Icma.az
close
up
RU
Tağıyevin neft sevdası...

Tağıyevin neft sevdası...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kinoteatrlardan tamaşaçı nəfəsinin kəsildiyi illəri xatırlayanda köks ötürməyə bilmirsən. Qorxurduq, deyirdik ölkədə film sənayesi çökdü, kinoteatrlar kababxanaya çevrildi, tamaşaçı həvəsi öldü. Bu o illər idi ki, ölkə yenicə müstəqil olmuşdu, əlində-ovcunda təkcə yaralanmış-yarılanmış məmləkəti qalmışdı. 

Nə yaxşı yanıldıq. Məmləkət də bütövləşdi, film sənayesi də dirçəldi. Əziyyəti olanlara əbədi minnətdarlıq düşür. Bu sırada Bakı Media Mərkəzinin xüsusi rolu var. Mədəniyyətin ən çətin janrı olan kinomuzu yenidən ayağa qaldıra bildilər. Əlbəttə, xeyli sayda şirkətlər var və onların çəkdikləri də kino sənayesinə töhfə oldu. Hansı güclü idi, hansı zəif idi, hansının çəkdiyi daha baxımlı idi, bu barədə başqa yazılarda danışarıq. Əsas odur meydana rəngarəng filmlər çıxdı. 

Peşəkarlar bilir, film deyəndə xüsusən tammetrajlı ekran əsəri nəzərdə tutulur. Belə ekran əsərlərini yaratmaqda Bakı Media Mərkəzinin bacarığı alqışa layiqdir. Həmin alqışı “Tağıyev: neft” filminin final səhnəsində tamaşaçıların reaksiyasının nəticəsində eşitdim. Düzdür alqış teatrda, konsertdə olar, belə münasibət film üçün yaddır, amma mahiyyətə varanda anlayırsan ki, tamaşaçı bəyəndiyini göstərmək istəyib. Nə fərqi var necə göstərib. 

Bəyənməmək mümkünsüzdür. Ssenaridən başlayıb, kütləvi səhnələri eks etdirən kadrlara qədər böyük əmək sərf olunduğu anındaca görünür. Aktyor oyununa söz ola bilməz. Filmdəki əksər rolların ifaçıları ilə yoldaşlıq münasibətim var. Filmə baxandan sonra onlara mesaj yazıb bizə yaşatdıqları zövqə görə təşəkkürümü bildirdim. 

Filmin məzmun qayəsini inam təşkil edir. İki inanclı var, biri dinin, o biri hissin pəncərəsindən baxır. Hiss qalib gəlir - 4 ildən sonra neft fontan vurur. Xeyir, bu hadisə dinin uduzması anlamını vermir. Din müstəvisində molla uduzur. Mollalıq edən mollalar həmişə uduzublar. Ticarətçi fəhminin vacibliyi də filmdə qabardılır. Tağıyev böyük riskə gedərək hamının əlini üzdüyü barsız torpağı satın alır. 

4 ildir ac-susuz, pulsuz neft axtaran fəhlələrin obrazlarını yaradan aktyorlar həqiqətən möhtəşəm rol ifa edirlər. Onların min əzabla məşəqqətə dözmələri azərbaycanlı xarakterinin - “...dar gündə atıb getməzlər” gerçəyinin nümayişidir. 

Tağıyevin neft sevdasının ailə sevgisini üstələməsi faciə ilə nəticələnir. Gələcəyin milyonçusunun həyat yoldaşı kasıblıq xəstəliyinə - vərəmə qurban gedir. Yaşlanmış və hər şeyi əlindən alınmış Tağıyev obrazı xarici jurnalistin sualına cavab verəndə ailənin hər şeydən vacibi olduğunu deyir. 

Xarici jurnalist də ailəsindən söz açır. O da anasızlığın, atasızlığın dərdini yaşayanlardandır. Hacının səmimi söhbəti jurnalisti də kövrəldir. Azərbaycanlı istiqanlıdır - filmdə bunu da görürük. 

Ortada yoldan çıxmış, qoçuluq eşiqinə düşmüş biri də var. Dözmür, hətta Tağıyevin oğlu ilə səmimi dost olmasına baxmayaraq, uşağın da sözünə məhəl qoymayıb barsız torpağı tərk edir. Çılğınlığımızı göstərən nümunə. 

Filmdə xarici iş adamı ilə azərbaycanlı iş adamının fərqini də çox aydın görə bilirik. Xarici 4 ildən sonra “yaramaz ərazi”ni satır, bizimki inamının gücü ilə oranı alır. 

Qızıl satan kişi obrazı da hərisliyin, görməmişliyin nümunəsidir. Əsl qızıl saatı gizlədib, müştəriyə saxta qızıl saatı sırayır. 

Qəfil ölərək buxtanın ətrafına düşən qarğa da ərazidə neft olduğunun siqnalını verir. Hələ bir kiçik detal da var, adam ayağının altına baxmadan böcəyi əzib keçir. Dövrün amansızlığını göstərir - süründünmü ayaq altında qalıb əziləcəksən. 

Öz dininə uduzmuş mollanın Tağıyevin oğlunu tora salmaq istəyi də şarlatanlığın o dövrdəki dərəcəsindən xəbər verir. Ananın ölümünün atanıın günahı olduğunu oğulun üzünə deyən mollalar bu gün məmləkətin qürur simvollarına çevrilənlərin həyatını cəhənnəmə döndərmişlərdən olublar. 

“Xortdanın cəhənnəmdən məktubları” əsərini xatırlayıram. Mistikaya baxın, dünən  Gənc Tamaşaçılar Teatrında eyni adlı əsəsrin tamaşasına baxdım. Tağıyev filmindəki mollanın obrazı həmin tamaşada da var idi. Sevgililərin onun evinə sığınmasından istifadə edən molla qızı özünə siğə etdirir. O molla yeriyəndə qarışqanı tapdamasın deyə, yolları süpürürlərmiş. Ayağın altında qalmayan qarışqanı süpürgə əzib məhv edirmiş. Səhnədə cəhənnəmi göstərirlər, “qəhrəmanımız” ətrafı süpürür. 

Beləsi təbii ki, Tağıyevə qalib gələ bilməz. İki obraz var: biri Allahı hər yerdə görür, biri ancaq göydə. Kim daha haqlıdır? “Tağıyev: neft” filmində bu suala verilən cavab həm qəşəngdir, həm dəqiqdir, həm də bizimkidir. 

“5 ildir neft axtarırsan” məzəmmətlərinə tələsik “4 ildir” cavabını verən Tağıyev nefti həyatının faciəsinə sürüklənəcəyi günə 3 gün qalmış tapmalıydı. Hər anın qədrini bildik deyə 30 illik işğala 44 günı qon qoyduq, 45-ci günə keçmədi. 

“Öz filmimizi çəkək” deyənlərə şad xəbər: “Tağıyev: neft”  filmi məhz Azərbaycan simalıdır. Filmə baxan fransız, lap elə tərcüməsiz də azərbaycanlının hansı keyfiyyətlərə məxsus olduğunu görər, belə keyfiyyətli xalqa heyran da olar. 

Ardı olacaq. “Tağıyev: neft” filminin ikinci bölümü çəkilir. Əminəm, 1920-ci il tarixindən bəhs edən səhnələr müstəqilliyi 23 ay çəkən Azərbaycanı 70 ildən sonra əbədi müstəqillk zirvəsinə çatdıran xalqın düşüncə tərzini, yaşam fəlsəfəsini yaradıcı heyətin bacarığı sayəsində ustalıqla göstərəcək.

Ceyhun Musaoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri