Icma.az
close
up
RU
Tale bizim nəyimizdir ki?!

Tale bizim nəyimizdir ki?!

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

(“Ünvanımı tapan kitablar” silsiləsindən...) 

“Sənə məktub yazacam...”

Xuraman Muradova 

“Məndən uzaqdadır bu payız yenə...” Bir şeirimdə belə yazılıb... “Yazmışam...” demək istəmirəm, şükür Yaradana-yazdırana. İnsan özünə fəsil də uydura bilərmiş... “Ruhum bahardır!” deyimi, bəlkə də, zamanın təbiət üzərində qələbəsini inkar etməyimizin ən böyük təsəllisidir.  Bizimçün-təbiətin bir parçası olan bəşərçün qalib həmişə təbiətdir axı məntiqlə! Demək, məntiqə qələbə çalmaqçün hisslərimizə qulaq asıb özümüzə nələrsə uydurmalıymışıq. 

“Ürək notu: vanil”... Bu kitabı yenə oxudum. Yazıçımız Xanım Anelanın indiyədək oxuduğum ən ağrılı əsəridir. Hərçənd, onun adi bir Feysbuk paylaşımında da gülümsər kədər tapmaq olur.

“Ağrılı əsər...” Kəsir, doğrayır  bəzən bir obrazın taleyi-bir baxırsan, qanayan ruhuna məlhəm olan yenə özünsən; yapışmalısan öz əllərindən, çəkib çıxarmalısan bataqlıq qoxuyan köhnə dərd quyusunun içindən. Xanım Anelanın baş qəhrəmanı-Günəş əsər boyu buna cəhd edir. Bacarırmı? Bir oxucu kimi cavabım: HƏ! Bir yazıçı kimi isə, bu əminlikdə deyiləm. Dilucu  mızıldanıram: Bəlkə də...

Bir də taleyin Günəşin qarşısına Baratı çıxarması var.  Sevdiklərimizi hədiyyə, sevənlərimizi tumar sanırıq ha,  insanpərvərliyimizin ən səmimi halı elə buradadır. Barat  taleyin Günəşin saçlarına tumar çəkmək cəhdiydi. Di gəl, tale bunu da sonadək etməyə könüllü olmadı. Və Günəşin taledən küsməyə haqqı çatmadı...

Çünki... “Tale bizim nəyimizdir ki?!” Əsl küskünlüyün ünvanı əsl umulandır! 

*
“Nə xəbər, ay mənim olmayanım?” 
Cəzahir 

 Ürəyimizin üstünə kiçik qeyd kağızı yapışdırmaq şansımız olsaydı... Məncə, o kağıza heç kim özünü yazmazdı. Hamı arzusunun, ümidinin şəklini çəkərdi. Halbuki, zaman tərəzisində çəkilən insan ruhunda peşmanlıqlar və utanmaqlar arzudan da, ümiddən də ağır gəlir. Hələ-hələ,  qeyri-könüllü çəkildiyi tərəziyə ruh qoyan mənim yaşıdımdırsa, əmin olun, peşmanlıqlar daha çoxdur ömür heybəsində. 

Gedənlərin arxasınca qürur atmaq bir ovuc... Qayıdanların ayağı altına qan rəngli xəyal qırıqlıqları sərmək düjün-düjün... Özündən kəm-kəsir qalmağın ən gözəl tablosunu bu ikicə cümlə izah edir. 

"Ürək notu:vanil”də Günəşin portreti elə budur, əslində.  Sadəcə, Xanım Anela rəssam (yazıçı bədii sözlə ədəbi rəsm çəkəndir) fəhmiylə tez-tez bu portretə düşən gün işığının yönünü dəyişir; oxucu qalır kölgə-işıq oyununun anlaşılmaz sehrində. Əsərin oxucuya çatma sirri kimin hansı işıqda hansı kölgənin nə gizlətdiyini görmə bacarığındadır. 

Barat obrazının əsərə (əsərin ikinci adını “Günəşin taleyi” kimi oxusaq) gətirilməsi Xanım Anelanın qadın taleyinin sonrakı müdaxilələrə qapalı olmasının növbəti ədəbi izahıdır. “Cücəyə süd qismət olsaydı, anasından olardı” deyən ulularımızın təfəkkürünün də mirasçısıyıq biz. Nədən, necə qaça bilsək də, bu mirasdan qaçmaq ağlımıza belə, gəlmir. 

Və Baratın xatirəsiylə dinlənən mahnılar... Müəllif  oxucuya “təsəlli deyə sığınmağa mahnılar da var” deyir.  Lakin... Elə  mahnılar var ki, dünən təsəlli idi, bu gün ağrıdan. Bizim olmayanların yerindəki yara sızıltısıdır bəzi mahnılar. Ağrımayaq deyə, dinləməkdən də qorxuruq... 

...Taleyin bizə danışdığı nağılların xoxanı kimi...

*
“Kendime tuzak günlerim...” 
Sinan Akçıl

“Yola qoyulursansa, geriyə boylanmaq zəiflikdir”. Çox mənasız cümlədir. Getmək heç də həmişə cəsarət simvolu sayılmır. Getmək qaçmaqdır həm də... Həqiqətin üzünə, acizliyin gözünün içinə,  vicdan tərəzisinin gah o yana-gah bu yana əyilən gözlərinin tərəddüdünə üzüağ, alnıaçıq baxa bilməyəndə,  getmək yeganə çarə olur. 

Xanım Anelanın ağrılı əsərində bunu da yaşadıq bərabər: oxucu Şəfa və yazıçı Şəfa olaraq. Qadın olaraqsa, gülümsədik Günəşin gedişinə... Burda haqlı çıxardıq onu.  Bəlkə də, Günəş bir qadın kimi elə bunu gözləyirdi həmcinsindən. 

Gözləyirdimi? Yox, bu sualı Xanıma verməyəcəyəm... Cavab müəllifin zehnində yox, oxucunun - burada cinsindən asılı olmayaraq- anlama, hiss etmə qabiliyyətindədir. 

“Ürək notu: vanil”i bir də oxuyacağammı? Bilmirəm... Sadəcə, ondan əminəm ki, ürəyimdə, ruhumda, düşüncəmdə qoyduğu iz həmişə orada olacaq-yeddi qalaçaya aparan yeganə kənd cığırı kimi; ot basacaq, su yuyacaq, sürü tapdayacaq, amma ən usta ləpirçidən qaçmayacaq cığırın səmti.  Bir ədəbi əsərin batinini tapmaq üçün yola çıxan ləpirçi isə elə yazmağı bacaran oxucudur.

Şəfa Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri