Icma.az
close
up
RU
Marketdə ehtiyatsızlıqdan qırdığınız məhsula görə müştəri ödəniş etməlidir AÇIQLAMA FOTO

Marketdə ehtiyatsızlıqdan qırdığınız məhsula görə müştəri ödəniş etməlidir AÇIQLAMA FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son dövrlərdə marketlərdə bahalı və zərif məhsulların, xüsusilə də şüşə qablaşdırılmış spirtli içkilərin aşağı rəflərdə, keçidlərin kənarına, uşaqların asanlıqla toxuna biləcəyi sahələrə yerləşdirilməsi müştərilərin narazılığına səbəb olub. Alıcılar arasında narazılıq yaradan bu məsələ ilə yanaşı məhsula bilmədən zərər vermə halları da bir sıra problemə səbəb olur.

Bəs bu zaman ödəniş məsuliyyətinin kimə aid olur?  Belə vəziyyətlərdə marketlər məhsulun pulunu alıcıdan tələb edə bilərmi? 


Məsələ ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a bildirib ki, marketlərdə alış-veriş zamanı ən çox müşahidə olunan mənzərələrdən biri də odur ki, zərif, qırılmağa meyilli və bəzən olduqca bahalı məhsullar elə yerlərə yerləşdirilir ki, onların yerə düşməsi və zərər görməsi çox asan olur.
"Xüsusilə də bu məhsulların əksəriyyəti şüşə qablaşdırılmış spirtli içkilər və ya bahalı içki növləri olur. Müşahidələrə əsasən, bu məhsullar bəzən elə yerlərə düzülür ki, bir alıcının sadəcə çantasının, qolunun və ya alış-veriş arabasının toxunuşu ilə yerə düşüb qırıla bilər.
Bəzi marketlər bu məhsulları uşaq boyuna uyğun rəflərə yerləşdirirlər ki, bu da ayrı bir təhlükə mənbəyidir. Valideynlərin başı qarışdıqda və ya uşaq bir anlıq nəzarətdən çıxdıqda, həmin məhsullara toxunub onları yerə sala bilər. Belə hallarda isə məhsul qırılsa belə, çox vaxt məsuliyyət alıcının üzərinə qoyulur və o, məhsulun qiymətini ödəmək məcburiyyətində qalır. Halbuki bu cür məhsulların yerləşdirilməsi zamanı təhlükəsizlik amilləri nəzərə alınmalı, zərif və bahalı məhsullar daha yüksək və ya qoruyucu şkaflarda yerləşdirilməlidir".


Sosioloq qeyd edib ki, minimal riskli məhsullar, məsələn, plastik qablaşdırmada olan, zərbə nəticəsində zərər görməyəcək məhsullar aşağı səviyyəli yerlərə, keçid yaxınlıqlarına və uşaq əlinin çatacağı sahələrə yerləşdirilməlidir. Əks halda, bu, həm alıcılar üçün risk, həm də marketin məsuliyyətsiz davranışı kimi qiymətləndirilə bilər:
"Bəzi hallarda bu cür məhsulların bu şəkildə yerləşdirilməsi "bilərəkdən" bir risk yaradılması kimi də qəbul edilə bilər, yəni məhsul qırıldığı təqdirdə onun qiymətini alıcıya ödətdirməklə əlavə qazanc əldə etmək. Bu isə etik baxımdan olduqca problemli və alıcı hüquqlarını pozan bir yanaşmadır.
Bu səbəbdən aidiyyəti qurumlar, o cümlədən, istehlakçı hüquqlarını müdafiə təşkilatları və ticarət mərkəzlərinin rəhbərlikləri bu məsələyə ciddi nəzarət etməlidirlər. Market daxilində təhlükəli məhsulların yerləşdirilməsi qaydaları olmalı, bu qaydalara əməl olunmadığı təqdirdə məsuliyyət satıcı tərəfin üzərində qalmalıdır".


Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, bu məsələ barədə Azad İstehlakçılar Birliyinə daim zənglər gəlir:
"Müştəri ehtiyatsızlıq edib malları sındırarsa və s. birmənalı şəkildə əslində malın dəyərini ödəməlidir və mütləq şəkildə kassa çeki götürülməlidir. Lakin bu kimi məsələlər, əlbəttə, malın sahibi ilə müştəri arasında razılaşma yolu ilə həll olunmalıdır. Ola bilər ki, məhsula uşaq dəyib, yaxud mallar elə düzülüb ki, oradan keçmək mümkün deyil. Təəssüf ki, bir çox pərakəndə satış məntəqələrində malların düzülüşü və yaxınlıq məsafəsi standartlara uyğun deyil və məhz bu səbəbdən belə hallar baş verir. Satıcı və ya mağaza sahibi isə bəzi hallarda güzəştlər edə bilər. Yəni bu, daha çox mağaza sahibi ilə müştəri arasında həll olunan bir məsələdir".


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 İyun 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see189

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see156

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see149

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see135

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see135

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see131

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see131

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see130

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see129

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see126

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see125

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see123

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see121

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see120

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see119

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see119

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see117

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see117

Bəzi yerlərə qar yağıb, dolu düşüb Faktiki hava

12 Sentyabr 2025 09:19see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri