Icma.az
close
up
RU
Tacir Səmimi: Novruz insanların bir birinə daha da yaxınlaşdığı bayramdır

Tacir Səmimi: Novruz insanların bir birinə daha da yaxınlaşdığı bayramdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

Novruz bayramı Azərbaycan və bir çox türkdilli ölkələrdə keçirilən ən əsas və zəngin ənənələrə malik bayramlardan biridir. Bu bayramda xalqımızın adət-ənənələri, mərasimləri və inancları özünü aydın şəkildə göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov Səmimi bildirib.

Onun sözlərinə görə, Novruz mərasimlərində müxtəlif niyyətlər, fallar və inanclar mühüm yer tutur. “Məsələn, bulaqdan su gətirilməsi xüsusi ayinlərdən biridir. Bu su adətən 10-11 yaşlı oğlan uşağı tərəfindən gətirilir və qabın içinə üzük, sırğa kimi əşyalar salınır. Sonra uşaq əlini suya salıb çıxarır və hansı əşyanı çıxarırsa, onun sahibi ilin bəxtlisi hesab olunur”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, bayram günlərində nişan taxılması da xoşbəxtlik əlaməti sayılır, qoçun boynuzuna xına yaxılması, qırmızı alma bağlanması kimi adətlər isə qədim inanclarla bağlıdır. Qırmızı alma günəşi və həyat enerjisini simvolizə edir.

“ Novruz mərasimlərində geniş yayılmış inanclardan biri də “çilə-çilə” ayinidir. “İynənin ucuna pambıq bağlanaraq suya salınır. Əgər iynələr bir-birinə toxunarsa, niyyətin həyata keçəcəyi düşünülür. Bu zaman xüsusi nəğmələr oxunur. Novruz mərasimlərinin ayrılmaz hissəsi olan “nanay”lar və bayatılar da xüsusi yer tutur. Bu nəğmələr əsasən Şərqi Anadolu bölgələrində – Sivas, Qars, Ağbaba və Ərdahanda geniş yayılıb və bu gün də yaşadılır. Nanaylar çox vaxt yallı rəqsləri ilə müşayiət olunur və onların ritminə uyğun ifa edilir.

Ekspert qeyd edib ki, Novruz bayramı ərəfəsində evlər təmizlənir, səliqəyə salınır, tavana un atılması kimi rituallar yerinə yetirilir ki, bu da bolluq və təmizlik rəmzi sayılır. Gecə vaxtı bulaqdan gətirilən su müqəddəs hesab olunur, onunla həm insanlar, həm də heyvanlar təmizlənir.

“Suya daş atmaq, onu yağ-bal qabına qoymaq kimi ayinlər də bolluq və bərəkət arzusu ilə bağlıdır. Hətta bəzi inanclara görə, təndirin külfəsi ilə danışmaq, oradan gələn səsə görə niyyətin qəbul olub-olmadığını müəyyən etmək də mövcud olub”, – deyə T.Qurbanov Səmimi vurğulayıb.

O bildirib ki, Novruz ərəfəsində “qara bayram” adlanan mərasimdə insanlar qəbiristanlığa gedərək ata-babalarını ziyarət edir, onların ruhuna ehtiram göstərirlər. Bu mərasimdən sonra evdə mütləq qazan asılmalı, yemək bişirilməli və evdə sakitlik qorunmalıdır.

Alim əlavə edib ki, Novruz bayramında sosial həmrəylik və paylaşma da mühüm yer tutur. İmkanlı şəxslər yoxsullara kömək edir, xəstələr ziyarət olunur, hər kəsin bayramı sevinc içində keçirməsi üçün çalışılır.

“Bayramda heç kəs küsülü qalmamalıdır. Ağsaqqallar küsülüləri barışdırır, insanlar bir-birini ziyarət edir, qonaqlıqlar təşkil olunur. Bu, Novruzun əsas fəlsəfəsidir: birlik, sevinc və paylaşmaq”, – deyə o bildirib.

Tacir Qurbanov Səmimi qeyd edib ki, papaq atmaq, yaylıq altı və digər oyunlar da bayramın ayrılmaz hissəsidir. Bu oyunlarda da fal və niyyət elementləri yer alır və insanlar gələcəklə bağlı ümidlərini bu ayinlərdə ifadə edirlər.

Onun sözlərinə görə, Novruz bayramı günlərində süfrələr zəngin olur, meyvələr, şirniyyatlar hazırlanır və insanlar bir-birinə qonaq gedərək bayram sevincini bölüşürlər.

“Novruz bayramı xalqımızın yaddaşında sevinc, ümid və yenilənmə bayramı kimi yaşayır. Bu bayramın əsas mahiyyəti birlikdə olmaq, bir-birinə dayaq olmaq və baharın gəlişini sevinclə qarşılamaqdır”, – deyə AMEA Folklor İnstitutunun şöbə müdiri qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri