Taliban qadınların həkim və tibb bacısı olmaq üçün təhsil almasını qadağan edir Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Talibanın lideri Heybətullah Axundzadə əfqan qadınlarına ali və orta tibb müəssisələrində təhsil almağı qadağan edib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq qərarı Əfqanıstanın səhiyyə naziri vəzifəsini icra edən Nur Cəlal bazar ertəsi, dekabrın 2-də Kabildə tibb institutlarının rəhbərləri ilə görüşündə bildirib.
"Artıq qızların ali və orta tibb təhsili almasına icazə verilməyəcək. Axundzadə onlara bu qurumlara getməyi qadağan edən yeni direktiv verib", - məlumatda qeyd olunur.
Oktyabrın 11-də BMT baş katibinin xüsusi nümayəndəsi və UNAMA-nın rəhbəri Roza Otunbayeva Əfqanıstan hakimiyyətini 12 yaşdan yuxarı qızların təhsil almasını qadağan edən siyasətə yenidən baxmağa çağırıb. Bundan əlavə, o, dövlətin qızlarına və qadınlarına söz verib ki, təşkilat onları "susdurmağa çalışsa belə, onları müdafiə etməyi dayandırmayacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















