlirdi. Onların gəlişini böyük səbirsizliklə gözləyirdik. Çünki aralarında yaxın dostlarımız olurdu və ancaq yayda görüşə bilirdik. Onlar gələndə şəhər canlanırdı. Avqustun sonunda, yəni yay bitəndə onlar Şuşanı tərk edəndə şəhər boşalırdı. Hər il may ayında Şuşada Cıdır düzündə keçirilən festivala səbirsizliklə hazırlaşırdıq. Musiqi festivalları təşkil olunurdu, biz də iştirak edirdik və tədbirlər çox gözəl keçirdi. Azərbaycanın görkəmli sənət adamları gəlirdi. Şuşa həm də öz tarixi şəxsiyyətləri, abidələri və 17 məhəlləsi ilə tanınırdı. Hər məhəllənin öz məscidi və su mənbəyi vardı.

-Şuşanı xatırlayanda hansı hissləri keçirirsiniz?

-28 il boyunca o günü xəyal edirdim – Şuşaya geri dönəcəyimiz günü. Yenidən doğulduğum məhəllənin pilləkənlərindən keçib evimizə qayıdacağım anı. Çox böyük sarsıntılar keçirdim. Şuşada Gövhərağa məscidinin yaxınlığında yerləşən beşmərtəbəli binada yaşayırdım. O bina tamamilə dağıdılıb, tarixi və mədəni abidələr erməni vandalları tərəfindən məhv edilib. O görüntüləri görəndə ürəyim ağrıyırdı. Bir tərəfdən yaram sızlayırdı, digər tərəfdən isə sevinc hissi yaşayırdım, çünki artıq Şuşa azad olunmuşdu.


-Şəhid həyat yoldaşınız barədə danışmağınızı istərdik. O illər və xatirələr...

-Deyirlər ki, şəhidlər güllələnəndə ölmürlər, unudulanda ölürlər. II Qarabağ müharibəsində 3000-dən çox şəhid verdik. Hər zaman bu acını öz övladımın, qardaşımın, yaxınlarımın itkisi kimi yaşamışam. Və 19 sentyabr 2023-cü il... Bilirsiniz ki, o gün Şuşada polis əməkdaşlarımız minaya düşmüşdü və ölkədə antiterror əməliyyatları başlamışdı. Həmin əməliyyatlar zamanı ermənilərin atdığı mərmi nəticəsində həyat yoldaşım Şuşada şəhid oldu. Şəhidlik Allah qatında ən yüksək məqamlardan biridir və hər kəsə nəsib olmayan bir şərəfdir. Onun ən böyük arzusu şəhid olmaq idi, bunu desəm, yanılmaram. Şuşaya gəlmişdi, 8 ay idi ki, burada mühəndis kimi çalışırdı. Şuşada yeni yaşayış komplekslərinin binaları tikilirdi və bu binalarda onun böyük əməyi var idi. Çox təəssüf ki, həmin binaların önündə, bu müqəddəs torpaqları qoruyarkən, bir anda şəhid oldu. Bu xəbər mənim üçün böyük bir sarsıntı idi, çünki oğlum da Şuşada, ən təhlükəli ərazidə polis kimi xidmət edirdi. Mənə bu xəbəri çatdıranda inanmadım. Çünki biz buradakı bütün gəncləri həyat yoldaşım Vidadi Fərhadova əmanət etmişdik. İnanmadım... Elə şəhidlərimiz var ki, öz övladlarını görə bilmədilər. Gənc oğlanlarımız həyat yoldaşlarını itirdi, körpələr atasız qaldı. Elə analar var ki, fəryad edir – bir toy çamadanı belə aparmadılar. O anaların qarşısında susuram. Bu dərd hamımızın dərdidir. Vətən sağ olsun deyirik.


-Şuşaya köçünüz nə zaman baş tutdu?

-İlk dəfə mayın 10-da Şuşaya köç başlandı və mənə ilk sakin olaraq evimin açarlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təqdim etdilər. Çox duyğusal anlar yaşadım, həyatımın ən böyük hədiyyəsini aldım. Artıq Şuşadayam! İnanın ki, hər gün qonaqlarımız gəlir. Hər gün 4-5 dəfə qonaq qəbul edirik və bu, çox gözəl bir hissdir. Şuşanı görmək istəyənlər çoxdur. Şuşada oğlum polis işlədiyi üçün əvvəllər bizə gəlib-getməyə icazə verilirdi. Hər dəfə Şuşaya gələndə səhər saat 5-də oyanır, torpağı qarış-qarış gəzirdim. Həyat yoldaşım və oğlum deyirdi ki, bir az dincəl, sonra birlikdə gəzərik. Amma mən deyirdim ki, xeyr, buraya 2-3 günlük gəlmişəm, bu zaman qızıldan da qiymətlidir. O vaxt Şuşanı qarış-qarış gəzirdim. İndi də vaxt tapdıqca gəzmək istəyirəm. İnanın ki, əvvəllər ürəyim sızlayırdı, çünki Şuşada sakinlər yox idi. Amma artıq iki aydır ki, insanlar bura köçür və şəhər yenidən canlanır. Uşaqlar küçələrdə oynayır, həyat davam edir.


-Şuşa sizə hansı hissləri yaşadır?

-Hər zaman deyirəm – Şuşada yaşamaq qürurverici hissdir. Bütün şuşalılar mərhələli şəkildə buraya köçəcək. Hazırda 125 ailə, yəni 491 nəfər Şuşada yaşayır. Şəhər öz tarixini və mədəniyyətini qoruyaraq yenidən dirçəlir. Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirilir, turistlər axın-axın gəlir. Bayram günlərində 13 mindən çox insan Şuşanı ziyarət etdi. Baxmayaraq ki, düşmən şəhəri viran qoyub, Şuşa yenə də öz gözəlliyini qoruyub saxlayır. Cıdır düzünə çıxıb Azərbaycanın torpaqlarına tamaşa etmək belə yetərlidir. Duyğularım çoxdur, bəlkə də çox danışaram…

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqamətində hazırlanıb.

Ayan Rzayeva
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Mart 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see193

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see146

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see135

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see132

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see131

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see129

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see129

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see126

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see125

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see125

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see125

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see124

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see123

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see123

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see123

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see122

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see122

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see120

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see118

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri