Icma.az
close
up
RU
Taleyi briliantı qədər parlamayan talesiz qadın, talesiz ana Tamella Məmmədzadə (1 fəsil)

Taleyi briliantı qədər parlamayan talesiz qadın, talesiz ana Tamella Məmmədzadə (1 fəsil)

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycanın tanınmış bəstəkarı, müğənnisi Tamilla Məmmədzadənin anım günü 14 yanvar idi... Paylaşmaq istəyirdim, yada salmaq istəyirdim , təəssüf ki, vacib işim çıxdığı üçün paylaşa bilmədim!

Yəqin ki , bir çoxunuz xatirlayarsiniz Tamella Məmmədzadənin mahnılarını :“Ağarma, saçım!”, “Ana”, “Arzuya bax, sevgilim!”, “Bənövşələr qoxuyanda”, “Bir xəbər ver, külək!”, “Dostlar olmasa”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” kimi məşhur mahnıların bəstəkarı olub. Ömrünün son illərində Cavad xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.

Deməli,Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə iyun ayında Bakı şəhərində doğulub. Agır repressiya illərində. Səkkiz yaşlı Tamellanın atasını da qolcomaq damğası ilə Sibirə, ordan da İrana sürgün edirlər. Atası İrana çatan kimi bir fars qadını ilə evlənir. Farsdan kişinin 3 uşağı olur.

Amma Tamella xanımın anası Sara xanım Məmmədağa kimi unutqan olmur, ailə qurmur və başlayir qızı Tamellanı təkbaşına böyütməyə. Deyilənə görə, O, həyat yoldaşını heç vaxt bağışlamır, ömrünün sonuna qədər onunla danışmır.

Tamella həddi buluğa çatanda o qədər gözəl olur ki, yaşından, cinsindən asılı olmayaraq hər kəs onun gözəlliyinə heyran qalarmış. Nəhayət 1955- çi ildə 18 yaşında könlünü Qasım adlı bir oğlana verir. Qızının bir idmançı ilə ailə həyatı qurdugunu eşidən həmin o etibarsız Məmmədağa gəlir Bakıya. Qızının toyuna! Və toydan sonra yenidən qürbətə dönür!

Bu arada Tamella 1958-ci ildə ana olur, Çingiz adlı oğlu dünyaya gəlir. Xoşbəxtliyini doyasıyla yaşamaq istədiyi bir vaxtda həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək istərkən boğulub ölür.Gənc yaşında dul qalan bəstəkar ərə getmir, ömrünü tək övladina həsr edir.Həmin vaxt bilmir ki, ən qorxunc günləri qarşıdadır.

(Tamella xanımın biznesmen atası Məmmədağa)

Nəisə, Tamellanın atası ikinci dəfə Bakıya 1977-ci ildə - qızının 40 illik yubileyində gələsi olur. Avstriyada tanınan biznesmen, böyük qızıl mağazalarının sahibi Məmmədağa bu dəfə qızının gorüşünə əliboş gəlmir!

O qızına ad günü münasibəti ilə çox qiymətli brilliant dəsti alır k, zövqlə işlənmiş bu komlektin qiyməti inanılmaz dərəcədə bahalıymış. Bakı camaatı uzun müddət o qiymətli dəstdən danışıb. Çunki Tamella xanım hər tədbirə, konsertə gedəndə o dəsti taxarmış.

Nəvəsinə də hədiyyə almağı unutmayan baba o vaxt Bakıda hər kəsin geyinə bilmədiyi geyimlər alıb gətirmişdi. Elə sonrakı illərdə də Məmmədağa Cingizə qızıl saat, briliant qaşli üzük bahalı gödəkcə və kostyumlar göndərirmiş.

Bunu Çingizin ətrafında olan taytuslari bilirdi, görürdü! Çingizin tanışlarının içərisində Alik Mamedov adlı gənc vardı. Həmin gənc tay tuşları arasında təhlükəli hesab olunurdu , çünki hələ azyaşlı ikən bir uşağı tüfənglə vurub öldürmüş , atasının nüfuzu müqabilində həbsdən yaxa qurtara bilmişdi! Çunki onun atası həm də dövrünün ən imkanlı pullu şəxslərindən biri olub.

Alikin gözü Çingizin godəkçəsinə , saatına, brilliant üzüyünü düşmüşdü, onları almalıydı. Artıq beyninə qoymuşdu. Alik dostu Tahirlə birgə bir gün Çingizi bağlarına qonaq çağırır 1981- çi ilin yayı. Çingiz anasının tədbirdə olduğunu bildiyi üçün axşam vaxtı evdən çıxıb Alikin dediyi ünvana gəlir. Bagda Tahirlə Alikdən başqa heç kim olmur. Alik böyük darvazanı içəridən bağlayandan sonra Cingizdən saatı, üzüyü və gödəkçənin ona verməsini tələb edir! Vermədikdə Çingizi 2 bıçaq zərbəsi ilə yerə sərir.

Gecənin yarısı o əraziyə nəzarət edən polislər bərk acdıqlarını hiss edirlər. Yaxınlıqdan gələn kabab qoxusu onları lap açdırır. Qoxu və tüstü qalxan həyətə yaxınlaşanda həyətdən səs gəlməməsi polisləri şubhəyə salır. Onlar barının üstünə çıxıb həyətə baxanda tonqalın üstündən bir kişinin korun- korun yandığını görürlər... Meyid tanınmaz dərəcədə kosövə dönmüşdü. Yalnızca ayaqqabıda olan ayaqlar azacıq yanmısdi. Analizlərdən sonra məlum olmuşdu ki,ocagın üstündə qapqara komürə dönən 23 yaşlı , yaraşıqli və cüssəli Cingizdir!

Xəbərlərdə bildirilir ki, cinayətin üstünün açılması çox çəkmir. Qatillər ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu həmin Alik olduğu təsdiqlənir. Alikə güllələnmə hökmü verilsə də, yenə atasının imkanı sayəsində hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.

10 noyabr 1982- çi il.. Brejnevin dəfn olunduğu gün Alik güllələnir.. İndiyənə qədər qudurgan Alikin atasının adı heç bir yerdə çəkilməyib. Həmin o nüfuzlu və böyük imkanlı , pullu adamın adı soyadı hətta istintaq materiallarından çıxarılır.

Bilirsinizmi o kim idi?

Texnika elmləri doktoru professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olan Şirəli Məmmədov. O Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə aldıqdan sonra filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olub. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik edib. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləyib. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik edib.

1953-1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olub. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra edib. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olub. 1958-ci ildən 1984-cü ilə qədər - yəni ölənə qədər Geologiya və Geofizika İnstitutu dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoyub və onun yaradıcısı olub.

Ş. Məmmədov oğlunun güllələnməsindən sonra çox yaşaya bilmədi. 2 il sonra o da oğluna qovuşdu! Bəlkə də , 15- 16 yaşlı oğlunun əlinə beşatılan tüfəngi verib ona quş vurmağı əyləncə olaraq öyrədəndə bu akademik həyatınin səhvini etmişdi!

Bundan böyük səhvi isə harınlamış oğlunun Dəstə kəndində bir kasıb usagını həmin tüfənglə atəş açıb öldürəndə onu uşaqlar üçün islah əmək koloniyasında tərbiyələnməyə göndərməkdən yayındirması oldu. O gunahsız uşağın valideynlərinin çarəsiz ahı yerdə qaldı.

Alikin dostu Tahir yəqin ki, ona görə istintaqa "Alikin atasına heç kim heç nə edə bilməz, heç Alikə də heç kim gözün üstə qaşın var deməyəcək " deyəndə Alikin çox cinayətlərdən rəis atasının sayəsində dəfələrlə qurulduğunu nəzərdə tutmuşdu!

( Əziz oxucular, mediadan oxuyub təsirləndiyim bu həyat hekayəsini sizə danışmagı özümə borc bildim, Alikin atasını hər kəsə tanıtmaq istədim.. Əgər Tamella xanımın sonrakı taleyi sizi maraqlandırırsa, Tamilla xanımın kim tərəfindən və niyə öldürüldüyünü bilmək istəyirsinizsə, deyin, bu haqda da sizə məlumat verim! )

Əntiqə RƏŞİD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri