Icma.az
close
up
RU
Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar beynəlxalq elmi praktik konfrans

Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar beynəlxalq elmi praktik konfrans

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Suverenliyin möhkəmləndirilməsində rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına yeni strateji yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru professor İbad Abbasov konfransın mövzusunun aktuallığını vurğulayıb və hər bir ölkənin suverenliyinin möhkəmləndirilməsinin və dövlət müstəqilliyinin inkişafının onun iqtisadi gücü ilə birbaşa bağlı olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bu kontekstdə Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı xüsusi əhəmiyyət daşıyır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu fikir iqtisadiyyatın həyatın bazisi, siyasətin isə onu idarə edən üstqurum olduğunu bir daha təsdiqləyir.

Professor İbad Abbasov qeyd edib ki, məhz bu yanaşmaya uyğun olaraq Prezident İlham Əliyev 2025-ci il 11 fevral tarixli Sərəncamla 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib. Bu qərar hüquqi və iqtisadi baxımdan Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm strateji addımdır və ölkədə rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır. Bu baxımdan Bakı Biznes Universiteti bir ali təhsil müəssisəsi olaraq suverenliyin möhkəmləndirilməsi istiqamətində töhfə vermək məqsədilə sözügedən mövzuda beynəlxalq elmi-praktik konfrans təşkil etməyi özünə mənəvi borc bilib.

Konfransın plenar iclasında Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə “Azərbaycanda real sektorun rəqabət mühiti və onun qanunvericilik bazasının təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli ölkə və müəssisələrin rəqabət qabiliyyəti ilə bağlı analitik baxışlarını təqdim edib.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov isə “Məsuliyyətli rəqabət – rəqabətqabiliyyətliliyə yeni çağırışlar kontekstində” mövzusunda çıxış edərək müasir iqtisadi sistemdə etika və şəffaflığın roluna diqqət çəkib.

Konfrans çərçivəsində xarici ölkələrdən də tanınmış alimlər iştirak ediblər. Türkiyənin Kadır Has Universitetindən professor Özgür Orhanqazi, Polşanın Bıdqoş İqtisad Universitetindən prorektor Maqdalena Berqman, Estoniyanın Tallin Texnologiya Universitetindən Arçil Koçia, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən İstvan Temesi, Litvanın Utenos Tətbiqi Elmlər Universitetindən Ruta Meiste, Birləşmiş Ərəb Əmirliklərinin Qulf Universitetindən dosent Sabrin Ali Azim, Rumıniyanın Babeş-Bolyai Universitetindən Trayan İonut Luka və Moldovanın İqtisadi Araşdırmalar Akademiyasından dosent Tatiana Qutium iqtisadi rəqabətqabiliyyətlilik, süni intellektin tətbiqi, yaşıl idarəetmə və dayanıqlı inkişaf mövzularında çıxış edərək öz ölkələrinin qabaqcıl təcrübələrini bölüşüblər.

Plenar iclasdan sonra konfrans bölmə iclasları ilə davam etdirilib. Bu sessiyalarda iştirakçılar müxtəlif sahələrdə rəqabət qabiliyyətinin artırılması yolları, innovasiya, rəqəmsallaşma və dayanıqlı inkişafın təmin olunması üzrə yeni iqtisadi modellər ətrafında geniş elmi-praktik fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri