Icma.az
close
up
RU
Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov

Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”la “Zirə” iyunun 20-də, yəni şənbə günü “Azərsun Arena”da yoxlama oyununda qarşılaşdı.

“Köhlən atlar”ın qələbəsiylə bitən görüş bir çox maraqlı məqamla yadda qaldı. Ancaq bu yazıda ön plana çıxaracağımız məsələ Rəşad Sadıqovun oyundan sonra jurnalistlərin suallarını cavablayarkən “Turan Tovuz”un başına gələn məlum məsələ ilə bağlı söylədikləridi. Söhbət ondan gedir ki, “bozqurd”un Konfrans Liqasında iştirak edə bilməməsi üzündən “qartallar”ı günahlandıran xeyli adam var. Həmin şəxslər iddia edir ki, həm premyer-liqada, həm də ölkə kubokunda uğursuz mövsüm keçirən qəsəbə təmsilçisi avrokuboklara yollana bilmək üçün çarəni tovuzluların 7 futbolçusunun 2019-cu ildə danışılmış oyunlarda iştirak etdiyini UEFA-ya xatırlatmaqda tapıb. “Zirə”nin baş məşqçisi bu iddiaları necə qarşıladığı haqda sualı belə cavabladı:

“Üzgünük, ancaq bu qərar 7 il əvvəl qəbul olunub. Təəssüf ki, etirazlara, qərarın dəyişməsi uğrunda aparılan mübarizəyə rəğmən, nəticə dəyişmədi. Biz son ana qədər gözlədik. Hətta bir ara məşqçi heyəti və rəhbərliklə birgə istədik ki, Konfrans Liqasında yarışmaqdan imtina edək. Ancaq aydın oldu ki, belədə UEFA tərəfindən cəzalandırılacağıq. Yarışa qəti hazır deyildik. Məqsəd o idi ki, mövsümlərarası fasilədə heyəti yeniləyək, 2-3 illik plan quraq. Bu səbəbdən xeyli futbolçuyla yolları ayırdıq. Konfrans Liqasında iştirak edəcəyimizi əvvəlcədən bilsəydik, təbii ki, belə addım atmazdıq. Bu üzdən biz də etiraz edirik. Çünki “Turan Tovuz”un avrokuboklara yollana bilməyəcəyindən xəbərdar olsaq, mövsümün sonuna qədər mübarizədən qopmazdıq. Məncə, “Araz-Naxçıvan”la “Sumqayıt” da belə mənzərədən narazıdı. Burda heç bir komandanı, eləcə də “Zirə”ni günahlandırmaq düzgün deyil. Hadisələrin axarı daha doğru təhlil olunsa, bu məsələyə aidiyyətimizin olmadığı aydınlaşar”.


Heç şübhəsiz, Rəşad bəy bütün sözlərində haqlıdı. O da bildirir ki, bu məsələdə günahkarlar var. Özü də bunu açıq-aşkar deyir və komandasının ünvanına səsləndirilən tənqidlərə sinə gərir, “Zirə”nin bu məsələdən üzüağ çıxmasına çalışır. Əlbəttə, ağlı başında olanlar onu qınaya, dediklərinin əksini sübut etməyə çalışa bilməz. Lakin bəllidi ki, “Turan Tovuz” da başına gələcək bədbəxt hadisədən xəbərdar deyildi. Heç kim klubun avrokuboklara vəsiqə qazanması üçün milyonlarla manat xərcləyən İdarə Heyətinin sədri Ehtiram Quliyevə, komandanı oyunlara hazırlaşdıran Kurban Berdıyevə, hər matçda qələbə uğrunda tər tökən futbolçulara, tribunalara təşrif buyuran, sevimli komandasını heç yanda tək qoymamağa çalışan azarkeşlərə əziyyətinin əbəs olduğunu deməmişdi.
Təbii ki, bu gün AFFA-nı da suçlayanlar var. Onların dəlili isə “Turan Tovuz”un vaxtında məlumatlandırılmamasıdı. Əlbəttə, federasiya da bu məsələdə məsuliyyət daşıyır. Ancaq redaksiyamıza daxil olan məlumata görə, bu qurumun da qarşı tərəfə - “bozqurd”a veriləcək cavabı var. Sadəcə, bu yöndə ilk addımı tovuzlulardan gözləyirlər. Yəni məsələyə “klub özü günahkar axtarışına çıxsın, kimisə ittiham etsin və ya ortaya “dişə vurulası” dəlil qoysun, biz də öz dəlillərimizi deyək” prinsipiylə yanaşırlar.
Öz aramızdı, burda da AFFA haqlıdı. “Turan Tovuz” öz mənafeyi üçün hansısa addım atmırsa, kimlərin səhvi ucbatında zəhmətini puç olduğunu araşdırıb cəzalandırılmaları üçün cəhd göstərmirsə, ümumiyyətlə, susursa, başqaları nə etsin? Axı başverənlərin xronoloji ardıcıllığına nəzər salanda, “bozqurd”un düşərgəsindən hansısa etiraz, azarkeşlər üçün izah və ya ittiham xarakterli də olsa, bəyanat yaymadığını görürük. Halbuki klub dəfələrlə hakimliklə bağlı uzun-uzadı bəyanatlar yayıb, olan, hətta hələ baş verməyən, ancaq ehtimal olunan hadisələrlə bağlı etirazını dilə gətirib. “Turan Tovuz” bu dəfə niyə ağzına su aldı? Bəli-bəli, su aldı! Çünki biz – “Futbol+” dəfələrlə klubun İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayevə, İdman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibova, mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etsək də, bu barədə açıqlama ala bilmədik.
Kəsəsi, “bozqurd” hadisələrin əvvəlindən axıradək bu məsələdə ictimaiyyətə açıq olmalı, ən azı azarkeşlərini həftələrlə nigaran qoymamalıydı. Rəşad Sadıqov dediklərinə - klubunun mənafeyini qoruduğuna, günahsız olduqlarını əsaslandırdığına görə Azadlıq meydanında dara çəkilmədisə, öz hüquqlarını qorumağa çalışan, kiminsə səhvi ucbatından bəxbəxtliklə üzləşən “Turan Tovuz” da günahkar axtarışına çıxa, hətta bəlkə hədəfə çata bilərdi. Bu dəfə “bozqurd”un susması heç də müdrik davranış olmadı!
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri