Icma.az
close
up
RU
Suveren inkişaf modeli : Azərbaycanla Çini yaxınlaşdıran siyasi paradiqma

Suveren inkişaf modeli : Azərbaycanla Çini yaxınlaşdıran siyasi paradiqma

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ŞƏTplyus formatı çərçivəsində Prezidentİ lham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə maraqlı mesajlar var idi.

Azertag xəbər verir ki, Si Cinpin "Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd etdi. Həmçinin Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini dedi, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğuladı".

Burda maraqlı olan nədir?

Çin Azərbaycanla Ermənistan arasında keçmiş və bitmiş münaqişədə hələ də "vasitəçilik" etməyə çalışan dövlətlərə, eləcə də təşkilatlara yaxşı nümunədir. Dəstək verir, ancaq yön vermir. Hər kəsi öz seçiminə buraxır, yalnız kəskin bucaqlar arasında ortaq maraq və mənafe axtarır. Zamanında Çin işğalçı Ermənistanın hərbi müttəfiqi idi, amma indi Azərbaycanın strateji müttəfuqinə çevrilib və Azərbaycana öz subregionunun lideri kimi yanaşır. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh prosesini də, dediyimiz kimi, dəstəkləyir və başqa ölkələrin daxili işlərinə qarışmır. Bu, Rusiyaya da aydın mesajdır; Azərbaycana münasibətdə siyasətinə yenidən baxmaq istəyirsə, Çindən nümunə götürməsi gərəkdir.

Rəsmi informasiya mənbələrinin verdiyi məlumata görə, ÇXR sədri Si Cinpin Azərbaycanın dövlət başçısı ilə görüşündə deyib ki, ÇXR Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir.

Məhz bu nöqtədə Avropa İttifaqı ilə Çinin yanaşmasında ciddi fərqlər ortaya çıxır. Aİ onun verdiyi "resept"lə qurulan hakimiyyətlərlə - demokratik yolla seçilmiş saydığı hökumətlərlə işləmək arzusundadır. Buna görə Aİ inkişaf etməkdə olan ölkələrdə hakimiyyətləri Brüsselin maraqlarına görə dizayn etməyə çalışır. ABŞ da bu istiqamətdə bir az fərqli çalışır.

Çin isə deyir ki, hansı ölkənin siyasi sistemi, siyasi quruluşi necədir, necə yaranıb, bu, Pekin üçün maraqlı deyil. Onun üçün əsas olan praqmatik maraqlardır. Çinin paradiqması fərqlidir: Çinlilər deyir, əgər hökumət yaxşı işləyirsə, onu niyə dəyişmək lazım gəlsin? Avropada isə başqa narrativlər var: 4,5 və ya 7 ildən bir seçkilər keçirilməlidir. İndi ABŞ da Çin paradiqmasını qəbul etməyə meyllənib (əslində həmişə əsasən belə olub). Xüsusilə Prezident Donald Tramp üçün hansı ölkədə hansı siyasi quruluşun olması elə bir önəm daşımır, əsas məsələ Vaşinqtonun maraqlarının təmin edilməsidir. Əgər əvvəllər ABŞ Azərbaycanla münasibətlərdə təhlükəsizlik, enerji təchizatı, iqtisadiyyat sahələri ilə yanaşı, daha doğrusu, sonda demokratiyanın inkişafını da prioritet elan edirdisə, indi bu dəyişib. Avqustun 8-də ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair işçi qrupunun yaradılması haqqında sənəddə demokratik islahatlara dair heç bir şey yazılmayıb. Əvəzində rəqəmsal həllər, yaşıl keçid, süni intellekt sahələri əlavə olunub.

Əlbəttə, bu cür yanaşma ABŞ-ın özündə və ümumiyyətlə, Qərbdə tənqid olunur; öz dəyərlərindən imtina kimi qəbul edilir. Ona görə də Burləşmiş Ştatların Dövlət Departamenti, eləcə də, Avropa strukturları bu və ya başqa ölkədə insan hüquqlarının vəziyyətini pisləyən hesabatlar yayırlar. Ancaq nəticədə yenə də həmin ölkələrin hökumətləri ilə işləməkdə davam edirlər. Avropa İttifaqı və Böyük Britaniya Avropa Siyasi Birliyi vasitəsilə demokratikləşmə prosesini təşviq etsələr də, bu format da əslində formal təsisat olaraq qalıb. Azərbaycan da ASB-nin üzvüdür. Ancaq prezident İlham Əliyev 2019-cu ildəki məşhur çıxışında və ondan sonra da bir neçə dəfə deyib ki, Azərbaycan Avropa İttifaqının bütün tələblərini yerinə yetirsə belə, onu İttifaq üzvlüyünə götürməyəcəklər.. Belə bir fikir var ki, Avropa İttifaqı "Xristian klubu" olaraq müsəlman ölkələrinə qapalıdır. Türkiyə də misal göstərilir. Brüsselin daxili siyasətlə bağlı irəli sürdüyü müəyyən şərtlər Azərbaycanda da, Türkiyə də də daxili işlərə qarışmaq kimi dəyərləndirilir və qəbul edilmir. Ancaq bu, Azərbaycanın Aİ ilə iqtisadi-ticarət, xüsusilə, enerji təchizatı sahələrində əməkdaşlığına da əsaslı maneə yaratmır.

Çin isə, ümumiyyətlə, məsələni "suveren inkişaf modeli" kimi formulə edir və hər hansı ölkənin siyasi quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdləri daxili işlərə qarışmaq - suveren inkişafı əngəlləmək kimi görür. Şanxay Əməkdaşlıq Təşkilatında da, ŞƏTplyus formatında da Pekin nəinki dialoq üzrə tərəfdaş və müşahidəçi statusunda olan ölkələrin, heç üzv dövlətlərin də hansı siyasi quruluşa əsaslandığını prioritetlər siyahısına salmayıb. Bununla da Çin, dediyim kimi, Avropa İttifaqından fərqli bir yol cızıb.

Təkrar edirəm: Azərbaycan Avropa İttifaqına xüsusi olaraq can atmır, amma Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü də hələ ki mümkün görünmür. Təşkilatda aparıcı mövqe tutan dövlətlərdən biri olan Hindistan buna imkan vermir. Məhz Hindistan Türkiyənin BRİCS-ə, Azərbaycanın isə ŞƏT-ə yolunu indilik bağlayır. Dehlinin bu mövqeyi, təbii ki, Azərbaycanla Pakistan arasında müttəfiqlik münasibətlərindən qaynaqlanır. Ancaq bu dəfə ŞƏTplyus çərçivəsində Azərbaycan, Pakistan və Türkiyə Hindistana Ermənistan üzərindən diplomatik cavab verdi; məhz Azərbaycanın, eləcə də, Türkiyənin razılığı ilə Pakistanla Ermənistan arasında diplomatik əlaqələr quruldu; müvafiq sənəd imzalandı. Bu, Hindistan-Ermənistan münasibətlərini səngiitməyə, İrəvanın xarici siyasətini balanslaşdırmağa yönəlmiş bir gediş idi. Bu, ilk addımdır. Böyük ehtimalla, Bakı və Ankara Hindistanın mövqeyini neytrallaşdırmağın başqa yollarını da axtaracaqlar.

Hər halda Azərbaycan ŞƏT üzvü olmasa da, Bakı ilə Pekin arasında birbaşa strateji müttəfiqlik artıq var. İqtisadi tərəfdaşlıq sürətlə böyüyür; rəqəmlərdəki dinamika da bunu göstərir. Bu, artıq ayrıca bir yazının mövzusudur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri