Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Tacikistan Prezidenti AQEM də bir sıra təkliflərlə çıxış edib

Tacikistan Prezidenti AQEM də bir sıra təkliflərlə çıxış edib

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biz əminik ki, siyasi iradə olduğu təqdirdə, birgə səylər sayəsində AQEM-i dialoq və əməkdaşlıq, Asiya dövlətlərinin etimadının və həmrəyliyinin gücləndirilməsi üçün səmərəli platformaya çevirə bilərik.

Bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, qlobal sülhün və sabitliyin qorunub saxlanılması, eləcə də gələcək nəsillərə təhlükəsiz, sosial-iqtisadi cəhətdən dayanıqlı bir dünyanın ötürülməsi bu gün xüsusi əhəmiyyət kəsb edir:

"Tacikistan üçün beynəlxalq münasibətlər sistemində sülhün və etimadın möhkəmləndirilməsi sadəcə siyasi mövqe deyil, xarici siyasətin mühüm vektorudur. Məhz bu məqsəddən çıxış edərək Tacikistan BMT Baş Assambleyası tərəfindən bəyənilmiş 2027–2036-cı illərin "Gələcək nəsillər naminə sülhün möhkəmləndirilməsi üzrə Beynəlxalq Onillik" elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu istiqamətdə Tacikistan həmişə təhlükəsizlik çağırışları və təhdidləri ilə mübarizədə qlobal səylərə öz töhfəsini verməyə çalışır. Bununla əlaqədar olaraq, biz bu sahədə beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsinin səmimi mexanizmi kimi terrorizmə və onun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Düşənbə prosesinin irəlilədilməsini davam etdirəcəyik".

Emoməli Rəhmon qeyd edib ki, dünya təcrübəsi iqtisadi, sosial və texnoloji inkişaf üçün əlverişli şəraitin yaradılmasının uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün fundamental əsas ola biləcəyini göstərir:

"Bu məqsədlərə nail olmaq üçün ölkələrimiz bu gün əhəmiyyətli iqtisadi və texnoloji potensiala malikdirlər. Bu kontekstdə Asiya qitəsinin müxtəlif regionları arasında mühüm birləşdirici həlqə kimi Mərkəzi Asiyanın geoiqtisadi mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, Tacikistan gömrük və logistika prosedurlarının sadələşdirilməsi, multimodal nəqliyyat dəhlizlərinin yaradılması, rəqəmsal iqtisadiyyat, yaşıl energetika və sənaye kimi istiqamətlər üzrə regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bundan əlavə, rəqəmsal maliyyə texnologiyalarının (fintex-platformalar daxil olmaqla) tətbiqi daimi diqqət mərkəzindədir. Yeni texnologiyaların sürətli inkişafı dövlətlərin tərəqqisi üçün böyük imkanlar açır. Tacikistan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir.

Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyası süni intellektin inkişafına və onun Mərkəzi Asiyada dayanıqlı inkişaf məqsədləri ilə istifadəsinə həsr olunmuş mühüm qətnamə qəbul edib. Bu kontekstdə Düşənbə şəhərində Süni İntellekt üzrə Regional Mərkəzin yaradılması region ölkələrinin qabaqcıl texnologiyalar sahəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsi üçün mühüm əsaslardan biri ola bilər.

Bununla yanaşı, ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyası avqustun 31-ni Süni İntellektin Rasional İstifadəsi Günü elan edib. 2027-ci ildən etibarən bu gün qeyd olunacaq. Bu addımlar süni intellekt imkanlarından istifadəyə məsuliyyətli, ağlabatan və səmərəli yanaşmanın formalaşdırılmasına yönəlib.

Bununla belə, biz yeni texnologiyaların nailiyyətlərindən istifadədə bütün ölkələr üçün bərabər imkanların təmin edilməsini müstəsna dərəcədə vacib hesab edirik. Bu gün iqtisadiyyat və təhlükəsizlik sahəsində təhdidlərlə yanaşı, beynəlxalq gündəliyin əsas bəndlərindən biri iqlim dəyişikliyi problemidir. Ona görə də Tacikistan Düşənbə su prosesi çərçivəsində su problemlərinə, o cümlədən əriməkdə olan buzlaqların qorunub saxlanılmasına həsr olunmuş bir sıra qlobal təşəbbüslərin təşəbbüskarı olub. Bu prosesin davamı olaraq bu yaxınlarda BMT Baş Assambleyası 2028-ci ildə Düşənbədə BMT-nin Su Konfransının keçirilməsi modalıqlarını təsdiq edib.

Ümid edirik ki, bu forum "Dayanıqlı inkişaf naminə su" (2018–2028-ci illər) beynəlxalq fəaliyyət onilliyinin yekunlarının çıxarılması və su sahəsində qlobal əməkdaşlığın yeni vektorlarının müəyyən edilməsi üçün mühüm platforma təmin edəcək. Tacikistan xalq diplomatiyasının inkişaf etdirilməsinin vacibliyini vurğulayır.

Biz Asiya dövlətləri və xalqları arasında dostluq, etimad və qarşılıqlı anlaşmanın gücləndirilməsinin mühüm aləti kimi mədəniyyət, turizm, gənclər siyasəti və idman sahələrində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin ardıcıl tərəfdarıyıq. Gənclər AQEM-ə üzv dövlətlərin əhalisinin əhəmiyyətli hissəsini təşkil edir və məhz onlar gələcəkdə inteqrasiya proseslərinin davam etdirilməsinə, dostluq əlaqələrinin möhkəmləndirilməsinə, etimad və qarşılıqlı anlaşma atmosferinin qorunub saxlanılmasına görə məsuliyyət daşıyırlar".

O, AQEM Gənclər Şurasının imkanlarının genişləndirilməsini də təklif edib. Vurğulayıb ki, üzv dövlətlərin gənclərinin dialoqu, təcrübə mübadiləsi və birgə təşəbbüslərin işlənib hazırlanması üçün daimi platformaya çevrilməsi vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Oktyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri