Icma.az
close
up
RU
Taksilərlə bağlı yeni qərar; sayın 34 mindən 25 minə düşməsi nəyi dəyişəcək? Ekspert şərh etdi

Taksilərlə bağlı yeni qərar; sayın 34 mindən 25 minə düşməsi nəyi dəyişəcək? Ekspert şərh etdi

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Nazirlər Kabineti taksi fəaliyyəti ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, Bakı şəhəri üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min olaraq müəyyənləşdirilib.

Bu icazələr “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara, eləcə də Rəqabət Məcəlləsinə uyğun şəkildə, müraciətlərin növbəliliyi nəzərə alınmaqla veriləcək. Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər il avqustun 1-dək bu say həddinə dair yeni təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir.
Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixədək qüvvədə qalacaq.

Bəs taksi minik avtomobilləri ilə sərnişin daşımalarına verilən icazələrə əlavələrin sayına məhdudiyyətlərin tətbiqi taksi fəaliyyətinə hansı təsirləri göstərəcək?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin bu qərarı təxminən 3 ildən sonra daha dəqiq və təkmil formada həyata keçirilə bilər:

“Hazırkı şəraitdə bu, real görünmür. Biz məsələni AYNA ilə müzakirə etdik və ümid edirik ki, bu gün üçün hər hansı bir narahatlığa əsas yoxdur. Hazırda taksi fəaliyyəti ilə məşğul olanlar işlərini rahat şəkildə davam etdirə bilərlər. Lakin bir neçə il əvvəl buraxılış kartı almış, sənədləri qaydasında olan, amma hələ də taksi fəaliyyəti ilə məşğul olmayan insanlar da var. Bəziləri taksini sadəcə əlavə məşğuliyyət kimi görür. Məsələn, axşamlar və ya həftəsonları işə çıxırlar. AYNA-nın verdiyi məlumata görə, hazırda ölkədə 34 min taksi qeydiyyatdan keçib. Onlardan təxminən 20 mini buraxılış kartı alan fiziki şəxslərdir, qalanları isə hüquqi şəxslərdir. Yəni, bir şirkətdə 50-100 maşın var. AYNA hesablayıb ki, bu rəqəm gündəlik xəttə çıxan taksilərin sayını tam əks etdirmir. Gündə orta hesabla 22–23 min taksi fəaliyyət göstərir.
AYNA-da hesab edirlər ki, taksilərlər bağlı bu qərar ictimai nəqliyyata dəstək vermək, şəhər mobilliyini təmin etmək və xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır. Dünya təcrübəsinə əsasən, hər 1000 nəfərə 8 taksi düşür”.

Ekspertin fikrincə, dünya təcrübəsində ictimai nəqliyyat çoxşaxəlidir, fasiləsiz və dəqiq işləyir: “AYNA bildirir ki, yaxın illərdə Azərbaycanda da bu sistem qurulacaq. Yeni avtobuslar gətirilir, köhnələri xətdən çıxarılır və taksi fəaliyyəti ilə bağlı qaydalar təkmilləşdirilir. Bu baxımdan, indiki mərhələdə taksidə çalışan sürücülərin narahat olmasına əsas yoxdur. Gələcəkdə fəaliyyətdən imtina edən və ya sənəd alıb xətdə çıxmayan şəxslərin icazələri ləğv oluna bilər. Həmçinin xidmət səviyyəsindən narazılıq yaradıb sistemdə neqativ dəyərləndirilən sürücülərin icazələrinin də ləğvi mümkündür.

Hazırda 34 min olan icazələrin sayını təxminən 25 minə endirmək planlaşdırılır. Amma mən hazırda ciddi təhlükə görmürəm. Taksilər fəaliyyətlərini davam etdirə bilərlər. Üç il ərzində ictimai nəqliyyatın səviyyəsi yüksəldikcə, taksidən istifadə azalacaq və sürücülər də bu vəziyyətə uyğun qərar verəcəklər”.

Elməddin Muradlının fikrincə, şəhər mobilliyindən danışırıqsa, bu, həm də piyadalar üçün normal hərəkət şəraiti, fasiləsiz işləyən ictimai nəqliyyat və yeni metro stansiyalarının açılması deməkdir: “Nə qədər bu şərait formalaşacaqsa, taksiyə olan tələbat da bir o qədər dəyişəcək. Bununla belə, qərarın tam icrası çətin görünür. Türkiyədə və digər ölkələrdə olduğu kimi, qanunsuz taksi fəaliyyəti və qaçaq daşımalar arta bilər. Bu halların qarşısını almaq üçün indidən ciddi addımların atılmasına ehtiyac var”.

Ekspert bildirib ki, bu qərarın icrasından sonra taksidə qiymət dəyişə bilər. Çünki operatorlar bundan istifadə edərək qiyməti atıracaqlar. Bununla yanaşı, taksi sürücüləri daha məsuliyyətli olacaq. Çünki lisenziyasını itirmək təhlükəsi yarana bilər: “Maraqli suallar ortaya çıxır. Hazırda Azərbaycana taksi avtomobillərin gətirilməsi sürətlə davam edir. Bəs onların aqibəti necə olacaq? Dediyim kimi, hazırda ciddi bir problem yoxdur. Qərar noyabrın 1-dən qüvvəyə minsə də, tam olaraq tənzimlənmə prosesi 3 il ərazində həyata keçirilə bilər. Normal taksi xidməti gostərənlər qalıb işləyəcək, digərlərinin aqibəti qeyri-müəyyəndir. Vaxtilə 70 minə yaxın taksi bir ildə 34 minə düşmüşdü. İndi isə 3 il ərazində 34 min 25 min olacaq. Ümid edirik ki, 3 il ərazində ictimai nəqliyyat yüksək templə inkişaf edəcək və taksidə azalma təbii prosesə çevriləcək”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri