Icma.az
close
up
RU
Taksi parkına məxsus maşınla qəzaya düşən sürücü dəymiş zərərə görə ödəniş etməlidir? AÇIQLAMA FOTO

Taksi parkına məxsus maşınla qəzaya düşən sürücü dəymiş zərərə görə ödəniş etməlidir? AÇIQLAMA FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təsəvvür edin, siz bir taksi parkı ilə əməkdaşlıq edirsiniz və hər gün onlarla sərnişin daşıyırsınız. Maşın parkın məxsusdur, özü də kasko sığortalıdır. Hər şey qaydasındadır, ta ki, bir gün təsadüfən maşını vurana qədər… Qəzadan sonra ilk ağlınıza gələn sual budur: indi bu zərəri kim ödəyəcək?
Avtosfer.az xəbər verir ki, bəzən park rəhbərliyi sürücüdən pul tələb edir, bəzən isə sığorta şirkəti bütün xərcləri qarşılayır. Amma bu vəziyyətdə həqiqətən məsuliyyət kimdədir, sükan arxasındakı sürücüdə, yoxsa kasko sığorta təminatında?


Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, hər bir nəqliyyat vasitəsinin üçüncü şəxs qarşısında yarana biləcək məsuliyyətini sığortalamaq üçün icbari sığorta həyata keçirilir.

“Bu proses nəqliyyat vasitəsi alınarkən və ya idarə olunduğu müddətdə ildə bir dəfə həyata keçirilir. Yəni, nəqliyyat vasitəsi istər hüquqi, istərsə də fiziki şəxsin adına olsun, hər il icbari qaydada sığortalanmalıdır. Bu sığorta növü, avtomobilin sükanında kimin əyləşməsindən asılı olmayaraq, qarşı tərəfə dəymiş zərəri ödəməlidir”. 
Ekspert qeyd edib ki, həmin avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olub-olmaması, hadisə zamanı polisdən qaçması və ya digər qanun pozuntuları ayrıca hüquqi qiymət alır, lakin bu hallar sığorta öhdəliyinə birbaşa təsir etmir:
“Beləliklə, üçüncü şəxs qarşısında yaranan öhdəlik sığorta şirkəti tərəfindən yerinə yetirilməlidir. Daha sonra sığortaçı, zərərin səbəbkarı olan şəxsdən həmin məbləği “regress” qaydasında geri tələb edə bilər”.


Sığorta eksperti Vüsal Bədəlovun fikrincə, bu halda sığorta şirkəti, yəni kasko sığortası əgər müqavilədə qeyd olunubsa, həmin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə olunduğu və bu fəaliyyətə təminat verildiyi halda, o zaman dəymiş zərəri ödəməlidir:
“Yəni, əgər avtomobil taksi parkının adınadır və kasko sığortası bu məqsədlə bağlanıbsa, müqavilədə bu açıq şəkildə göstərilməlidir. Belə olan halda, kasko sığortası avtomobilə dəyən öz zərəri, icbari sığorta isə qarşı tərəfə dəyən zərəri ödəyir. Bu vəziyyətdə taksi parkının sahibi yalnız azadolma məbləğini sürücüdən tələb edə bilər”.
Ekspert vurğulayıb ki, azadolma məbləği sığorta olunan şəxsin məsuliyyətində qalan və sığorta ödənişindən çıxılan məbləğdir: 
“Məsələn, əgər müqavilədə azadolma məbləği 100 manat göstərilibsə və avtomobilə 2000 manatlıq zərər dəyibsə, sığorta şirkəti 1900 manat ödəyir, qalan 100 manatı isə sığorta olunan özü qarşılayır. Bundan əlavə, qanunvericiliyə görə, əgər kasko sığortası mövcuddursa, eyni zərər üçün həm sığorta şirkətindən, həm də sürücüdən eyni məbləği tələb etmək qanunla qadağandır. Çünki dəymiş zərər yalnız bir dəfə ödənilə bilər. Eyni zərərin iki fərqli mənbədən tələb olunması süni varlanma sayılır və bu, qanunla məsuliyyət yaradır”.


Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri