Icma.az
close
up
RU
Taksilərlə bağlı yeni qərar: “Bircə yol qalır dilənmək!”

Taksilərlə bağlı yeni qərar: “Bircə yol qalır dilənmək!”

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda fəaliyyət göstərən taksi sürücülərinin sayını icbari qaydada 25 min nəfərə endirmə qərarı mənfi rəylərlə qarşılaşıb.

10 ildən çoxdur ki, taksi sahəsində fəaliyyət göstərən Orxan Ağamalıyev də “Yeni Sabah”ın əməkdaşı ilə söhbətində hazırkı vəziyyət və yeniliyin doğuracağı fəsadları sadalayıb:

"Əsgərlikdən qayıtdıqdan sonra məşğul olmağa iş olmadı. Fikirləşdim ki, nə edim? Sürücülük vəsiqəm var idi. Atam bir az köməklik elədi, “Prius” aldım. Adamın üstündə Allah var, son bir neçə ildə pis qazanmırdım. Təkcə mən yox, elə bütün taksi sürücüləri evinə çörək pulu aparırdı. Adam tanıyıram, taksidə işləyə-işləyə ev tikdirib, özünə toy eliyib".

O. Ağamalıyevin sözlərinə görə, indi taksi sürücülüyü artıq sərfəli fəaliyyət növü deyil:

"Bu ölkədə həmişə çörək qazandıran sahələrindən biri taksi işi olub. Buraxılış ili 10 ildən çox olan maşınların taksidən yığışdırılmasından sonra vəziyyət kökündən dəyişdi. Həmin qərar veriləndə taksi kimi sürülən maşınların demək olar ki, 70 faizi ili köhnə idi. Adam ağılla danışar da. Mənim altımda 30-40 minlik avtomobil varsa, niyə gedim onu taksiyə sürüm? Tanıdığım 20-dən çox adam var ki, həmin vaxtdan sonra taksi işindən getdi. Onların çoxu bu gün işsizdir. Bax onlar neyləsin?! Ya gedib qanunsuz taksi işləməlidir, ya da oğurluq etməlidir. Başqa çıxış yolu qalmayıb, vallah".

Sürücü əlavə edib: "Mənim “Prius”umun buraxılış ili 2008 idi. Yəni yeni qaydaya görə, işləməyə icazə verilmirdi. Məcbur qalıb onu elə 2024-ün yayında 9 min manata satdım. 2019-cu il buraxılış “Lada Qranta” aldım. Açığı, imkanım buna çatırdı. O da kreditlə filan gəlib 22 min manata çıxdı. Hardasa 1 ildən çoxdur ki, elə bu maşınla işləyirəm. Rusiya maşınıdır, xərci azdır. Hansısa problemi olanda ustası var, ehtiyat hissəsi rahat tapılır".

"Yeni Sabah" müsahibi buraxılış ili ilə bağlı bir çox sürücülərin kredit borcunu vurğuladıqdan sonra daha bir məqama toxunub: "Taksidə əvvəlki kimi qazanc yoxdur. İndi sürücüləri çox incidirlər. "Orada saxlamaq olmaz, burada dayanmaq olmaz". Cərimələr artıb. Müştərilər də bizi başa düşmür. İzah edə bilmirsən ki, burada saxlasam, kamera çəkəcək, cərimələyəcəklər.

Hazırda Bakı taksiləri yaxşı qazanır. Gündəlik şəhər içində yanacağı və digər xərcləri çıxanda hardasa 40-50 manat qazanmaq olur. Əlbəttə, əgər yaxşı işləyə bilsən. Bu iş səbr, təmkin tələb edir. Hər cür adam minir maşına. Biri evində dalaşıb gəlir, biri işdən yorğun çıxır, birinin də ümumiyyətlə psixologiyası yerində deyil. Cavab versən şirkətə şikayət edir. Sübut edə bilmirsən ki, mənlik heç nə yoxdur.

Şirkət həmişə müştərini haqlı çıxarır. Həm də gedişdən götürdükləri faizi artırıblar. Əvvəllər 17%-ini ödəyirdik, indi 25%-ini. Yəni 10 manatlıq gedişdə 2 manat 50 qəpik şirkətindir.

Mən daha çox Sumqayıt içərisində işləyirəm. Arada Bakıya da müştəri götürürəm. Bir neçə dəfə səhərdən-axşama kimi Bakı daxilində işlədim. Tıxac, addımbaşı kamera-filan, bezdirdi. Fikirləşdim elə yaxşısı Sumqayıt-Xırdalan-Masazır istiqamətlərində işləməkdir".

Orğan Ağamalıyev Nazirlər Kabineti sədrinin son qərarına belə münasibət bildirib:

"Bakı 4 milyonluq şəhərdir. 25 min taksi, səncə bu qədər müştəriyə bəs edəcək? Onsuz da şəhərin avtobus və metro nəqliyyatı bərbad haldadır. Əl çəkin taksilərdən! Qoyun 5 qəpik çörək pulumuzu qazanaq. Oğruluq eləmirik, narkotik satmırıq, halal çörəyimizi qazanmağa mane olmasınlar. Ya da bizə normal, aylıq maaşı olan iş versinlər. Çünki say azaldılsa bircə yol qalır - dilənmək!"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:326
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri