Icma.az
close
up
RU
Şüvəlanda 5 milyon manata villa satılır FOTOLAR

Şüvəlanda 5 milyon manata villa satılır FOTOLAR

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Qala–Şüvəlan yolu istiqamətində, 60 sotluq geniş torpaq sahəsində yerləşən, fərdi memarlıq layihəsi əsasında inşa olunmuş lüks villa 5 milyon manata satışa çıxarılıb.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, ümumi sahəsi 2 060 kvadratmetr olan bağ evinin bir kvadratmetrinə düşən dəyəri 2 427 manat təşkil edir.

Villa qismən əşyalı (dünyaca məşhur brendlərin mebelləri və avadanlıqları ilə təchiz edilib) şəkildə satılır. Tikili 4 mərtəbəlidir və 14 otaqdan ibarətdir. Yarımzirzəmi mərtəbəsində geniş zal, iri mətbəx, anbar, sanitar qovşaqlar və köməkçi otaq yerləşir. Birinci mərtəbədə 220 kv.m-lik zal, mətbəx, yataq otağı, qarderob otağı, namaz otağı, antresol və qapalı hovuz otağı mövcuddur. İkinci mərtəbədə hər biri şəxsi sanitar qovşağa malik 5 yataq otağı, əlavə qarderob otaqları və böyük zal yer alır. Mansard mərtəbəsi isə açıq planlı sahə, əlavə otaqlar və 230 kv.m-lik geniş terrasdan ibarətdir.

Həyətyanı sahədə 260 kv.m sahəsi olan 2 mərtəbəli mühafizəçi binasında qaraj, qazanxana, yaşayış otaqları və mətbəx yerləşir. Həmçinin, həyətdə təmirsiz, lakin tam tikilib başa çatdırılmış geniş mətbəx də var.

Əmlakın torpaq və tikili üzrə çıxarışı (kupçası) mövcuddur. Torpaq sahəsinin çıxarış üzrə ölçüsü 48 sot təşkil edir. Satış məbləğin 30–40%-lik hissəsi əmlakla barter yolu ilə qəbul oluna bilər. Elanda qeyd edilənə görə, real alıcı ilə qiymətə dair razılaşma mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:493
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri