Icma.az
close
up
RU
Taksi sahəsindəki islahatlar nəticəsində mühüm nəticələr əldə olunub AYNA rəsmisi

Taksi sahəsindəki islahatlar nəticəsində mühüm nəticələr əldə olunub AYNA rəsmisi

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda taksi şirkətləri gediş haqlarını artırdığı bir vaxtda, xidmət keyfiyyətinə və sürücülərin peşəkarlığına nəzarət məsələsi gündəmdədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, taksi sahəsindəki islahatlar nəticəsində son bir ildə mühüm nəticələr əldə olunub:

“Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqi davam edir. Bu istiqamətdə fəaliyyət göstərən daşıyıcılar və onların nəqliyyat vasitələri müvafiq qaydada uçota alınır. Bu məqsədlə “E-daşıyıcılar” alt sistemi hazırlanıb və istifadəyə verilib. Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onlar xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur. Təlim zamanı taksi ilə sərnişin daşımaları qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri tələbləri, etik davranış qaydaları, müasir texnologiyalardan istifadə, iş və istirahət rejimi, hərəkətin təhlükəsizliyi və ilkin tibbi yardım mövzuları əhatə edilir. Təlimin sonunda DİM tərəfindən imtahan aparılır. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslər icazəyə müraciət edərkən reysqabağı texniki baxış, sürücülərin tibbi müayinəsi və narkoloji testləri təsdiq edən sənədləri təqdim etməlidirlər”.

Tural Orucov qeyd edib ki, AYNA bununla bağlı mütəmadi reydlər və nəzarət tədbirləri həyata keçirir:

“Hazırda taksi parkları tərəfindən reysqabağı texniki baxış və tibbi müayinələr aparılır. Bununla yanaşı, xidmətlərin elektron və rəqəmsal platformalar vasitəsilə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Taksi fəaliyyəti sahəsində elektron nəzarət “E-taksi” alt sistemi vasitəsilə təmin olunur. Sistem sürücülərin iş və istirahət vaxtlarını izləyir, pozuntu aşkar edildikdə avtomobillər xidmətdən kənarlaşdırılır və müvafiq xəbərdarlıqlar göndərilir. Operatorların proqram təminatında nəqliyyat vasitələrinin avtomatik tanınması funksionallığı yaradılıb. Sürücülərin üz tanınması üçün SİMA qeydiyyatı tətbiq edilir. İslahatlar nəticəsində əvvəlki şikayətlər, xüsusən sərnişinlə sürücü münasibətləri və köhnə avtomobillərlə bağlı məsələlər, azalıb. Hazırda əsas şikayətlər sifariş edilmiş ünvanlara uyğun olmayan nəqliyyat vasitələrinin göndərilməsi ilə bağlıdır”.

Onun sözlərinə görə, daxili tərtibata əsasən, taksilərdə bir sıra tələblərə əməl olunmalıdır:

“POS-terminal, videoqeydiyyat cihazı, sürücü və daşıyıcı haqqında məlumat lövhəsi və “Tütündən istifadə qadağandır” nişanı olmalıdır. Aparılan monitorinqlər və sərnişin şikayətləri nəticəsində pozuntu aşkar edildikdə, nəqliyyat vasitələri xidmətdən kənarlaşdırılır və icazələr dayandırılır”.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri