Icma.az
close
up
RU
Taleyi saçlarına dolaşan qadın

Taleyi saçlarına dolaşan qadın

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumiyyətlə, zəhmətlə əldə olunun hər bir uğur insanın zəhmətkeşliyinin ilkin göstəricisidir. Təbii ki, zəhmətkeşlik də hər kəsin bacardığı iş deyil. Azərbaycanın əmək tarixində silinməz iz qoyan simalardan biri də Sevil Qazıyevadır. Zaqatalada dünyaya göz açan gənc qız qısa müddətdə təkcə Azərbaycanın deyil, bütün SSRİ-nin tanıdığı əmək qəhrəmanına çevrilsə də, onun həyatı gözlənilməz faciə ilə yarımçıq qalır...

O, 1940-cı ildə Zaqatala rayonunda anadan olub. Kiçik yaşlarından həkim olmağı arzulayırdı. Lakin fələyin çarxı bir başqa istiqamətdə dövr edir. Belə ki, ali məktəbə qəbul ola bilmədikdən sonra həyatını tamamilə fərqli sahəyə həsr etdi. Bakıda təhsil aldığı illərdə mexanizator peşəsinə maraq göstərən Sevil sonradan kənd təsərrüfatında çalışan ilk qadınlardan biri kimi adını tarixə yazdırdı.

Gənc və zərif qızın seçdiyi peşə heç də asan iş deyildi. Digər peşələrdən daha çox məsuliyyət tələb edirdi. 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində kənd təsərrüfatı texnikasının idarə olunması əsasən kişilərin işi hesab olunurdu. Lakin Zaqataladan çıxan gənc qız bu stereotipi dağıtmağa qərar verdi. O, digər rəfiqələri ilə birlikdə pambıqyığan maşınların idarə olunmasını öyrəndi. Gənc Sevilin bu addımı bir çox gənc qızların bu sahəyə yönəlməsinə səbəb oldu.  Sonradan yüzlərlə qızın qoşulduğu “Qızlar, sükan arxasına!” təşəbbüsünün simalarından birinə çevrildi.

Zaqatala kimi bir Şimal bölgəsinin təbiətində böyüyüən bir qızın yolunu tale başqa iqlimli məkandan salır. Belə ki, o, təyinatla Mil düzünə göndərilir. Orada qısa müddətdə rekord göstəriciləri ilə diqqət çəkməyə başlayır.  Onun əldə etdiyi nəticələr SSRİ rəhbərliyinin də diqqətini çəkir. Gənc mexanizator müxtəlif ittifaq tədbirlərinə dəvət olunur, çıxışlar edir və əmək uğurları ilə qəzetlərin manşetlərinə çıxırır.  Artıq hər kəs Sevil Qazıyeva adlı bir zəhmətkeşin varlığından xəbərdar idi…

Bir neçə il ərzində sadə kənd qızından ölkə miqyasında tanınan şəxsə çevrilən Sevil Qazıyeva Azərbaycan Ali Sovetinə deputat seçilir.  O dövrdə bu, xüsusilə kənd təsərrüfatı sahəsində çalışan gənc qadın üçün böyük uğur hesab olunurdu.

Lakin hər şey heç də uğurlu sonluqla nəticələnmir. Şöhrətin zirvəsində olan Sevilin taleyi faciəvi şəkildə dəyişir…

Hardan bilə bilərdi ki, sevə- sevə can atdığı peşəsi onun həyatının sonu olacaq. Bütün uğurlarını qazandığı peşəsinə, təəssüf ki, bu dəfə həyatını qurban verdi.

1963-cü ildə pambıq yığımında istifadə olunan texnikada işləyərkən onun uzun hörükləri maşının hərəkətli hissələrinə dolaşır.  Həmin an ağır xəsarətlər alan gənc qadını xilas etmək mümkün olmur. Çox gənc çağında- 23 yaşında həyatını itirən Sevil Qazıyevanın ölümü bütün respublikanı dərin kədərə qərq edir...

Ölümündən sonra ona Sosialist Əməyi Qəhrəmanı adı verilir. Yaşadığı ev muzeye çevrilir. Doğulduğu Zaqatal rayonunda adı əbədiləşdirilir. Adı məktəblərə, küçələrə və müxtəlif müəssisələrə verilir. 


Əntiqə Kərimzadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyun 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri