Icma.az
close
up
RU
Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? Ekspert: Xidmətin keyfiyyəti daha da pisləşir

Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? Ekspert: Xidmətin keyfiyyəti daha da pisləşir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün növbəti imtahanı noyabrın 3-də keçirəcək.

Bəs taksi sürücülərinin imtahan verməsi nə dərəcədə vacibdir? İndiyə qədər imtahandan keçən taksi sürücülərinin müştərilərlə davranışında müsbətə doğru irəliləyiş varmı? Taksi fəaliyyətində keyfiyyət, təhlükəsizlik artıbmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev vurğuladı ki, bu imtahanlar, sürücülərə keçirilən təlimlər hamısı formal xarakter daşıyır:

"Yəni bunların nə taksi sürücüləri, nə də sərnişin daşınması üçün keyfiyyət və təhlükəsizlik baxımından hər hansı fərqi yoxdur və olmayacaq da. Çünki 40 il avtomobil idarə edən sürücüyə gəlib məntiqdən sual vermək və ya təlim mərkəzində dörd-beş nəfərlə bir maşına minib tormoz verməyi göstərmək, açığı, mənasız bir işdir. Burada əsas məsələ maddi maraqdır. Bir neçə nəfər bu prosesdən yaxşı mənada qazanc götürür. Ona görə də taksi sürücülərini getdikcə daha çox bezdirirlər. Bu da istər-istəməz sürücülərdə aqressiya yaradır və nəticədə xidmətin keyfiyyəti daha da pisləşir.

Ümumi vəziyyətə baxanda görürük ki, taksilərdə avtomobillər yenilənib, “Prius” modelləri sıradan çıxıb, amma indi müxtəlif Çin istehsalı modellər gəlib. Avtomobillərin yeni, nisbətən komfortlu və təmiz olması müəyyən fərq yaradır, amma ümumi keyfiyyət baxımından ciddi dəyişiklik yoxdur. Yenə də köhnə avtomobillərlə işləyən sürücülər var, bəziləri müxtəlif yollarla qeydiyyatdan keçir. Aidiyyəti qurumlar sürücüləri çağırıb uzun növbələrdə saxlayır, bu da vaxt itkisinə səbəb olur. Əslində belə hallar ümumiyyətlə olmasa, daha yaxşı olar".

Müsahibimizin sözlərinə görə, təlimlərin yeni sürücülər üçün, məsələn, 10-20 günlük normal nəzəri və praktiki dərslər şəklində keçirilməsi faydalı ola bilər:

"Amma artıq avtomobil idarə etməyi bacaran sürücüləri bir saatlıq dərsə çağırmaq mənasızdır. Əvvəllər bu təlimlər yarım gün və ya bir gün olurdu, indi isə iştirakçıların sayı artdıqca müddət cəmi yarım saata enib. Bu müddətdə sürücülərə ümumi, artıq bildikləri qaydalardan danışılır, qanunvericilikdən bəhs olunur, amma deyilənlərin çoxu yadlarda qalmır. İmtahan mərkəzlərindəki suallar isə əsasən, məntiqlə cavablandırıla bilən suallardır. Özüm də o suallara baxmışam, məntiqlə cavab verilir, sonra yarım saatlıq ümumi söhbət olur. Amma bu nəyi dəyişir? Heç nəyi. Sürücülərin vaxtı gedir, dörd gün işləyə bilmirlər, bir az da ödəniş edirlər. Halbuki bu, heç bir yenilik gətirmir. Mən bu prosesin tam əleyhinəyəm, çünki nəticə yoxdur. Formal təlimlər və imtahanlar sadəcə vaxt itkisinə səbəb olur. Bunun əvəzinə daha məntiqli və faydalı sistem düşünmək olardı. Qərar verənlərə isə sual vermək lazımdır: bu formal imtahanlar və təlimlər nəyə xidmət edir?"

Ekspert qeyd etdi ki, sürücü üçün əsas məsələ sürücülük vəsiqəsini alarkən keçilən mərhələlərdir:

"İnsan bir dəfə həm nəzəri, həm praktiki sürücülük öyrənir və bu, bir ömür boyu kifayət edir. Hansı şirkətə gedirsə-getsin, həmin kateqoriyaya uyğun avtomobili idarə edə bilir. Sürücülük bacarıqlarını artırmaq üçün keçirilən peşəkar təlimlər isə tamam başqa mövzudur. Bəzi şirkətlər bu təlimlərə müraciət edir, orada sürücülərə bir neçə gün ərzində həm nəzəri, həm də praktiki dərslər keçirilir və sonda imtahan verilir. Bu cür təlimlər faydalıdır ki, sürücülərə bilmədiklərini xatırladır, bacarıqlarını təzələyir. Amma hazırkı vəziyyətdə keçirilən təlimlərin sürücülərə heç bir təsiri yoxdur. İstənilən şəxs müəyyən məbləğ ödəyib bu prosesdə iştirak edə bilər. Hamı da görür ki, bunlar formal xarakter daşıyan tədbirlərdir. Mən özüm bu sahədə çalışan biri kimi, sürücülərlə danışmışam və əminliklə deyə bilərəm: bu imtahanların və təlimlərin taksi sürücülərinə heç bir xeyri yoxdur. Sadəcə vaxt itkisinə səbəb olur".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri