Icma.az
close
up
RU
Suverenliyin bərpası: sentyabrın 27 də başlayan zəfər yolunun ali nəticəsi

Suverenliyin bərpası: sentyabrın 27 də başlayan zəfər yolunun ali nəticəsi

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O bildirib ki, 19 sentyabr 2023-cü ildə başlayan antiterror tədbirləri isə Qarabağda Azərbaycan dövlətinin konstitusiya quruluşunun bərpası və dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndi: 

“Buna görə 27 sentyabrı yalnız müharibənin başlanğıcı, 20 sentyabrı isə yalnız antiterror əməliyyatının nəticəsi kimi qiymətləndirmək kifayət deyil. Bu iki tarix birlikdə Azərbaycanın 30 illik işğal və separatizm probleminə son qoymasının siyasi-hərbi xronologiyasını yaradır”.

Deputat qeyd edib ki, bu prosesin digər tərəfində isə 2018-ci ildən sonra Ermənistan rəhbərliyinin seçdiyi siyasi xətt dayanırdı: “Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Qarabağ danışıqlarında əvvəlki çərçivədən fərqli yanaşmalar meydana çıxdı. Ən böyük dönüş nöqtələrindən biri 5 avqust 2019-cu ildə Xankəndidə səsləndirilən “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı oldu. Azərbaycan Prezidentinin buna verdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı iki siyasi xətt arasındakı prinsipial fərqi simvolizə etdi. Azərbaycan məsələnin danışıqlar yolu ilə həllini ərazi bütövlüyü çərçivəsində görürdüsə, Ermənistan rəhbərliyinin həmin dövrdəki ritorikası status-kvonun dəyişdirilməsinə deyil, faktiki olaraq möhkəmləndirilməsinə yönəlmiş kimi qiymətləndirilirdi.

2019-cu ildə Ermənistanın müdafiə naziri Davit Tonoyanın “yeni müharibə, yeni ərazilər” ifadəsi də həmin dövrün hərbi ritorikasının mühüm göstəricilərindən biri oldu. Ardınca 2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlər baş verdi. Beləliklə, danışıqlar masasında həlli gözlənilən münaqişə getdikcə daha çox hərbi risk müstəvisinə keçirdi. Sentyabrın 27-də baş verən genişmiqyaslı hərbi toqquşma isə artıq yeni mərhələnin başlanğıcı oldu və Azərbaycan 44 günlük Vətən müharibəsinə başladı”.

C.Feyziyev əlavə edib ki, 44 gün sonra ortaya çıxan mənzərə əvvəlki status-kvonu kökündən dəyişdi: “Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Şuşanı və çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi. Müharibənin nəticəsi Ermənistanın uzun illər davam edən hərbi-siyasi üstünlüyünə son qoydu və üçtərəfli 10 noyabr bəyanatı ilə yeni reallıq formalaşdı. Azərbaycan üçün bu mərhələ ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş idi.

Lakin 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər proses başa çatmış hesab edilmədi. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu, yeni hərbi təxribatlar, mina təhlükəsi və separatçı idarəetmənin davam etməsi Azərbaycanın qarşısında başqa bir strateji vəzifə qoydu: yalnız ərazilərin böyük hissəsinə nəzarəti bərpa etmək yox, dövlət suverenliyini bütün ölkə ərazisində tam təmin etmək. 

Bu baxımdan 19 sentyabr 2023-cü il xüsusi əhəmiyyət daşıyır. Qarabağda genişmiqyaslı təxribatlardan sonra Azərbaycan lokal antiterror tədbirlərinə başladı. 23 saat davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Azərbaycan dövlətinin konstitusiya quruluşunun bərpası təmin edildi. Beləliklə, 2020-ci ildə başlayan proses 2023-cü ilin sentyabrında strateji baxımdan tamamlandı: Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Qarabağ üzərində tam dövlət suverenliyini də təmin etdi.

Məhz burada 27 sentyabr ilə 20 sentyabr arasında tarixi-siyasi bağ görünür. 27 sentyabr Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad edilməsi üçün başladığı mübarizənin başlanğıc nöqtəsi idisə, 20 sentyabr həmin mübarizənin dövlət suverenliyinin tam bərpası ilə nəticələnən mərhələsini ifadə edir. Birinci mərhələdə işğalın hərbi dayaqları sındırıldı, ikinci mərhələdə isə separatizmin dövlət ərazisindəki siyasi-hərbi infrastrukturu aradan qaldırıldı.

Bu mənada Paşinyan dövrünün siyasətinin nəticəsi ayrıca diqqət çəkir. 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən siyasi ritorika 2020-ci ildə hərbi məğlubiyyətlə üzləşdi, 2023-cü ildə isə Qarabağ üzərində separatçı idarəetmənin faktiki mövcudluğunu itirməsi ilə tamamilə yeni reallıq yarandı. 2025-ci il 8 avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin razılaşdırılmış mətnini paraflaması və tərəflərin ərazi bütövlüyünə, suverenliyə və sərhədlərin toxunulmazlığına əsaslanan gələcək münasibətlərə dair öhdəliklərini təsdiqləməsi də məhz bu yeni reallıq fonunda baş verdi”.

Deputat vurğulayıb ki, sülh prosesi yalnız siyasi bəyanatlarla deyil, regiondakı real güc və hüquqi-siyasi reallığın dəyişməsi ilə yeni mərhələyə keçdi: 

“2018–2020-ci illərdə danışıqlar masasında dəyişdirilməyə çalışılan status-kvo əvvəlcə 44 günlük müharibə ilə, daha sonra isə 2023-cü ilin sentyabrında Azərbaycan dövlət suverenliyinin tam bərpası ilə aradan qalxdı.
Azərbaycanın mesajı da bu baxımdan ardıcıl oldu: ərazi bütövlüyü və suverenlik müzakirə predmeti deyil. 2020-ci il müharibəsi bu prinsipin hərbi-siyasi təminatını yaratdı, 2023-cü il antiterror tədbirləri isə onu bütün ölkə ərazisində reallığa çevirdi. Bundan sonra Ermənistan-Azərbaycan münasibətlərində əsas məsələ artıq Qarabağın statusu deyil, iki suveren dövlət arasında sülh, sərhədlərin tanınması, kommunikasiya və normal münasibətlərin qurulması məsələsinə çevrildi.
Beləliklə, 27 sentyabrın yaddaşı şəhidlərin qanı ilə qazanılmış Zəfərin, 20 sentyabrın mahiyyəti isə həmin Zəfərin dövlət suverenliyi ilə tamamlanmasının yaddaşıdır. Bu iki tarix bir-birindən ayrı deyil: 27 sentyabr Azərbaycanın işğala son qoymaq üçün başladığı yolun, 20 sentyabr isə həmin yolun suveren Azərbaycanla nəticələnməsinin simvoludur”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri