Icma.az
close
up
RU
Tahir Gözəl: Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik

Tahir Gözəl: Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Daha öncə qeyd  etdiyimiz kimi, "Qarabağ" Premyer Liqanın 32-ci turunda "Sabah"la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl  jurnalistlərin suallarını cavablandırıb:

- Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən mən çox razıyam. "Qarabağ" hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. "Sabah" çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hərzaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. "Sabah"la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir. 

- Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, "Qarabağ" da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək?

- Mən belə düşünürəm ki, limitin ləğv olunnması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.

- Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar və növbəti mövsüm 12 komandanın olacağı bəllidir. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?

- İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Ancaq, düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir. 

- Oyundan sonra, paltardəyişmə otağında futbolçularına nə söylədiniz?

- 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər-kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi. 

- Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi. 12-ci çempionluq olması buna səbəb ola bilər mi?

- O duruş "Qarabağ"ın əsalətindəndir. Təbii ki, bizim kimi futbolçular da sevinirdilər. Öz aramızda bunu bayram kimi qeyd etdik.

- Azərbaycan kubokunda yenidən "Sabah"la keçirəcəyiniz matç barədə düşüncələriniz?

- Mən bilirəm ki, "Sabah" həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, "şirlərin savaşı" adlandıracağımız matç olacağına inanıram. 

- AFFA-nın inkişaf strategiyası ilə tanış olmusunuz?

- Xeyr

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Aprel 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri