Icma.az
close
up
RU
Tahir Kərimli: “Araz Musayevin bıçaqlanmasında adı hallanan vəzifəli şəxslər özlərinə qarşı ittihama cavab vermək iqtidarında deyillər?”

Tahir Kərimli: “Araz Musayevin bıçaqlanmasında adı hallanan vəzifəli şəxslər özlərinə qarşı ittihama cavab vermək iqtidarında deyillər?”

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

“Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanması və xaricdə idmanla bağlı baş verənlər ortadadır. İdman sahəsində bir sıra bu kimi neqativ halları müşahidə edirik. İdmançılar dövlət bayrağını xaricdə ucaldıblar, dövlət tərəfindən böyük mükafatlara layiq görülüblər, dövlətin şərəfini qoruyublar. Baş verən neqativ hadisələrdə isə vəzifəli şəxslərin adları hallandırılır, lakin onlardan hər hansı reaksiya yoxdur. Nə üçün yoxdur? Bunun özü sual doğurur. Özlərinə qarşı qaldırılan ittihamlara cavab vermək iqtidarında deyillər? Yaxud nəyi gözləyirlər?”

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, idman həm də böyük siyasətdir: “Bu, təkcə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmur, ölkə daxilində də aranı qızışdırır, qarışdırır, qarşıdurmanı çoxaldır. Bütün bunlar ictimai rəyə mənfi təsir göstərir. Araz Musayevin bıçaqlanmasına reaksiya vermək lazımdır. Gözləyirik ki, vəzifəli şəxslər cavab versinlər. Eyni zamanda aidiyyəti hüquq-mühafizə orqanları da baş verənləri şərh etməlidirlər. Məsələ necə araşdırılır? Hər halda hadisədə kriminal elementləri var və belə bir kriminala münasibətləri necədir? Bu, ölkəmiz üçün xeyirli olar, müəyyən nüansların aydınlaşdırılmasına və normal ab-havanın yaradılmasına yol açar”.

Tahir Kərimli vurğulayıb ki, Azərbaycan müstəqil olandan sonra idmanın inkişafına xeyli imkanlar yaradılıb: “Azərbaycan yeganə dövlətlərdəndir ki, ölkə başçısı eyni zamanda Milli Olimpiya Komitəsinin sədridir. Cənab Prezident İlham Əliyevin idmana qayğısı həmişə olub və bu qayğı indi də davam edir. Dövlət başçısı idmançıları və idmanı daim müdafiə edir, idmanın inkişafına çalışır. Bu, faktdır”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Ermənilər Bakıda konyak satacaqlar Ermənistan parlamentinin sədri

29 May 2025 18:05see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri