Icma.az
close
up
RU
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti mənimsəməkdə ittiham olunanların məhkəməsi keçirilib

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti mənimsəməkdə ittiham olunanların məhkəməsi keçirilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın vəkili iştirak etməyib.

Prosesdə ifadə verən zərəçəkən Faiq Nəcəfov övladının müalicəsi üçün Aynur Bayramovanın ondan 10 min dollar pul istədiyini söyləyib: "Məndən istənilən puldan Nuridə Seyidovaya 3 min dollar verə bildim. Qalanını isə sponsorun ödəyəcəyini söylədilər. Mənə dedi ki, həmin sponsor adını bildirmək istəməyən bir biznesmendir. Daha sonra 2 min dollar da verdim. Həmin pulu adını çəkdiyim hər iki şəxsdən tələb edirəm".

Cinayət işindəki sənədlərdən müəyyən olunub ki, Faiq Nəcəfov Nuridə Seyidova ilə 2 müqavilə bağlayıb. Hakim Azad Məcidov müqavilə barədə Nuridə Seyidovaya sual ünvanlayıb:

"Bu necə müqavilədir ki, nə pulun məbləği var, nə də başqa detal".

Digər zərərçəkən Kamil Əhmədov həyat yoldaşının qaraciyər transplantasiyasına ehtiyacı olduğunu söyləyib: "Bizə dedilər ki, qaraciyər transplantasiyası üçün 44 min manat pul lazımdır. Donor öz oğlum olacaqdı. Donor və xəstə yoxlanılmasında isə hər dəfə 2500 manat ödədim. Mircəlal adlı həkim bildirdi ki, əməliyyatı o edəcək. O vaxtlarda Aysel Məmmədova pulla bağlı dəstək olacağını söylədi, ona 23 min manat pul verdim. Dedilər ki, həmin məbləğ tamamlanıb Gömrük Xəstəxanasına köçürüləcək. Aysel daha sonra 10 mini qaytardı. Qalan 13 mini ondan tələb edirəm. Yoldaşım 2023-cü ildə həyatını itirdi".

Aysel Məmmədova bildirib ki, həmin pulu Nuridə Seyidovaya çatdırması üçün onun Fizuli adlı sürücüsünə təqdim edib.

Nuridə Seyidova sürücüsünə verildiyi iddia olunan pulu əldə etmədiyini deyib.

Hakim bildirib ki, belə əməliyyatlarda öncə pulu istəyir, sonra xidmət göstərirlər: "Aysel Məmmədova, sən niyə o pulu Gömrük Hospitalına ödəmədin ki, xanım əməliyyat olunsun? Bəlkə onda o xanım həyatda olardı".

Digər zərərçəkən Lamiyə Hüseynova isə söyləyib ki, Aysel Məmmədova ilə dayısının tövsiyə etdiyi həkim vasitəsi ilə tanış olub: "Mən 3 xəstəni əməliyyat üçün göndərmək istəyirdim. Dayımın tövsiyə etdiyi həkim vasitəsilə Aysel Məmmədova məni Nuridə Seyidovanın şirkətinə yöndləndirdi. Orada mən 3 nəfərə - Aysel, Nuridə və Turan adlı qadına ümumilikdə 20 min 50 manat verdim. Ümumi əməliyyatın pulu isə 41 min manat idi. Dedilər ki, qalanını onlar tamamlayacaqlar. Ondan da mənə xəstə yönləndirdiyim üçün pul verəcəkdilər. Lakin, sonradan Aysel Məmmədovaya nə qədər yalvardımsa, pulumu qaytarmadı. Gördüm heç nə olmur, bacımın bir otaqlı evini satıb xəstələri əməliyyat etdirdim. Banklara da borcum yarandı. Məndən Gəncə şəhər Baş Polis İdarəsinə şikayət də etdilər. Xəstənin yaxını hətta onları 2 ay gözlətdiyim üçün məni döydü. Daha sonra Aysel Məmmədovanın dayısı gəldi. Gücü çatan 6 min manat ödədi. Mən Aysel Məmmədovadan 55 min manat pul tələb edirəm".

Aysel Məmmədova isə həmin pulun bir qismini başqa xəstənin adına Mərkəzi Klinikaya köçürdüyünü, qalanını isə Nuridə Seyidovaya verdiyini söyləyib.

Proses yanvarın 22-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri