Icma.az
close
up
RU
Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunanların məhkəməsi keçirilib AzPolitika onlayn siyasiictimai qəzet

Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunanların məhkəməsi keçirilib AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.

Təqsirləndirilən Nuridə Seyidova cinayət işində özünü qismən təqsirli bildiyini deyib. Digər şəxslər isə özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxslər və zərərçəkmişlər əvvəlki ifadələrini təsdiqləyiblər.

Daha sonra məhkəmənin göndərdiyi sorğular əsasında daxil olmuş sənədlərə baxılıb.

Mərkəzi Gömrük Hospitalı ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, Mircəlal Kazıminin icra etdiyi əməliyyatlara və göstərilən digər tibbi xidmətlərə görə, "Urmed Help" şirkətinin onlara 245.265 manat borcu qalıb. Belə ki, təqsirləndirilən şəxslərin şirkətin qaraciyər və ya böyrək köçürülməsi məqsədilə göndərdiyi xəstələrin pullarının bir qismini ödəməyiblər.

Orada ximət göstərilən həmin xəstələrin adları da qeyd olunub. Nuridə Seyidova adıçəkilən şəxslərin bir qismini tanıyıb.

Əlavə edilib ki, "Urmed Help" şirkəti ilə Mərkəzi Gömrük Hospitalının müqaviləsi olub. Onlar, qarşılıqlı əlaqələr yaradaraq xəstələrin müalicəsini təşkil ediblər.

"Bona Dea" xəstəxasından isə sorğuya cavab olaraq qeyd olunub ki, xəstəxananın “Urmed Help” ilə müqaviləsi olmayıb. Sadəcə, Aysel Məmmədova ora qaraciyər və ya böyrək köçürülməsi üçün iki nəfər xəstə yönləndirib. “Urmed help” şirkəti bunun üçün, həmin xəstəxanaya 35 min manat pul ödəyib.

Prosesdə iştirak edən zərərçəkmişlərdən biri isə məhkəmədən xahiş edib ki, onların pullarının harada olduğu deyilsin: “Bu təqsirləndirilən şəxslər cinayəti özləri etməyiblər. Onların arxasında kimin olduğunu müəyyən edin".

Proses zərərçəkənlərin dindirilməsi üçün dekabrın 18-dək təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuridə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri