Suşi yeyənlərin nəzərinə Bu obyektdə nöqsanlar aşkarlandı (FOTOLAR)
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 107 ünvanında fiziki şəxs Elnur Tahir oğlu Əliyevə məxsus suşi emalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı emal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının antisanitar vəziyyətdə emal edildiyi, saxlanma temperaturuna əməl olunmadığı və etiketlənmə tələblərinin pozulduğu, həmçinin qida məhsulları ilə təmasda olan materialların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















